Arzuolunmaz tüklər

Arzuolunmaz tüklərBədəndəki arzu olunmayan tüklərdən xilas olmanın bir çox yolu var: Krem, elektrikli epilyasiya maşını, lazer, depilyasya…
Şübhəsiz ki, ən ideal üsul dəri tipinizə, dərinizin həssaslığına, səbrinizə və büdcənizə ən uyğun olanıdır.

İncə tüklər:

Ümumiyyətlə dodaq üstündə, çənədə və üzün yan tərəflərində olan və çox diqqətə çarpan incə tüklərin çoxluğu bəzi qadınları çətinliyə salır. Əgər bu bölgələrdəki tüklənmə azdırsa ən uyğun yol saraltmadır. Saraltma üçün uyğun losyon evdə də rahatlıqla hazırlana bilər:

Şüşə bir qaba 2-3 qaşıq 36% sıxlıqda oksigenli su qoyun, bir neçə damla amonyak əlavə edin. Pambıqlı bir çubuğu hazırladığınız losyona batırıb saraltmaq istədiyiniz tüklərə sürtün. 4-5 dəqiqə sonra yüngül bir qaşıntı hiss etdiyinizdə bölgəni bol suyla yuyun və kremləyin.

Əgər tüklər çoxdursa saraltma xoş görünməyə bilər. Ayrıca tünd bədəndə saraldılmış dodaq üstü tükləri ağ bığ kimi görünəcəyi üçün heç estetik görünməz. Bu vəziyyətdə ən uyğun həll maqqaş, sap, lazer və s. üsullarla bu tükləri təmizləməkdir. İz buraxa biləcək metodlardan çəkinin!

Qoltuq altı:

Bədənin həssas bir bölgəsidir tez qızarar. Bu səbəbdən seçəcəyiniz metod əhəmiyyət daşıyar.

Bikini xətti:

Xüsusilə dəniz mövsümündə mütləq təmizlənməsi lazım olan bir bölgədir. Son dərəcə həssas və qızarmağa meyllidir. Kiçik iltihablara və batıq tüklərə səbəb olacağı üçün təraş bıçağı istifadə etməkdən çəkinin.

Qıçlar:

Dərisi çox həssas olmadığı üçün bütün metodları istifadə edə bilərsiniz. Yenə də çox açıq və ya çox tünd bədən rənginiz varsa lazerli epilyasiyadan çəkinin və ya bu mövzuda mütəxəssislərlə məsləhətləşin.

Maqqaş

Qaşları, kiçik bölgələrdəki qalan tükləri təmizləmək üçün idealdır. İki cinsi vardır, ucları düz olanlar bığ, içəri doğru əyik olanlar isə qaş üçün istifadə edilir. Maqqaşınızı, istifadə etməzdən əvvəl və sonra mütləq dezinfeksiya etməyi unutmayın.

Təraş ülgücü

Asan və tez olmasından ötrü zamanın məhdud olduğu vəziyyətlərdə tez-tez müraciət edilən bir həllidir. Ayrıca dərisi çox həssas olanlar və ya digər üsulları ağrılı hesab edənlərində seçimidir. Tüklər daha çox çıxmaz amma deformasiyaya uğradığı üçün qalınlaşar.

Tüklərin yenidən çıxışı: 2 gün

Riskləri:

Dərini kəsmə və ya cızma ehtimalı vardır.
Tüklərin daha qalın və sərt çıxmasına səbəb olar.
Dəridə sızanaq belə edə bilər.
Tükləri kökündən götürmədiyi üçün kəsilən tüklər dəri altından irəliləyib batıq meydana gətirə bilər.
İstifadə qaydaları:

Mütləq duş altında olarkən təraş olun.
Təraşdan əvvəl dərinizə sabun və ya təraş köpüyü sürtün. Bu həm dərinizin qurumasını, həm də təraş bıçağının asan sürüşməsini təmin edər.
Tüklərinizi aşağıdan yuxarıya doğru alın.
Təraşdan sonra dərinizə qətiliklə spirtli bir məhsul tətbiq etməyin, təmizlədiyiniz bölgəni bol suyla duruladıqdan sonra yüngülcə qurulayın, talk pudrası və ya bir nəmləndirici sürtün.
Soyuq mum

Kiçik lentlər halındadır. Əl ustalığı və bir az cəsarətli olduqda praktik və hər yerdə tətbiq oluna biləcək bir metoddur. Damar problemi yaşayan qadınlar üçün mumlar arasında ideal olandır.

