Ana südündə, göbək ciyəsi qanında, dölyanı mayedə, ciftdə bu virus tapılmayıb...

Ana südündə, göbək ciyəsi qanında, dölyanı mayedə, ciftdə bu virus tapılmayıb...Pandemiya dövründə hamiləlik, doğuş, yenidoğulmuşlara münasibət barədə bir çox suallar yaranır. Bu dövrdə daha çox nələrə diqqət olunmalıdır? Hamiləni, uşağı koronavirusdan qorumaq üçün nələr edilməlidir? Ana virusa yoluxubsa uşaq üçün də bu təhlükə varmı?
UNİCEF-in Azərbaycan nümayəndəliyi bununla bağlı məqalə təqdim edib. Məqalədə qeyd olunub ki, hamiləlik həyəcan və gözləntilərlə dolu xüsusi bir dövrdür. Lakin koronavirusun alovlanması (COVİD-19) fonunda qadınların keçdiyi qorxu, narahatlıq və qeyri-müəyyənlik adətən xoşbəxt keçən bu anların üzərinə kölgə salır. UNİCEF qadınların özlərini və körpələrini qoruması üçün mümkün yollar barədə Beynəlxalq Mamalar Konfederasiyasının Prezidenti Franka Kadenin tövsiyələrini açıqlayıb.
Franka Kade bildirib ki, COVİD-19 yeni bir virusdur və onuna bağlı elmi tədqiqatlar davam etməkdədir. Yeni məlumatlar əldə olunduqca tövsiyələrə də yenilənəcək. Bəs hazırkı dövrdə perinatal müayinələri davam etdirmək olarmı?
Onun sözlərinə görə, evdə qalmaq, çöldə olarkən fiziki məsafə saxlamaq kimi ehtiyat tədbirləri görən bir çox hamilə qadınlar müayinələrə getməkdən qorxurlar: "Hazırda dünyada xeyli adaptasiya proseslərinə şahidlik edirik: mamalar kliniki tədbirləri və ya müəyyən müayinələri telefon vasitəsilə həyata keçirirlər ki, körpəyə yerində baxış, onun artımı ilə bağlı müayinələr qısa olsun. Mən hesab edirəm ki, hamilə qadınlar özlərini və tibb işçilərini yoluxmaqdan qorumaq üçün tibb işçilərinin qəbuluna daha az gedəcəklər və onlar yalnız zərurət olduqda yerində müayinə ediləcəklər".
Qeyd olunub ki, ayrı-ayrı pasiyentlərin sağlamlıq vəziyyətindən (məsələn, aşağı və ya yüksək riskli hamiləliklər) asılı olaraq, onlar üçün fərdi uyğunlaşdırmalar da edilə bilər.
Mütəxəssis bildirib ki, uşaq doğulduqdan sonra peşəkar yardım və məsləhət almağa davam etmək, o cümlədən rutin peyvəndləri etmək də vacibdir: "Özünüz və körpəniz üçün bu müayinələrin ən təhlükəsiz yolunu öyrənmək üçün sizə xidmət göstərən tibb işçisi ilə danışın".
Qadın koronavirus xəstəliyinə (COVİD-19) yoluxubsa, bu, onun körpəsinə də keçəcəkmi?
Franka Kade bu suala belə cavab verib: "Biz virusun hamiləlik dövründə anadan uşağa keçib-keçmədiyini hələ bilmirik. COVİD-19 vaginal mayedə, göbək ciyəsi qanında və ya ana südündə tapılmayıb. Məlumatlar hələ əldə olunmağa davam edir. Bu günədək, COVİD-19 dölyanı maye və ya ciftdə də aşkar edilməyib".
Onun sözlərinə görə, edə biləcəyiniz ən yaxşı şey özünüzü COVİD-19 virusuna yoluxmaqdan qorumaq üçün bütün zəruri ehtiyat tədbirlərini görməkdir: "Lakin hamiləsinizsə və ya yenicə doğuş keçirmisinizsə və özünüzü xəstə hiss edirsinizsə, o zaman dərhal tibbi yardım üçün müraciət etməli və tibb işçisinin göstərişlərinə əməl etməlisiniz". 
Mütəxəssis vurğulayıb ki, əksər tibb müəssisələrində COVİD-19 virusuna yoluxmuş şəxslərin və digərlərinin daxil olması üçün ayrı-ayrı girişlərin olması arzuediləndir.
Pandemiya dövründə qadınlar xəstəxanaya gedərkən özləri ilə nə aparmalıdır?
"Qadınların özləri ilə əlavə nəsə aparmasına ehtiyac olduğunu düşünmürəm, lakin onlar ehtiyat tədbirlərini kifayət qədər nəzərə almalıdır", - deyə F.Kade bildirib.  O, bəzi xəstəxanaların sağlam qadınlardan evə daha tez getməyi xahiş edəcəyini gözləyir. "Bu, ərazidən-əraziyə, qadından-qadına, xəstəxanadan-xəstəxanaya . Hamilə qadınlar mama-ginekoloqdan məhz onlara uyğun olan məsləhəti verməyi xahiş etsinlər".
Doğuş keçirdikdən sonra körpəni COVİD-19 virusundan qorumaq üçün nə etmək lazımdır?
