Astroloji proqnoz - 7 fevral

Astroloji proqnoz - 7 fevralQoç - Diqqətli olun. Ünsiyyət çevrəsini ən zəruri əlaqələrlə məhdudlaşdırın. Yarımçıq işlər qəfil həllini tapa bilər. İndiki olaylar sürətlə inkişaf edən hadisələr silsiləsinin bir hissəsidir. Dəyişikliklər qurban tələb edir. Tələsməyin.

Buğa - Çox emosional və gərgin gün olacaq. Diqqətinizi işdən ayırmayın. Çətinliklərin dəf edilməsi ilə məşğul olun. Sevdiyiniz insanın və yaxınlarınızın hisslərini sınağa çəkməyin. Əks təqdirdə səhvlərin fəsadlarını aradan qaldırmaq asan olmayacaq.

Əkizlər - Cari işlərlə məşğul olun. Anlaşma, razılaşma, danışıqlar, tərəfdaşlar və başqa maraqlı şəxslərlə aktiv dialoq tələb edən məsələləri təxirə salın. Dəyişikliklər qəfil ola bilər. Gələn siqnallar mümkün problemlərdən xəbər verir. Təşəbbüskar olun. Səhvə yol vermək, yalan və ya öz illüziyalarınızın qurbanı olmaq riski az deyil.

Xərçəng - Qüvvə və enerjinizə qənaət edin. Nəzərdə tutduğunuz bütün işləri görə bilməyəcəksiniz. Peşəkar fəaliyyətlə bağlı ambisiyaları arxa plana salın. Ailə üzvləri və yaxınlarınızın maraqları daha üstün olmalıdır. Parlaq və güclü hisslər istəsəniz də, müstəqil, sakit şəkildə çalışın. Münaqişələrə qatılmayın, özünüzə problem yaratmayın. Əks təqdirdə fəsadları uzun müddət aradan qaldırmalı olacaqsınız.

Şir - Gərginlik daha da artır. Situasiya ağırlaşır, hisslər mürəkkəbləşir. Problemləri həll etməyin yollarını tapın, durumun ağırlaşmasına yol verməyin. Mübahisələr, həqiqət axtarışları ciddi ixtilaflara, münasibətlərin kəsilməsinə, əməkdaşlığın sərinləşməsinə səbəb ola bilər.

Qız - Çoxsaylı təəssüratlar və hisslər vəd edən gündür. Yaşananları təhlil edin, proseslərin məğzini anlamağa çalışın. Yaxın ətrafınızdakı insanlar yeni tapşırıqlar və öz problemləri ilə sizə təzyiq etməyə çalışırlar. Vaxtınızı və maraqlarınızı qorumağın çevik vasitəsini tapın. Əks təqdirdə özünüz barədə xoşagəlməz sözlər eşidəcəksiniz.

Tərəzi - Mürəkkəb problemin və ya çətin məsələnin həllinə başlamaq üçün əlverişli zamandır. Mühüm danışıqlar aparın, fəaliyyət planını hazırlayın, ən önəmli və ciddi məqsədə çatmaq üçün yola çıxın. İntuisiyanıza güvənin. Təhtəlşüurun verdiyi siqnallar yaxın ətrafınızdakı insanların məsləhətlərindən daha əfzəldir.

Əqrəb - Pis gün deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün səy göstərin. Çoxsaylı işlərə başlamaq əvəzinə bir işi bitirin. Kommersiya fəaliyyətində uğur istisna deyil. Sərfəli anlaşmalara nail olmaq, yeni layihənin reallaşmasına başlamaq olar. Müstəqil çalışın. Belədə fəaliyyət birgə işlə müqayisədə daha yaxşı olacaq.

Oxatan - Qüvvənizi toplayın, aktiv olun. Asan gün deyil. Xoşagəlməz təmayüllərin öhdəsindən gəlmək asan deyil. Sayıq olun, səhvlərə yol verməyin. Dostlar və ya müttəfiqlər sizə yardım etməyə hazırdırlar. Lakin onlar durumun təfərrüatlarından dəqiq hali olmalıdırlar.

Oğlaq - Maliyyə məsələlərini həll etmək, alış-verişə çıxmaq məsləhət deyil. Qeyri-standart yanaşma, təxəyyül və çeviklik tələb edən işlərlə məşğul olmaq mümkündür. Yaxın ətrafınızdakı insanlarla münasibətlərə ciddi fikir verin. Prioritet və məqsədlər arasında yenilənmələr aparmaq zamanıdır.

Dolça - Qarışıq, amma məsuliyyətli gündür. Münasibətləri həddən ziyadə iradlar və tələblərlə korlamayın. Ünsiyyəti məhdudlaşdırın, ünsiyyəti və yazışmaları təxirə salın. Yarımçıq işləri tamamlayın, sabaha heç bir iş saxlamayın. Münasibətlərin gərəkli məcrada inkişafı üçün səylər göstərin. Bu mümkündür, amma fikir ayrılıqları və incikliklər istisna deyil.

Balıqlar - Asan gün olmayacaq. Lakin bütün sədləri dəf edərək məqsədə çata bilərsiniz. Nailiyyətlər əldə etmək üçün ciddi səy göstərmək gərəkdir. Kiçik qələbələrə asanlıqla nail olacaqsınız. Yaxın ətrafınızdakı insanlarla münasibətlər rəvan deyil. Hamının sizə pislik etməyə çalışdığını düşünməyin. Təmkinli və səbrli olun, əhvalınızı pozmayın. Yanlış qərarlar verməyin, ciddi səhvlər etməyin./milli.az/

Maraqlı     Baxılıb: 2385   Tarix: 07 fevral 2016
f Paylaş

Oxşar xəbərlər

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

turlar.az

makiyaj instagram donlar 2026 gozel gorunmek valideyn ovlad munasibetleri xiyarın faydaları silikon dodaq ayaqqabı modelləri kosmetika haxisdalar sağlamlığın sirleri novruz bayramina aid hakistalar oxatan novruz bayramina aid