Tüklərin yenidən çıxışı: 3 həftə.

Riskləri:

Digər mumlara görə tükləri tam götürməyə bilər amma daha asan qoparar.

İstifadə qaydaları:

Başlamazdan əvvəl dərinizin təmiz və quru olduğundan əmin olun.
Lentləri tüklərin çıxış istiqamətinin əksinə doğru və sürətlə çəkin.
İsti mum

Tüklərin kökündən alınmasını təmin edər istilik məsamələri açar və tüklərin köküylə çıxmasını asanlaşdırar. 2 formadadır.

Tüklərin yenidən çıxışı: 3 həftə.

Riskləri:

İstilik damarlarda genləşməyə səbəb olduğu üçün varis kimi damar problemi olanlar seçməməlidir.

İstifadə qaydaları:

Başlamazdan əvvəl dərinizin təmiz və quru olduğundan əmin olun.
Şəbəkədəni mümkün olduğunca incə bir təbəqə halında sürtün.
Üzərinə yayacağınız bez sürüşməyən növdən olmalıdır.
Bezi tüklərin çıxış istiqamətinin tərsinə doğru sürətlə və tək hərəkətdə çəkin; daha az ağrı hiss edərsiniz.
Təmizliyiniz bitdikdən sonra dərinizi ilıq suyla yuyub nəmləndirin.
Ənənəvi mum

Evdə hazırlana bildiyi kimi, ilıq mum olaraq qablarda da satılmaqdadır. Tükləri kökündən götürər və yenilərinin daha yumşaq çıxmasını təmin edər.

Tüklərin yenidən çıxışı: 3 həftə.

Riskləri:

Əllə tətbiq olunduğu üçün digər mumlara görə daha çox təcrübə tələb edir.
Digər mumlara görə daha çox səy və zaman tələb edir.
İstifadə qaydaları:

Başlamazdan əvvəl dərinizin təmiz və quru olduğundan əmin olun.
Dərhal çəkməyin, əlinizlə yüngülcə basdıraraq bütün tüklərə yapışmasını təmin edin.
Tüklərin çıxış istiqamətinin əksinə doğru sürətlə və tək hərəkətdə çəkin, daha az ağrı hiss edərsiniz.
Təmizliyiniz bitdikdən sonra dərinizi ilıq suyla yuyub nəmləndirin.
Tük tökücü krem

Ülgüclə müqayisədə tüklər daha yumşaq çıxar. Bir neçə dəqiqədə təsirini göstərər amma çox diqqətli istifadə edilməlidir.

Tüklərin yenidən çıxışı: 1 həftə.

Riskləri:

Allergiya riski var amma olduqca aşağıdır.

İstifadə qaydaları:

Dəriniz həssasdırsa tətbiqdən əvvəl bədəninizin kiçik bir bölgəsində təcrübə aparın.
Tüklər yaxşı alınmayıbsa əməliyyatı təkrarlamazdan əvvəl ən azı 1 gün gözləyin.
Təmizliyiniz bitdikdən sonra dərinizi soyuq suyla yuyub mütləq nəmləndirin.
Elektrikli epilyasiya maşını

İş prinsipi maqqaşla eynidir: açılıb bağlanan bir çox uc, tükü bağlayar və bir maqqaş kimi kökdən götürər. Ən böyük üstünlüyü çox kiçik tükləri belə ala bilməsidir.

Tüklərin yenidən çıxışı: 2-3 həftə.

