Astroloji proqnoz - 29 dekabr

Astroloji proqnoz - 29 dekabrQoç - Qadınlarla əməkdaşlıq məhsuldar olacaq. Maliyyə məsələlərinin həlli, sənədlərlə iş, hesabatlar və gələcək üçün planların qurulması ilə məşğul olmaq olar. İş ortaqlarınızla aranızda fikir ayrılığı yarana bilər. Onlarla ümumi dil tapıb, güzəşt əldə etmək asan olmayacaq.
İctimai tədbirlərdə iştirak etmək, teatra getmək olar. Yeni tanışlar tapa bilərsiniz. Ehtiyacı olanlara kömək edin, başqalarının həyatı ilə maraqlanın.

Buğa - Hiss edirsiniz ki, çox işin öhdəsindən gələ bilərsiniz. Bu, doğrudan da, belədir. İşsiz oturmayın - könüllü və ya məcburi bekarçılıq sizi əzəcək, kefinizi korlayacaq. Yeni bir şey öyrənmək, biliklərinizi paylaşmaq üçün əla gündür.
İş baxımından bəxtiniz gətirir, bu gün çox sərfəli sövdələşmələr bağlaya bilərsiniz. Planlaşdırılmamış alış-veriş, hətta lazımsız əşyaları alsanız belə, faydalı olacaq.

Əkizlər - Əməkdaşlıq üçün yaxşı gündür. Əvvəllər münasibət qurmaqda çətinlik çəkdiyiniz insanlarla ümumi dil tapa bilərsiniz. Qarşı cinsin nümayəndələri ilə ünsiyyət könlünüzü açacaq.
Maliyyə vəziyyətinizi düzəltmək, gəlir gətirən ideyaları reallaşdırmaq şansları var. Ev üçün əşyalar almaq, tərtibatla məşğul olmaq olar.

Xərçəng - Hətta fikir ayrılıqları yaransa belə, insanlar münaqişələrdən qaçır, münasibətləri qoruyub saxlayırlar.
Evdə səliqə-sahman yaratmaq, bağda işləmək, digər məişət qayğıları üçün münasib gündür. Uğurlu alış-veriş etmək olar. Köçmək, həyat tərzini tamamilə dəyişmək, dostlarla və sevgililərlə əlaqələri qırmaq məsləhət deyil.

Şir - Sağlam düşüncə və məntiqin sayəsində yeni problemlər yaratmadan köhnələri həll edə bilirsiniz. Həm işgüzar, həm dostlarla ünsiyyət üçün münasib gündür. Danışıqlar bir qədər uzana bilər, ancaq nəticəsi məhz siz istəyən kimi olacaq. Axşam həm işgüzar, həm əyləncəli səfər üçün münasibdir.
Günorta istirahət üçün vaxt tapın, yoxsa səhhətiniz pisləşə bilər. Televizor, yaxud kompüter monitoru qarşısında çox oturmayın, qaranlıqda oxumayın - gözləriniz ciddi zədə ala bilər.

Qız - Güclüsünüz, özünüzə inanırsınız. Əla əhval və tərəddüdsüz nikbinlik sizi ətrafınızdakıların gözündə çox cazibədar edir. Könüllü köməkçilərin sayı-heabı yoxdur. Odur ki, işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Planlaşdırılmamış, amma çox xoş xərcləriniz ola bilər.
Gözlənilməz görüşlər mümkündür. Kimsə sizi valeh edəcək. Başınızı asanlıqla itirir, emosiyalara qapılır, yeni təəəssüratlar alırsınız. Əyləncəli tədbirlərə getmək, dostlarla birlikdə dincəlmək olar.

Tərəzi - Bu gün baş verən hadisələr arasında heç bir əlaqə nəzərə çarpmır, hətta tamamilə gözlənilməzdirlər. Ancaq şəraiti aydınlaşdırsanız, həm səbəbi, həm də nəticəni tapa bilərsiniz. Düzdür, bu zaman sizin də nədəsə günahkar olduğunuz ortaya çıxacaq. Ola bilsin ki, bu, günün ən çətin anı olsun. Açıq-aşkar olanı inkar etməyi bir kənara qoyduğunuz andan işləriniz düzəlməyə başlayacaq.
Çoxları bu gün sizi tərifləyir, təqdir edir, xoş sözlər deyirlər. Onlara inanmaq olar. Kimsədən bu gün badalaq gözləməyin, insanlara inanın.

Əqrəb - Özünüzü yaxşı tərəfdən göstərə bilərsiniz. Mərhəmətiniz və alicənablığınız diqqətdən kənarda qalmayacaq. Bəziləri sizin hərəkətlərinizlə qürur duyur, bəziləri isə bundan öz xeyirlərinə istifadə edərək sizi idarə etməyə çalışırlar. Təmaslarda ehtiyatlı olun.

Oxatan - Şəxsi həyatınızda yenilik edə, yaxud onu tamamilə dəyişə bilərsiniz. Ancaq yaxşı olar ki, tələsməyəsiniz: bu gün qəbul etdiyiniz qərarlar nəinki sizin, hətta yaxınlarınız üçün də vacibdir. Qeyri-adi əşyalar, əntiq mallar, əl işləri almaq olar.

Oğlaq - Xeyli maraqlı məsələnin öhdəsindən gəlməlisiniz. Ağlınızı işlədin, üzdə olan həllər heç də ən yaxşıları deyil, bir az dərin düşünün. İstedadlarınızı nümayiş etdirmək üçün əla gündür: çox güman ki, həyatınızı dəyişdirə biləcək insanlar həmin qabiliyyətlərinizi görüb qiymətləndirəcəklər.

Dolça - Ailə məsələləri, ev problemlərini həll etmək üçün çox yaxşı gündür. Sərtlik və nəzakətsizlik göstərmədən həm özünüzün, həm yaxınlarınızın həyatında səliqə-sahman yarada bilərsiniz. Maraqlı təkliflər ala bilərsiniz. Bir çox Dolçalar üçün gözəl perspektivlər yaranır.

Balıqlar - Dolu və gərgin gündür. İşləriniz çoxdur və bunların hər biri özlüyündə maraqlıdır. Çox məşğul olsanız da, yorğunluq hiss etməyəcəksiniz. Enerjiniz kifayət qədərdir. Eksperiment etmək, qeyri-standart metodlardan yararlanmaq olar.

Maraqlı     Baxılıb: 2292   Tarix: 29 dekabr 2015
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

turlar.az

qaşların formalari geyim şəkilləri hamiləlik gilasın faydası nermin ibrahimova bilik haqqinda atalar sozu buga burcu 2026 kosmetika novruz bayrami hakisda qurd ve quzu oyunlar klitor vətənə aid