Alkoqolla bağlı XƏBƏRDARLIQ: "Ac qarına zəhər içmək olmaz"

Alkoqolla bağlı XƏBƏRDARLIQ: "Ac qarına zəhər içmək olmaz"Tünd alkoqollu içkiləri ac qarına qəbul etmək xüsusilə zərərlidir, lakin bir udum şampan şərabı və ya çaxırın pendir və ya qızıl balıqla qəbul edilməsi orqanizmin fermentativ sisteminin işə düşməsi üçün aperitiv ola bilər.
Publika.az "Sputnik"ə istinadla xəbər verir ki, bunu Moskva şəhərinin baş narkoloqu Yevgeni Bryun deyib.
"Hansı həkimdən soruşsanız, sizə deyəcək ki, alkoqolun təhlükəsiz miqdarı yoxdur. Lakin etiraf edək ki, əksər insanlar bayram günlərində alkoqollu içkilər qəbul edirlər. İçki içmək mədəniyyətinə gəldikdə isə, aperitiv deyilən bir anlayış var. Lakin o qətiyyən kütləvi içki qəbuluna çevrilməməlidir. Bu sadəcə olaraq orqanizmin fermentativ sisteminin işə düşməsi üçün kiçik miqdarda içki deməkdir. Tünd içkiləri ac qarına içmək xüsusilə zərərlidir. Məsələn, fransızlar içkini yeməklə qəbul edirlər, almanlar isə yeməkdən sonra. Bizdə isə içkini ac qarına içirlər. Bu, həm düzgün deyil, həm də təhlükəlidir", - deyə Bryun bildirib.
Onun sözlərinə görə, alkoqolun acqarına qəbul edilməsi alkoqol zərbəsinə, yəni qeyri-iradi sərxoşluğa gətirə bilər. Ona görə də əvvəlcə bir qədər yemək, daha sonra isə içmək lazımdır. Alkoqol ümumiyyətlə mümkün qədər az içilməli, qədəhlər arasındakı fasilələr isə mümkün qədər uzun olmalıdır.
"Əlbəttə, bütün gün boyu az-az içmək də olmaz. Günün müəyyən saatları var ki, həmin vaxt alkoqol "şərti olaraq təhlükəsiz" sayıla bilər. Belə düşünülür ki, insan şam yeməyi zamanı bir qədər içki qəbul edib, sonra yata bilər", - deyə həkim bildirib.
Narkoloq həmçinin alkoqol intoksikasiyası zamanı köməyə çata, alkoqolun orqanizmdə mübadiləsini sürətləndirə biləcək dərmanların da olduğunu deyib.
"İlk növbədə bu askorbin turşusudur, çünki o orqanizmdə mübadilə proseslərini sürətləndirir. Yantar, limon turşuları həddən artıq sərxoşluğun və sonrakı başağrının qarşısını alır. Lakin, məsələn mədə xorasından əziyyət çəkənlər üçün bu üsul yaramır. Bu, yalnız tam sağlam adamlar üçündür. Yaddan çıxarmaq olmaz ki, istənilən alkoqol mədənin selikli qişasını qıcıqlandırır və bəzən olur ki, alkoqol qəbul etdikdən sonra selikli qişanın eroziyası və mikro-zədələr baş verir. Bunu qabaqcadan hesablamaq mümkün deyil, ona görə də biz eyni şeyi təkrar-təkrar deyirik: alkoqolu mümkün qədər az için, qədəhlər arasında fasiləni artırın və əlbəttə ki, içki içərkən nə isə yeyin. Ac qarına zəhər içmək olmaz", - deyə Bryun qeyd edib.
Narkoloq onu da deyib ki, alkoqolla bağlı hər hansı problem meydana çıxdığı təqdirdə təcili olaraq həkimə müraciət etmək lazımdır.

Sağlamlıq     Baxılıb: 2497   Tarix: 10 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

turlar.az

yay kolleksiyasi geymler 2026 adlarin menasi balıqqulağı qadin saytlari sarimsaqin xeyri balqabaq yagi kosmetika arxadan olmaq ginekoloq bakire qardasa aid haxistalar dolça