Avstriyalı idmançı Azərbaycanın 1 milyonluq təzminatını qəbul etməyib - ŞOK SƏBƏB (FOTO)

Avstriyalı idmançı Azərbaycanın 1 milyonluq təzminatını qəbul etməyib - ŞOK SƏBƏB (FOTO)Avropa oyunları zamanı Bakıda avtobus qəzası nəticəsində yaralanan avstriyalı idmançı Vanessa Şahinoviçin ailəsi Azərbaycanın təklif etdiyi təzminatı qəbul etməyib.

Bu barədə BAKU.WS haqqın.az-a istinadən xəbər verir. Məlumata görə, yerli "Kurier" qazetinə müsahibə verən idmançının ansı Azra Şahinoviç hələ də vəd olunan təzminatı ala bilmədiklərini deyib.

"Onun 12-ci döş fəqərəsi sınıb və artıq bir ildən çoxdur ki, intensiv terapiya kursu keçir. Qəza baş verən kimi bir neçə milyon avro məbləğində təzminat vəd edilsə də, tezliklə unutdular", - deyə idmançının anası əlavə edib.

Azra Şahinoviçin sözlərinə görə, qəzadan sonra Azərbaycanda onların vəkilinə 1,8 milyon avro təzminat ödəniləcəyi vəd olunub. Bu müddət ərzində isə ailəyə yalnız Avstriya Olimpiya Komitəsindən 600 min avro sığorta haqqı ödənilib. O məbləğin 100 min avrosu Vanessanın müalicəsinə sərf olunub. Digər məbləğə isə torpaq sahəsi alıb və mülk tikintisi üçün kredit götürüblər.

"Mən bilsəydim ki, təzminat ödənilməyəcək məbləğin hamısını qızımın müalicəsinə sərf edərdim", - deyə Azra Şahinoviç əlavə edib.

Qəzet hadisə ilə bağlı Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilovla əlaqə saxlayıb. Səfirin sözlərinə görə, idmançının ailəsinə 1 milyon avro təzminat təklif olunub. Lakin onlar bu məbləğin azllığını bəhanə edərək qəbul etməyiblər. Səfir əlavə edib ki, zərərçəkənə təzminatın ödənilməsi ilə bağlı danışıqlar hələ də davam edir.

"Qeyd edək ki, qəzadan sonra Azərbaycan hakimiyyəti avstriyalı idmançının bütün müalicə xərclərini öz üzərinə götürüb. Prezident İlham Əliyev Venessanın Vyanaya çatdırılması üçün öz şəxsi təyyarəsini ayırıb. Venessanın ailəsi isə reablitasiya xərcləri üçün təzminat tələb edir. İdmançının vəkili qəzanı törədən sürücünün çalışdığı nəqliyyat şirkətini məhkəməyə verib", - məqalədə qeyd edilib.

Xəbərlər     Baxılıb: 3024   Tarix: 08 mart 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

makiyaj instagram toy makiyaji sekilleri geyim dəbləri cəlil məmmədquluzadə edebi janrlar hamiləlikdə uşağın cinsinin təyini yaglarin faydasi kosmetika vətən haqqında bayatılar azerbaycanli is adami amerikada gullelendi rus dilini öyrənək badambura novruz bayramına aid hakıştalar