Autizmə səbəb olan gen şəbəkəsi aşkar edildi

Autizmə səbəb olan gen şəbəkəsi aşkar edildiAlimlərin aşkar etdikləri genlər məcmusu əqli inkişafın gecikməsinin və autist spektrin pozulmasının müalicəsində mühüm rol oynaya bilər. Bu cür yanaşma xəstəliyi meydana gətirən müstəsna genlərin axtarılmasından daha səmərəlidir.
İntellektual inkişafın pozulması və autizmi tək bir genin vasitəsilə müalicə etmək mümkün deyil. Bu cür xəstəliklər zamanı mexanizmə mindən çox müxtəlif gen cəlb olunur və həmin səbəbdən alimlər yeni tədqiqatda beyinin normal inkişafına mane olan genlər şəbəkəsini tapmağa səy göstəriblər. Komandanın aşkar etdiyi USP9X geni əqli inkişafın gecikməsinin və autist spektrin pozulmasının bünövrəsində olan genlər şəbəkəsini tənzimləyir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqat beynəlxalq alimlər qrupu tərəfindən aparılıb, onun nəticələri isə Kvinslend Universitetinin saytında yerləşdirilib. Siçanlar üzərində eksperimentlər göstərib ki, USP9X geni beyin neyronlarının qarılıqlı fəaliyyətinə təsir edən zülallar ailəsini tənzimləyir. Onların müşahidələri onu da aşkar edib ki, həmin genin beyinin normal inkişafı üçün həlledici rol oynadığı məqamda doğumdan sonra ikihəftəlik mühüm dövr mövcuddur.
Kvinslend Universitetinin alimi Maykl Payper bununla bağlı qeyd edib: "Potensial olaraq bu imkanlar pəncərəsi terapevtik müdaxilə üçündür. Bu genlər şəbəkəsində istiqamətlənərək müxtəlif nevroloji pozuntuları olan pasiyentlərin müalicə metodlarını da işləyib hazırlamaq mümkündür".
Alimlər hələ ki, növbəti kilinik eksperimentlərdən əvvəl sınaqdan keçiriləcək konkret terapevtik tədbirləri təqdim etməyiblər. Bununla belə, USP9X geninin identifikasiyası geniş pasiyent dairəsinin müalicə metodlarının hazırlanması üçün yeni imkanlar yaradır.
Autizmin genetik təbiəti çox mürəkkəbdir. Bu yaxınlarda aparılmış tədqiqatlarda alimlər belə qənaətə gəliblər ki, autizmin səbəbi hətta "zibil" DNT-sində də ola bilər. Heyvanları üzərində keçirilən digər laboratoriya testləri göstərib ki, artıq autist spektrin pozuntuları olan yaşlı insanların da müalicəsi ehtimalı mövcuddur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1679   Tarix: 10 dekabr 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

geyim dəbləri kosmetik vasiteler yaz geyimleri 2026 roya ayxan gilasın faydası yuxuda balqabaq sifahi xalq ədəbiyyatı kosmetika novruz bayrami hakisda hakıştalar xanim az baldiz yemekler