Astroloji proqnoz - 1 fevral

Astroloji proqnoz - 1 fevralQoç - dəqiq, ehtiyatlı, sayıq olun. Başladığınız işdə diqqətli çalışın ki, pis fəsadlara malik ciddi səhvlərə yol verməyəsiniz. Maraqlarınızı qoruyarkən qohumlarınızı və yaxınlarınızı unutmayın. Hiyləgər, fəndgir olun. Təhlükəli rəqib və ya bədxahı üstələdiyinizi düşünsəniz də, belə deyil.

Buğa - emosiyalarınızın öhdəsindən gəlin. Hirs və qıcıq problemlər yarada bilər. Dəyər verdiyiniz insanlarla münasibətləri sərinləşdirməyin, münaqişə etməyin. Özünüzü peşman və günahkar hiss edəndə yanlışlıqların fəsadlarını aradan qaldırmaq üçün konkret addım atın.

Əkizlər - imicdə dəyişikliklər üçün əlverişli zamandır. Yaradıcılıq potensialı səviyyəsi yüksəkdir. Qeyri-standart, parlaq ideyalar ola bilər. Yaxşı gəlir istisna deyil.

Xərçəng - əlverişli gündür. Qarşınızda yeni, perspektiv imkanlar yaranır. Mürəkkəb işlərdə uğur qazanmaq, çətin işləri həll etmək imkanları var. İstənilən format və səviyyəli görüşlər uğurla başa çatacaq. Əvvəllər rəqiblərinizi dəstəkləyən insanlar indi sizə yardım edirlər.

Şir - məhsuldar və perspektivli gündür. Düşünülməmiş addımlar atmayın. Tələsik qərar və ya hövsələsiz davranış fəsadlara səbəb ola bilər. Aldığınız məlumatları təhlil etmədən atılan addımların nəticələri sonradan sizi təəssüfləndirə bilər. Günün ikinci yarısında yarımçıq işi tamamlayın.

Qız - çətin, qarışıq, qarğaşalı gündür. Vurnuxmalar sizi çaşdırmasın. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə hazır olun. Yalnız bu minvalla mənfi təmayüllərin öhdəsindən gələ bilərsiniz. Hadisələrin inkişaf məcrasına təsir etməyin. Situasiyanı sürətlə dəyişmək cəhdləriniz uğursuzluğa düçar olacaq. Problemlər isə tam əksinə, daha da ağırlaşaraq ciddiləşəcək.

Tərəzi - yaxın ətrafınızda yeni simalar peyda olacaq. Baş verənləri anlamağa, dəyişikliklərə hazır olmağa çalışın. Yeniliklərin bəziləri əlverişli olmasa da, situasiyadan tam bəhrələnin. Günün ikinci yarısı məhsuldar dövrdür. İşlərdə və şəxsi həyatınızda keyfiyyətli dəyişikliklər başlaya bilər.

Əqrəb - Səhhətinizə fikir verin. Qəbul etməyə hazırlaşdığınız dərman preparatlarının istifadə müddətinə diqqət yetirin. Axşam saatları yağlı, "ağır" yemək yeməyin.

Oxatan - maliyyə baxımından uğurlu gündür. Addım və qərarlarınızda qətiyyətli olun. İradəli olun, prioritetlərlə məqsədləri müəyyənləşdirin. Günün ikinci yarısında gəlir şansları yaranır. Maliyyə vəsaitindən qənaətlə bəhrələnin, bədxərclik etməyin.

Oğlaq -sizi heyrətləndirəcək, hətta təşvişə salacaq hadisələr baş verə bilər. Yaxın ətrafınızdakı insanlar sizi xəbərlər və yeni ideyalarla heyrətləndirə bilərlər. Günün ikinci yarısında problemlə qarşılaşacaqsınız. Mövqeyinizin sərt izharı dostlardan və ya yaxınlardan birinin xətrinə dəyə bilər.

Dolça - maliyyə itkiləri istisna deyil. Qüvvə və potensialınıza həddən ziyadə güvənərək düşünülməmiş addımlar atmayın. Eqoist və xudpəsənd açıqlamalar ümumi işin ziyanınadır. Günün ikinci yarısında işgüzar aktivliyi artırın. Yaxşı tanımadığınız insanlarla əlaqələr qurun, onların imkanlarından bəhrələnməyə çalışın. Axşam saatlarında dostlarla birlikdə istirahət edin.

Balıqlar - ətalətli, süst olmayın. Fəallıq nümayiş etdirin. Qarşınıza qoyduğunuz məqsədə doğru sürətlə irəliləyin. Yaxın ətrafınızdakı insanlar sizə üz tutur, problemlərini "hədiyyə" etmək istəyirlər. Maraqlarınızın tam təminatına çalışın. Tərəfdaşınız sizinlə əməkdaşlığın perspektivlərinə əsla şübhə etməməlidir.

Maraqlı     Baxılıb: 2453   Tarix: 01 fevral 2016
f Paylaş

Oxşar xəbərlər

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

turlar.az

makiyaj instagram donlar 2026 gozel gorunmek valideyn ovlad munasibetleri xiyarın faydaları silikon dodaq ayaqqabı modelləri kosmetika haxisdalar sağlamlığın sirleri novruz bayramina aid hakistalar oxatan novruz bayramina aid