Riskləri:

Yeni tüklərin bir qisimi batıq çıxa bilər.
Maşın dəridə sürətli hərəkət etdirilsə bir çox tükü qopara bilər.
Tam təmizlik üçün inad və səbir tələb edir!
İstifadə qaydaları:

Başlamazdan əvvəl dərinizin təmiz və quru olduğundan əmin olun.
Maşını, yavaş, çox basdırmadan və tüklərin çıxış istiqamətində yəni aşağıdan yuxarıya doğru hərəkət etdirin.
İynəli epilyasiya

İncə və yumşaq iynələrlə ət kökünə girib zəif axınlı elektriklə köklərin yandırılması üsuludur. Elektrik cərəyanı zəif olduğu üçün çox ağrı hiss edilməsədə həssas bölgələr üçün lokal anestezi edilə bilər. Seansların sayı, edilən bölgədəki tük sıxlığına və tüklərin alınmağa uyğun inkişaf etmişlik mərhələsinə görə dəyişər.

Hamilələrin tətbiq etməməsi lazım olan bir üsuldur.

Riskləri:

İynələr səbəbiylə dəridə keçici kiçik izlər meydana gələr.
Bütün tüklərin təmizlənməsi üçün uzun, davamlı seanslara qatılmaq lazımdır.
İstifadə qaydaları

Mütəxəssislərə etdirilməlidir.
Tətbiqin ediləcəyi yer və iynələr gigiyenik olmalıdır.
Lazerli epilyasiya

Lazerli epilyasiya bədənin hər bölgəsindəki tükləri ağrısız və dəriyə zərər vermədən yox edən qalıcı bir üsuldur.
Xüsusi olaraq seçilən dalğa boyundakı lazer şüaları tük kökündə olan melanin pigmentini hədəf alar.

Lazerli epilyasiyadan təsirli nəticə ala bilmək üçün ən az 4 seans nizamlı olaraq davam etmək lazımdır. Seans sayı, tük sıxlığına, rənginə və dəri tipinə görə adamdan adama dəyişər. Ayrıca tükün bir çox inkişaf mərhələsi vardır. Lazerli epilyasiyasına uyğun inkişaf etmiş tüklər yox edildiyi üçün bu mərhələyə gəlməyən tüklər üçün uyğun mərhələ gözlənilir. Bu da seans sayını artıra bilər. Ən sürətli və müvəffəqiyyətli nəticə, dəri rəngi açıq, tükləri tünd olan insanlarda alınar.

Hamilələrin tətbiq etməməsi lazım olan bir üsuldur.

İstifadə qaydaları:

Tətbiqdən əvvəl günəş vannası qəbul etməyin, bürüncləşmiş dəriyə lazer tətbiq etmək təhlükəlidir. Tətbiqdən sonra da 8 gün günəş vannası qəbul etməyin.
Çox açıq və ya çox tünd bədən rənginiz varsa qərar verməzdən əvvəl bir mütəxəssis həkimlə görüşün.
Seanslardan sonra dəridə qızartılar meydana gələ bilər amma bunlar qısa müddətdə yox olar.
Lazerli epilyasiya bir mütəxəssis işidir, mütləq yaxşıca araşdırın və mütəxəssislərə etdirin.

Gözəllik və Moda     Baxılıb: 10494   Tarix: 08 yanvar 2014
f Paylaş

Oxşar xəbərlər

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

Makiyajın uzun müddət qalması üçün məsləhətlər

Makiyajın uzun müddət qalması üçün bir neçə əsas məsləhətə riayət etmək faydalıdır. Bu, yalnız görünüşü gözəl saxlamaqla yanaşı, tətbiq olunan məhsulların da dəridə daha uzun müddət təsirli olmasına kömək edir. İlk növbədə

.

Göz altındakı qara halqalar necə gizlədilir? - İPUCLARI

Göz altındakı qara halqalar bir çox insana tanışdır. Yuxu rejiminə əməl etməyə çalışsanız da, istirahətinizə mane olan amillər həmişə tapılır. Hətta bəzi günlərdə səkkiz saatlıq yuxu belə vəziyyəti düzəltmir – qara halqala

turlar.az

yay geyimləri 2026 toy makiyaji sekilleri toy gecesi hicab baglamaq usullari milli yemek qadın sağlamlıq cavanlasdirici maskalar kosmetika qiz adlari vətənə aid atalar sözləri vətən aysel hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz