"Anamın ad günündə, qardaşım çayda batdı"
"Qızım violonçel dərsləri alır. İstəyir İngiltərədə kral ansamblında violonçel ustası olsun. Qeyd etsin ki, azərbaycanlıdır".
Open.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova qonaq olduğu "Üçümüz" verilişində deyib. Qızından danışan aparıcı onun musiqiçi olduğunu söyləyib.
Aytən ona ünvanlanan "Neçə kiloqramsınız" sualına əsəbiləşib. O, "Yoldaşımın qaldıracağı kilodayam: həm fiziki, həm mənəvi. Narahat olmayın. Hər qadın çəkisindən asılı olmayaraq, hər kişinin gücünə görə deyil" sözlərini deyib.
Səfərova daha sonra bir qardaşının dünyasını dəyişməsindən bəhs edib. Göz yaşlarını saxlaya bilməyən aparıcı ilk dəfə bunu danışdığını söyləyib: "Rusiyada böyümüşəm, balaca qardaşım var idi. O vaxt Fərman Salmanov adlı şəxs azərbaycanlıları aparırdı Rusiyaya işləməyə. Biz də getmişdik. Orada qardaşım çayda batdı, anamın ad günündə tapıb gətirdilər. Hər gecə mənlə yatırdı. Sonuncu gün yanımdan düşüb yerdə pişiklə birlikdə yatmışdı. Gedəcəyini elə bil hiss etmişdi. O gündən anam da xəstədir. Mən gördüm valideyn 1 gündə necə qocalar. Heç bir valideynə övladın tabutunu çiynində aparmağı nəsib etməsin. Çox qorxuludur. Ağlaya da bilmirəm. Yuxumuza gəlir ki, ana, ata, bacı, qardaş ağlamayın, yerim su olur. 1989-cu ilə görə gələcəyimi qurban verərdim ki, kaş uşağı buraxmazdım". (Axsam.az) /open.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qaravəllilər
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Məşhur aktyor 46 yaşında vəfat etdi