Avtomobillərdəki bu funksiya kişiləri sonsuzlaşdırır - 15 dəqiqədən çox olmamalıdır
Həkim avtomobildəki oturacaq qızdırılması funksiyası ilə bağlı xəbərdarlıq edib.
Milli.Az xəbər verir ki, rusiyalı terapevt Anastasiya Ağaeva payız-qış dövründə avtomobil oturacaqlarının qızdırılması funksiyasının xüsusilə kişilər üçün risk daşıdığını bildirib.
Onun sözlərinə görə hətta minimal, amma uzun müddətli qızdırma kişilərdə sonsuzluq riskini artırır. Bununla belə, bu funksiya prostatit və ya uretrit kimi xəstəlikləri törətmir.
Qadınlar üçün oturacaq qızdırması təhlükəsizdir. Ağaeva qeyd edir ki, bu, sonsuzluq riskini artırmır, hamiləliyə mənfi təsir göstərmir və sidik-cinsiyyət yollarının infeksiyalarını, məsələn, sistit və adneksiti artırmır.
Həkim əlavə edib ki, soyuq havada çox geyim geyinilməsi qızdırılmış oturacaqla birləşdikdə fiziki narahatlıq yarada bilər. Bu, tərləmə, dəri qaşınması və kontakt dermatitə səbəb ola bilər. Ağaeva tövsiyə edir ki, həm kişilər, həm də qadınlar oturacağı təxminən 15 dəqiqə əvvəlcədən qızdıraraq otursunlar.
Mütəxəssis vurğulayır ki, düzgün istifadə ilə oturacaq qızdırması həm komfortlu, həm də nisbətən təhlükəsiz ola bilər, amma xüsusilə kişilər sağlamlıq baxımından ehtiyatlı olmalıdır.
İsmayıl
Milli.Az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb
Azərbaycanlı alim vəfat etdi