Astroloji proqnoz - 29 yanvar

Astroloji proqnoz - 29 yanvarQoç - Bu gün bəzi çətinlikləriniz olacaq. Onların hamısının öhdəsindən gəlməyiniz vacibdir. Çünki gələcək uğurlarınız onlardan asılıdır. Mübarizəyə köklənin və mövqeyinizi əldən verməyin. Yaxınlarınızın köməyinə ümid edə bilərsiniz. Yeni tərəfdaş və həmfikir axtarmağa isə dəyməz.

Buğa - Emosional fon gərgindir. Bu səbəbdən yaxınlarla münasibət də gərilməkdədir. Bunlar bir çoxlarına xırda problem kimi görünsə də, bəziləri artıq köhnə əlaqələri yeniləmək, gələcək addımlar barədə düşünməyə başlayıblar. Amma hələlik qəti hərəkət etməyə heç kim tələsmir.

Əkizlər - Hər şeyin yaxşılığa doğru dəyişəcəyi ümidinin sizi tərk etməsinə izn verməyin. Optimizm və sakit inam istənilən şəraitdə uğuru sizə doğru maqnit kimi çəkəcək.

Xərçəng - Bu gün eyni zamanda həm hiyləgər, həm də dözümlü olmalısınız. Gün sadə deyil, qarşınıza qoyduğunuz məqsədlər isə çox ciddidir və geri çəkilmək olmaz. Xoşbəxtlikdən, çox güclü bir şəxs köməyinizə gələcək. Yeni tərəfdaşınızın xətrinə dəyməyin, o, sizə hələ lazım olacaq.

Şir - Gün ərzində yaxınlarınızla razılığa gəlməyə çalışacaqsınız, amma yalnız axşama doğru ortaq məxrəcə gələ biləcəksiniz. Fikirləşməyin ki, sizi elə bir sözünüzdən anlayırlar, fikrinizi anlatmaqda tənbəllik etməyin.

Qız - Təhsil almaq, yeni biliklər öyrənmək üçün əla gündür. Bu gün informasiyanı əldə etmək və yadda saxlamaq sizə çox asandır. Alış-veriş edə bilərsiniz, amma ev təmirinə çəkdiyiniz xərc hədər gedəcək. Yaşlı insanlarla ünsiyyət xoş təsir bağışlayacaq. Həmçinin onların təcrübəsi karınıza gələcək.

Tərəzi - Sevdiyiniz şəxslə münasibətləriniz ahəngdardır, savaşdan qorxmadan istənilən məsələni onunla müzakirə edə bilərsiniz. Köhnə tanışlarınızla görüşləriniz sizi sevindirəcək. Enerjiniz çoxdur. Səhhətinizdən şikayətiniz olmayacaq.

Əqrəb - Sizi maraqlı və xoş bir gün gözləyir. Öz istedadınızı tətbiq etmək üçün gözlənilməz bir sahə tapacaqsınız. Nüfuzlu adamların xoşuna gələcək, onların inamını qazanacaqsınız. Peşəkar və şəxsi işlərinizi yoluna qoymaq üçün əla gündür. Dostlarınızla ümumi biznesin yaradılmasını, yaxud ürəyinizi tez-tez döyünməyə vadar edən birisiylə eşq məsələlərini müzakirə edə bilərsiniz.

Oxatan - Gücünüz aşıb-daşır, o qədər enerji hiss edirsiniz ki, onu sərf etməyə doğru bir yer tapsanız, əla olar. Əgər kontakt idman növlərilə məşğul olursunuzsa, yaxud fiziki işlə məşğul olacaqsınızsa, bir qədər diqqətli olun.

Oğlaq - Gün asan və xoşdur. Maraqlı insanları öz ətrafınıza toplaya biləcəksiniz. Bir çox başlanğıclar uğurla bitəcək. Və onlar nə qədər cəsarətli olsalar, bir o qədər yaxşıdır. Enerjiniz və inadınız başladığınız işi sona çatdırmağa sizə imkan verəcək.

Dolça - Ənənələrdən kənara çıxsanız, özünüzün çox cəsarətli bir planınızı həyata keçirə bilərsiniz. Əsas məsələ odur ki, həddinizi aşmayasınız. Bir qədər çox canfəşanlıq etsəniz, o zaman sizi dağıdıcı və günahkar elan edəcəklər. Çox yaxşı olardı ki, sizə dost münasibəti bəsləyən və diplomatik istedadı olan birisiylə müvəqqəti alyans yaradasınız.

Balıqlar - Bu gün hər hansı bir sürpriz vəd etmir. Sakit və rəvan, maraqlı və ümumilikdə xoş keçəcək. Özünüzdən qəhrəmanlıq və qeyri-adi hərəkətlər tələb etməyin, rahat olun, ümumi axına qoşulun. Çalışın, vacib məsələləri günün birinci yarısında həll edəsiniz.

Maraqlı     Baxılıb: 2254   Tarix: 29 yanvar 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

turlar.az

makiyaj instagram donlar 2026 gozel gorunmek valideyn ovlad munasibetleri xiyarın faydaları silikon dodaq ayaqqabı modelləri kosmetika haxisdalar sağlamlığın sirleri novruz bayramina aid hakistalar oxatan novruz bayramina aid