Atmosferin alt qatlarında ozon kəskin artıb

Atmosferin alt qatlarında ozon kəskin artıbEkoloqlar müəyyən ediblər ki, Hindistan, Malayziya və İndoneziyanın ən böyük şəhərlərində, eləcə də planetin digər regionlarının meqapolislərində atmosferin alt qatlarında ozonun konsentrasiyası son 20 ildə iki dəfə artıb. Ona görə də həmin yerlərdə havanın keyfiyyəti pisləşib. Bu barədə məlumat "Science Advances jurnalında yer alıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatın müəlliflərindən biri, Boulderdə Kolorado Universitetindən (ABŞ) ekoloq Odri Qodel deyib: "1994-cü ildən başlayaraq IAGOS proqramı çərçivəsində hər təyyarədə alətlər troposferin aşağı qatlarında ozonun səviyyəsini ölçür. Biz bu məlumatlardan planetin 11 regionunda ozonun konsentrasiyasını izləmək üçün istifadə etdik".
Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə görə, hər il atmosferin müxtəlif zərərli maddələr və kanserogenlərlə çirklənməsi nəticəsində təqribən 7 milyon insan ölür. Tədqiqatçıların çoxunun fikrincə, ölüm sayının real miqdarı daha çox ola bilər. Lakin alimlər havada hansı növ çirkləndiricilərin insanların və ev heyvanlarının sağlamlığı üçün daha çox təhlükəli olması barədə ümumi fikrə gəlməyiblər. Bu çirkləndiricilər sırasına molekulu üç oksigen atomundan ibarət ozon da daxildir. Ozon Yer atmosferinin aşağı qatlarına düşəndə onu ultrabənövşəyi şüalardan qorumaqdan əl çəkir və güclü istixana qazına çevrilir.
Odri Qodel və onun həmkarları bu qazın konsentrasiyasının son on ildə necə dəyişməsi haqqında ilk məlumatı əldə ediblər. Bunun üçün onlar IAGOS proqramı çərçivəsində avialaynerlərdə quraşdırılmış alətlərdən 30 mindən çox ölçmə məlumatını təhlil ediblər. Məlum olub ki, son 20 ildə Yerin atmosfer təbəqəsinin alt qatlarında ozonun konsentrasiyası bütövlükdə, habelə bir çox iri şəhərlərdə sürətlə artıb. Hər on ildə orta hesabla 5 faiz, Malayziyanın, Hindistanın, İndoneziyanın, Çinin şimal hissəsinin ən böyük şəhərlərində, habelə ABŞ və Kanadanın qərb sahillərində 30-70 faiz yüksəlib.
Bu artımın əsas mənbəyi Yerin tropik əraziləri olub. Həmin yerlərdə son illər azot-oksid tullantılarının həcmi kəskin çoxalıb ki, bu səbəbdən də troposferdə ozon molekulları yaranır. Alimlərin fikrincə, bu qazın təxminən bütün böyük mənbələri Cənubi və Cənub-Şərqi Asiya ərazilərində cəmlənib.
Tədqiqatçılar bu nəzəriyyəni yaxın vaxtlarda NASA-nın və EKA-nın iqlim peyklərinin azot-oksidləri və digər qazların konsentrasiyası haqqında məlumatları əsasında yoxlamağı planlaşdırırlar. Onlar ümid edirlər ki, aparılan təhlillər tullantıların mənbələrini lokallaşdırmağa və yaxın on ildə böyük şəhərlərin troposferində ozonun hansı sürətlə çoxalmasını müəyyənləşdirməyə kömək edəcək.
Milli.Az /news.milli.az

Maraqlı     Baxılıb: 2655   Tarix: 22 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

turlar.az

qadin sayti maskalar gelinlikler immun sistemi veten haqqinda atalar sözləri sərxan kərəmoğlu arıqlama sirləri kosmetika nağıllar burclər bayatı intim yutube