Astroloji proqnoz - 8 fevral

Astroloji proqnoz - 8 fevralQoç - Bu gün qarşınıza çıxacaq maneə və sədləri dəf etməmiş sakitləşməyin. Problemlər həllini tapmasa, sonradan çox ağır fəsadlara çevrilə bilər. Məqsədə doğru inamla irəliləyin. Prioritetləri yeniləyin, yolları müəyyənləşdirin. Müşküllər hesab etdiyiniz qədər ağır deyil.

Buğa - Vurnuxma və təlaşa qapılmayın, tələsik qərarlar verməyin, düşünülməmiş addımlar atmayın. Sağlam məntiqlə hərəkət edin. Davranışınız yaxın ətrafınızdakı insanların aqressiyasına və sərt reaksiyasına səbəb olmamalıdır. Günün ikinci yarısında işdə rəhbərlik və həmkarlarla ciddi ixtilaf yarana bilər.

Əkizlər - İntriqa və hiyləgərliklərə əl atmayın. Fırıldaq olarsa, üstü tezliklə açılacaq, naqolay vəziyyətə düşəcəksiniz. Şəxsi həyatınızda yaxşılığa doğru köklü dəyişikliklər ola bilər. Fəqət, bütün addımlarınız yüz ölçülüb bir biçilməlidir. Emosiya və hisslərin təsiri altında hərəkət etməyin. Baş verən olaylara rəğmən təmkinli və soyuqqanlı davranın.

Xərçəng - Peşəkar fəaliyyət baxımından çox uğurlu gündür. İşdəki nailiyyətlər əhəmiyyətlidir və diqqətdən kənar qalmayacaq. Yeni layihəyə başlamaq olar. Təsir gücü artıq olan insanlar bu layihəyə cəlb edilərsə, perspektivlər artır. Kiçik, amma gərəkli və vaxtında olan gəlirlər istisna deyil.

Şir - Uğurlu və düşərli gündür. Praktiki və praqmat olsanız, peşəkar fəaliyyət müstəvisindəki problemlərin öhdəsindən gələ bilərsiniz. Həmkarlarınızın əksəriyyətindən fərqli olaraq baş verənlərə real baxın, kobud səhvlərə yol verməyin. Mühüm sənədləri imzalamaq, uzunmüddətli əməkdaşlıqla bağlı danışıqlar aparmaq olar.

Qız - Təmkinli davranmasanız, bel bağladığınız dəstəyi ala bilməyəcəksiniz. Saatlar keçdikcə pozitiv təmayüllərin təsiri güclənir. Yaxşılığa doğru dəyişikliklər başlanır. Dostlarla görüş, yaxınlarla ünsiyyət, istirahət üçün axşam saatlarını seçin.

Tərəzi - Asan və sadə gün deyil. Fəqət, narahat olmayın, yaranmış problemləri asanlıqla həll etmək mümkündür. İşgüzar danışıqlar aparmaq, yeni tərəfdaşlarla əməkdaşlıqla bağlı müzakirələrə varmaq olar. Həmfikir və müttəfiqləri asanlıqla tapmaq mümkündür. Nüfuzlu insanlar sizi dəstəkləyəcəklər.

Əqrəb - Xarici görünüş və imicinizə fikir verin. İşgüzar təmaslarla yanaşı, romantik münasibətlərdə də irəliləyiş olacaq. Axşam saatlarında etiraf eşidəcəksiniz. Telefon danışıqları çox vaxt alacaq. Onların əksəriyyəti faydasız olsa da, xoşdur.

Oxatan - Parlaq, yaddaqalan, hadisələrlə zəngin gün olacaq. İnformasiya axınında tez baş çıxarın, dürüst qərar verin. İşlərdə rəqibləri geridə qoymağa çalışın. Şübhə içində olan, yerində sayanlardan fərqli olaraq irəliyə doğru fəal hərəkət edin. Yaradıcılıq potensialı səviyyəsi çox yüksəkdir.

Oğlaq - Ünsiyyət üçün əlverişli gündür. Yaxın ətrafınızdakı insanlarla ixtilaf və fikir müxtəlifliyi yaransa belə, mübahisələrə imkan verməyin. Münaqişəli situasiyanı "rüşeym"indəcə həll edin. Peşəkar fəaliyyət müstəvisində yarana biləcək problemləri etibar etdiyiniz şəxslər, müttəfiqlərinizin dəstəyi ilə həll edin.

Dolça - Bu gün başlanacaq istənilən əməkdaşlıq məhsuldar və xoş olacaq. Romantik görüşlər üçün əlverişli zamandır. Təbii, səmimi olun, qarşı tərəfdə xoş təəssürat yaratmağa çalışın. Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.

Balıqlar - Yeni iş və ya layihə uğurlu ola bilər. İşgüzar fəaliyyət və şəxsi münasibətlər baxımından əlverişli gündür. İntuisiyanıza güvənin. Faydalı, vaxtında söylənən məsləhətləri qulaqardına vurmayın. Uzunmüddətli planlar qurmaq, niyyətinizi dostlar və ailə üzvləri ilə müzakirə etmək olar./milli.az/

Maraqlı     Baxılıb: 2261   Tarix: 08 fevral 2016
f Paylaş

Oxşar xəbərlər

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

turlar.az

makiyaj instagram donlar 2026 gozel gorunmek valideyn ovlad munasibetleri xiyarın faydaları silikon dodaq ayaqqabı modelləri kosmetika haxisdalar sağlamlığın sirleri novruz bayramina aid hakistalar oxatan novruz bayramina aid