Arıqladır, xərçəngdən qoruyur, sümükləri möhkəmlədir - MÖCÜZƏVİ QİDA

Arıqladır, xərçəngdən qoruyur, sümükləri möhkəmlədir - MÖCÜZƏVİ QİDAÇoxumuzun imtina edə bilmədiyi plov qida dəyəri baxımından zəngin yemək deyil. Plov yeyərək, artıq çəki almaq yerinə, bol vitamin və mineral ehtiva edən qara düyüyə üstünlük verə bilərsiniz. Aile.lent.az qara düyünün faydaları ilə sizi yaxından tanış edir.
Ürək və damar Sağlamlığına faydalıdır
Sağlam bir ürək üçün qara düyü yemək çox əhəmiyyətlidir. Tərkibindəki yüksək lif nisbətiylə qara düyü damarlardakı tıxanıqlığın qarşısını alır.
Pis xolesterolu məhv edir
Qara düyünün ehtiva etdiyi düyü kəpəyi yağı və lifi sayəsində qandakı pis xolesterolun miqdarını azaldır.
Diabet riskini azaldır
Qara düyü qlisemik indeksi aşağı qidadır və daha yavaş həzm olunur. Buna görə də qan şəkərindəki təsiri ağ düyüyə nisbətən daha azdır.
ərçəngə qarşı qoruyucu xüsusiyyəti var
Ağ düyü əvəzinə qara düyü ilə zəngin pəhriz saxlaya bilərsiniz. Bədəninizi sütun, döş və qan xərçəngi kimi müxtəlif xərçəng növlərinə qarşı qorumağa kömək olur.

Artıq çəkidən azad edir
Ağ düyüdən qara düyüyə keçmək arıqlamaq istəyənlər üçün yaxşı yoldur. Ehtiva etdiyi lif sayəsində qara düyü tox qalmanıza kömək olaraq, sağlam olmayan yeməklərdən uzaq durmağınıza şərait yaradacaq. Eyni zamanda, həzm və bağırsaq fəaliyyətinə də köməkçi olan qara düyü maddələr mübadiləsini sürətləndirir.

İmmunitet sistemini qüvvətləndirir
Bol vitamin və minerallarla zəngin olan qara düyü güclü immunitet sistemi üçün ən əsas qida elementlərindən biridir. Həmçinin, antioksidan xüsusiyyəti sayəsində yaşlanmağı da gecikdirir.

Sümükləri gücləndirir
Qara düyü tərkibindəki maqnezium sayəsində sümük sağlamlığına da kömək edir. Bir stəkan qara düyünün tərkibində gündəlik alınması lazım olan maqnezium miqdarının 21%-i mövcuddur. Bununla yanaşı, qara düyünün tərkibinə sümükləri gücləndirən D vitamini və kalsium da daxildir.
Bağırsaq fəaliyyətini gücləndirir
Qara düyünün tərkibindəki liflər həzm və bağırsaqların fəaliyyətini gücləndirərək, sağlam bağırsaqlara sahib olmağınızı təmin edir.

Sinir sistemini qoruyur
Qara düyü manqan adı verilən mineral ehtiva edir. Bu mineral hormon səviyyələrini nizamlı saxlayır və sağlam sinir sistemi üçün lazımlıdır.

Körpələrə uyğun bir yeməkdir
Bol lif, vitamin və mineral tərkibi baxımından qara düyü körpələr üçün ən sağlam yeməklərdən biridir.
Resept:
1 stəkan düyünü bir tavada 5 dəqiqəyə qədər qovurun və soyuduqdan sonra blenderdə toz halına gələnə qədər ovun. Bu tozun 1 çay qaşığını miqdar suyla kiçik bir tavada qarışdıraraq bişirin və hazırladığınız bu sıyığı körpənizə yedizdirin.atv.az

Sağlamlıq     Baxılıb: 5550   Tarix: 30 iyul 2016
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

turlar.az

kosmetik vasiteler qadin dunyasi geyim və ayaqqabılar toyuq yeməkləri ancelinacoli vətən bayatıları kişi xəyanət edərsə kosmetika şirin qoğal meseller rus dilini öyrənək dolça ana haqqinda bayati