Autizmə neandertal genləri səbəb olur – Yeni araşdırma

Autizmə neandertal genləri səbəb olur – Yeni araşdırmaAutizmin səbəbi neandertal genləri ola bilər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, alimlər apardıqları yeni araşdırmanın nəticələrinə uyğun olaraq bu qərara gəliblər.
Məlumdur ki, müasir insanlar onların ən yaxın qohumlarından biri olan neandertallarla cütləşərək iki növ arasında gen transferinin baş verməsinə səbəb olublar. Bu gün Avrasiyada yaşayan insanların genomunun təxminən 2 faizində neandertal DNT-si var. Təxminən 40 min il əvvəl nəsli kəsilmiş neandertalların genləri müasir insanlarda ağrıya qarşı həssaslıqdan, nikotin asılılığına qədər müxtəlif təsirlərə malikdir.
"Molecular Psychiatry" adlı jurnalda dərc edilən araşdırmada bu genlərin autizmlə əlaqəsinə toxunulub. Autizm spektri pozğunluğu sosial ünsiyyətdə problemlərə səbəb olan neyroinkişaf vəziyyətini ifadə edir. Bu pozğunluğun nədən qaynaqlandığı tam olaraq bilinməsə də, genetik və ətraf mühit faktorlarının birgə təsiri olduğu düşünülür.
Tədqiqatçılar ABŞ-da autizm spektrində olan minlərlə insanın və onların spektrdən kənar bacı və qardaşlarının genetik məlumatlarını ehtiva edən "Simons Foundation Powering Autism Research" layihəsinin məlumatlar bazasından istifadə ediblər.
Aşkar edilib ki, əhalinin 1 faizində rast gəlinən neandertal gen variantı autizmli insanlarda əhəmiyyətli dərəcədə daha çoxdur.
"Bu nəticələr neandertal mənşəli DNT-nin ABŞ-da böyük populyasiyalarda autizmə həssaslıqda mühüm rol oynadığını qəti şəkildə göstərir", - deyə araşdırmaçılar qeyd ediblər.
Neandertal genləri ilə autizm arasında əlaqə aşkar edilsə də, bu genlərin belə bir təsirə necə malik olduğu bilinmir. Əlaqəni aydın şəkildə təsdiqləmək üçün autizmli insanların bütün genomunun daha çox araşdırılması və tədqiqi lazımdır.
Məqalə müəlliflərindən biri Emili Kasanova deyir ki, tapıntılar autizm spektrində olan insanların "daha çox neandertal" olduqları mənasına gəlmir:
"Tədqiqatımızda autizmli insanların ümumiyyətlə daha çox miqdarda neandertal DNT-si daşıdıqlarını deyil, daha nadir neandertal variantlarını daşıdıqlarını aşkar etdik".
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1148   Tarix: 23 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

kosmetik vasiteler qadin dunyasi yay kolleksiyasi hobbi yuxu pozğunluğu bürc uyğunluğu sepsis xesteliyi kosmetika burcler sağlamlıq yumurta bahar prostat