Ana bətnindəki uşağı autizmdən qoruyan məhsul
"Omeqa-3" yağ turşuları ilə zəngin balıqları daha çox yeyən qadınların autizmli uşaq dünyaya gətirmə ehtimalı daha azdır.
Milli.Az report.az-a istinadla bildirir ki, bu barədə "HealthDay" nəşri yazır.
Qeyd olunub ki, alimlər təxminən dörd min qadının məlumatlarını təhlil ediblər. Onlar hamiləlik dövründə balıq yeyən və ya ümumiyyətlə balıq yeməyən xəstələri müqayisə ediblər.
Anaları hamiləlik dövründə daha çox balıq yeyən uşaqlarda autizm və ya autizm spektri pozğunluğu diaqnozu qoyulma ehtimalı daha azdır.
Nəticələr həm tez-tez (həftədə iki dəfədən çox), həm də nadir hallarda (həftədə bir dəfədən az) balıq yeyən qadınlar üçün oxşar olub. Omeqa-3 əlavələrinin qəbulu autizm riskinə heç bir təsir göstərməyib.
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
Yaş artdıqca makiyaj seçimində nələr dəyişməlidir?
Zaur Rzayev harada dəfn olunacaq?