Beynəlxalq Mamalar Konfederasiyasının Prezidenti bildirib ki, yalnız ailə üzvlərinin ziyarətinə icazə vermək, başqaları ilə görüşə şərait yaratmamaq lazımdır: "Həmçinin, digər uşaqlarınız varsa, onların başqa uşaqlarla təmasda olmamasını təmin edin. Ailə üzvlərinizin əllərini yumasını və özlərinə yaxşı qulluq etmələrini təmin edin".
Ana olmağa hazırlaşan şəxs pandemiya müddətində özünü qorumaq üçün nə etməlidir?
Bu suala cavab olaraq mütəxəssis bunları açıqlayıb: "Tədqiqatlar göstərir ki, hamilə qadınların COVİD-19 virusuna yoluxma riski digər qruplarla müqayisədə heç də yüksək deyil. Bununla belə, bədənlərindəki və immun sistemlərindəki dəyişikliklər səbəbilə, hamiləliyin son aylarında olan qadınlar müəyyən respirator infeksiyaların kəskin mənfi təsirinə məruz qala bilər. Buna görə də, ehtiyat tədbirləri görmək vacibdir. Bilirəm ki, hamilə qadınlar üçün bu çox çətin ola bilər. Təbii ki, onlar həm özlərinin və körpələrinin, həm də bəzən digər uşaqlarının qayğısına qalırlar. Lakin bildiyimiz qədərilə, hamilə qadınlar digər şəxslərlə müqayisədə daha yüksək risk daşımır və hər kəsin gördüyü adi tədbirləri görməlidirlər".
O, aşağıdakı fiziki məsafə tədbirlərini tətbiq etməyi tövsiyə edir:
Koronavirus xəstəliyinin (COVİD-19) simptomlarını nümayiş etdirən istənilən şəxslə təmasdan çəkinmək.
Mümkün qədər ictimai nəqliyyatdan istifadə etməmək.
Mümkün qədər evdən işləmək.
İctimai yerlərdə, xüsusilə qapalı məkanlarda iri və kiçik yığıncaqlardan çəkinmək.
Dostlarla və ailə ilə yığıncaqlardan çəkinmək.
Sizə qulluq edən mama, ginekoloq və digər vacib xidmət göstərən şəxslərlə əlaqə saxlamaq üçün telefon, mesaj və ya onlayn xidmətlərdən istifadə etmək.
Əlavə ehtiyat tədbirlərinə əlləri tez-tez sabun və su ilə yumaq, evdə tez-tez toxunulan səthləri mütəmadi olaraq təmizləmək və dezinfeksiya etmək, özündə COVİD-19 infeksiyasına uyğun gələn hər hansı əlamət və ya simptomları izləmək və tibb işçisinə erkən müraciət etmək daxildir.
Uşağı əmizdirmək təhlükəsiz sayılırmı?
F. Kade "Bildiyimiz qədərilə, döşlə əmizdirməyə davam etmək kifayət qədər təhlükəsizdir, bütün tədqiqatlar göstərir ki, COVİD-19 virusu ana südündən keçmir. Buna görə də ana körpəsini əmizdirə bilər - bu, onun öz körpəsi üçün edə biləcəyi ən yaxşı şeydir. COVİD-19 virusuna malik olduğunuzdan şübhələnirsinizsə, dərhal tibbi yardım almaq və sizə qulluq edən tibb işçisinin təlimatlarına əməl etmək vacibdir. Sağlamlıq vəziyyəti döşlə əmizdirməyə imkan verdiyi halda, analar ehtiyat tədbirləri görməli, o cümlədən maska (varsa) geyməli, əlləri hər təmasdan əvvəl və sonra yumalı və səthləri təmizləməli/dezinfeksiya etməlidir. Əgər çox xəstəsinizsə və döşlə əmizdirə bilmirsinizsə, südü sağın və uşağınıza təmiz fincanda və yaxud qaşıqla verin. Bu zaman eyni ehtiyat tədbirlərinə əməl edin", deyə bildirib.
İzdihamlı şəraitlərdə nə etmək lazımdır?
Mütəxəssis bu suala cavab olaraq deyib ki, dünyada bir çox qadınlar çoxsaylı digər şəxslərə yaxın yaşayır ki, bu da fiziki məsafə saxlamağı daha da çətinləşdirir. "Belə hallarda, mən bütün icmadan icmadakı hamilə qadınların qayğısına qalmağı xahiş edərdim". F.Kade, insanların hamilə qadınlarla mümkün qədər məsafə saxlamasını və müəyyən tualetlərin onlar üçün ayrılmasını tövsiyə edib: "Əl yumanın vacibliyini də unutmayın. Əl yumaq boşuna vurğulanmır. COVİD-19 və sabun bir-birini sevmir. Bu, xeyli faydası olan çox sadə bir tədbirdir. Mən həqiqətən ümid edirəm ki, insanlar hansı vəziyyətlə üzləşir-üzləşsin, icma və tibb mütəxəssisləri hamilə qadınlar üçün təhlükəsiz və etibarlı bir sistem fikirləşib tapa bilər. Çünki qadınlar gələcək nəsillərimizi dünyaya gətirir.  Bu, bir xəzinə kimi dəyərləndirilməlidir!"
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1388   Tarix: 02 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngdən qorunmaq üçün 10 vacib QAYDA

