Astroloji proqnoz - 28 yanvar

Astroloji proqnoz - 28 yanvarQoç -Fantaziyanız sərhəd tanımır. Ən qeyri-adi və qəribə fikirlər, ixtiralar sizi məşğul edəcək. Düzdür, ideyalarınız elə ideya olaraq qalacaq, ancaq bu nə sizi, nə də ətrafınızdakıları kədərləndirməyəcək. Çoxdankı bir münaqişənin gözlənilmədən həlli, itirdiyiniz dostunuzla münasibətlərinizin düzəlməsi mümkündür.

Buğa - Çətinlikləri əvvəlcədən görmək bacarığı şəxsi həyatınızda köməyinizə gələcək. Məhz bu gün yaxınlarınızla bir çox vacib məsələləri həll edə bilərsiniz.

Əkizlər - Bu gün nəyəsə müstəqil olaraq nail olmaq fikrindən vaz keçin. Vaxtında kiminləsə qüvvələrinizi birləşdirsəniz, məqsədinizə bir elə tez və asanlıqla çatacaqsınız. Ancaq müştərək işə qoşulmazdan öncə bütün detalları müzakirə edin.

Xərçəng - Özünüzü yormayın, bu gün enerjinizi qorumağınız vacibdir. Axşam başınız ağrıya, yuxusuzluqdan əziyyət çəkə bilərsiniz. Gərək olmadan dərman qəbul etməyin.

Şir - Qeyri-adi yerlərə gedin, dünyagörüşünüzü genişləndirməyə çalışın. Köhnə dostlarınızın sizi ziyarət etməsi könlünüzü açacaq, onların hətta sizin həyat tərzinizə uyğun gəlməyən təklifləri sizə maraqlı görünəcək. Romantik cəbhədə də hər şey əladır.

Qız - Gün bir çoxlarına çətin gələcək. Qəflətən hadisələr elə yöndə cərəyan etməyə başlayacaq ki, insanlar çaş-baş qalacaqlar. Stress keçirməyə alışmış insanlar özlərini tez ələ ala biləcək, xilas olmaq üçün plan hazırlayacaqlar. Ancaq özlərinə tərəfdaş tapmaq onlar üçün çətin olacaq.

Tərəzi - İstədiyiniz kimi hərəkət edə biləcəyiniz gün gəlib yetişdi. Enerjiniz aşıb-daşır, istənilən işin öhdəsindən gəlməyə qadirsiniz. Bircə məsələ qanınızı qaralda bilər - çox pul sərf etməli olacaqsınız. Amma təəssüflənməyin.

Əqrəb - Xoşunuza gəlməyən insanlarla ünsiyyət sizi qıcıqlandıracaq. Məişət problemləri də sizi yoracaq. Dostlarınızla görüş planlamısınızsa, yaxşı olar ki, onu evdə deyil, məsələn, bir kafedə keçirəsiniz.

Oxatan - Daha çox eyni bürcdən olan insanlar bir-birlərilə dil tapa biləcəklər. Orqanizmi artıq yüklənmədən qorumaq, sağlamlığı möhkəmlətmək üçün profilaktik tədbirlər görmək lazımdır. Xroniki xəstəliklərin güclənməsi ehtimalı var.

Oğlaq - Bu gün yaranan imkanlardan istifadə edə biləcəksiniz. Ancaq bəzi anlaşılmazlıqlar, küskünlüklər də mümkündür. Çalışın, hisslərinizi cilovlayasınız, yaxınlarınızla ünsiyyətdə bir qədər səbrli olun, neqativ emosiyalara yol verməyin.

Dolça - Aktiv fəaliyyətinizi yavaşıdıb ətrafda baş verənlər barədə fikirləşsəniz, heç də pis olmaz. Son vaxtlar əldə etdiyiniz uğurları və uğursuzluqları dəyərləndirin, çox güman ki, harada səhv etdiyinizi anlayacaqsınız.

Balıqlar - Tanımadığınız adamlarla ünsiyyəti məhdudlaşdırın. Sizin bütün yeniliklərə qarşı həddən artıq marağınız qorxulu situasiyaların yaranmasına səbəb ola bilər. Qarşınıza çıxan maneələri dəf edə biləcəksiniz, sadəcə, təmkininizi qorumaq lazımdır.

Maraqlı     Baxılıb: 2478   Tarix: 28 yanvar 2016
f Paylaş

Oxşar xəbərlər

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

turlar.az

makiyaj instagram donlar 2026 gozel gorunmek valideyn ovlad munasibetleri xiyarın faydaları silikon dodaq ayaqqabı modelləri kosmetika haxisdalar sağlamlığın sirleri novruz bayramina aid hakistalar oxatan novruz bayramina aid