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il təxminən 20 milyon insana xərçəng diaqnozu qoyulur və 10 milyona yaxın insan bu xəstəlikdən həyatını itirir. xəbər verir ki, mütəxəssislər bildirir ki, düzgü

.

Xorultudan qurtulmağa kömək edən MƏHSULLAR

Xorultu bir çox insanın qarşılaşdığı narahat edici problemlərdən biridir.  xəbər verir ki, bu hal təkcə yuxu keyfiyyətini aşağı salmır, həm də ailə üzvlərinin rahatlığını poza bilir. Mütəxəssislər bildirir ki, bəzi məhsulları

.

Saç tökülməsi nə zaman təhlükəli sayılır?

Saç tökülməsi qadın və kişi fərq etmədən bir çox insanın qarşılaşdığı geniş yayılmış problemdir. xəbər verir ki, bu hal çox vaxt mövsümi və bəzən daha ciddi problemlərin xəbərçisi ola bilər. Türkiyəli dermatoloq-həkim Hicra

.

Çay və qəhvə ilə dərman içmək niyə olmaz?

Dərman vasitələrini çay, qəhvə və ya qazlı içkilərlə qəbul etmək tövsiyə edilmir. Çünki bu içkilər preparatların təsirinə mənfi təsir göstərə bilər. xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov bildirib ki, dərman qəbu

.

2 peşə sahibi Alzeymerin yanından belə keçmir - ARAŞDIRMA

Harvard Universitetinin apardığı tarixi araşdırma sübut etdi ki, dövrümüzün qorxulu yuxusu olan Alzeymerə qarşı ən güclü qalxan laboratoriyalarda deyil; hər gün tıxacda yol tapan taksi və təcili yardım sürücülərinin beynind

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pəhrizdə ən böyük səhv tez-tez menyu dəyişməkdir

Qida rasionunu tez-tez dəyişməyən və gündəlik kalorini sabit saxlayan insanlar daha sürətli arıqlayır. xəbər verir ki, nəticələr "Health Psychology" jurnalında dərc olunub. 112 nəfərin iştirak etdiyi 12 həftəli

.

Aralıqlı orucla bağlı mif dağıdıldı

Səhər yeməyindən imtina etmək çox vaxt zehni və fiziki məhsuldarlığın azalması ilə əlaqələndirilir. Buna baxmayaraq, son illərdə aralıqlı oruc adlanan qidalanma rejiminin populyarlığı kəskin şəkildə artıb. Milyonlarla insa

.

Mətbəxdəki gizli təhlükə: Vücuda daxil olduqda böyrəkləri sıradan çıxarır - FOTO

Evdə yemək hazırlayarkən gigiyena və sağlamlıq qaydalarına ciddi əməl etmək lazımdır. Mətbəxlərdə estetik görünüşünə görə üstünlük verdiyimiz bəzi məhsullar sağlamlığımıza ciddi zərər vura bilər. Məlum olub ki, bəzi "təbii"

turlar.az

aksessuarlar geyim dəbləri toy gecesi immun sistemi veremum kosmetologiya bürclər iyun 2026 kosmetika xanim.az hamilelik penis novruza aid hakisdalar