Ayaq göbələyi necə keçir? Ayaq göbələyinə nə kömək edir?

Ayaq göbələyi necə keçir? Ayaq göbələyinə nə kömək edir?Ayaq göbələyi geniş yayılmış dəri problemlərindən biridir və ayaq dərisində müəyyən göbələk növlərinin çoxalması nəticəsində yaranır. Ən çox barmaqların arasında müşahidə olunsa da, növündən asılı olaraq ayağın üst hissəsində, altında və dabanlarda da görünə bilər.
Milli.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusilə diabet və piylənmə xəstələri, eləcə də immun sistemi zəif olan şəxslər ayaq göbələyi baxımından risk qrupuna daxildir.
"İdmançı ayağı" kimi də tanınan ayaq göbələyi ən çox rast gəlinən göbələk xəstəliklərindən biridir. Xəstəlik adətən qaşınma, iltihab, dərinin soyulması və qızartı ilə müşayiət olunur.
Ayaq göbələyinin əlamətləri
Dəridə qızartı və güclü qaşınma
Yanma və batma hissi
Sızan və ya qabıq bağlayan suluqlar
Dırnaqlarda rəng dəyişikliyi
Ayaqda göbələk olduğunu necə anlamaq olar?
Əsasən barmaq aralarında qaşınma, qabıqlanma və qızartı müşahidə edilir. Bəzi hallarda xoşagəlməz qoxu da yaranır. Bu əlamətlər olduqda həkimə müraciət etmək və dəqiq diaqnoz üçün müayinələrdən keçmək tövsiyə olunur. Diaqnoz zamanı zədələnmiş nahiyədən götürülən nümunələr laboratoriyada yoxlanılır.
Ayaq göbələyi necə sağalır?
Müalicədə dəriyə sürtülən, bəzən isə ağızdan qəbul edilən antifungal (göbələk əleyhinə) dərmanlardan istifadə olunur. Bununla yanaşı, ev şəraitində bəzi dəstəkləyici üsullar da tətbiq edilə bilər.
Müalicəni sürətləndirmək üçün:
Ayaqları və barmaq aralarını təmiz və quru saxlamaq
Təmiz, pambıq corab geyinmək
Ayaqqabıları tez-tez havalandırmaq, təbii materiallardan olan ayaqqabılara üstünlük vermək
Ümumi duş və hovuzlarda tərlik geyinmək məsləhətdir
Bəzi təbii vasitələr antifungal xüsusiyyətə malikdir. Dərman kremlərini istifadə edə bilməyənlər üçün həkim məsləhəti ilə aşağıdakılar faydalı ola bilər:
Çay ağacı yağı - güclü antifungal və antiseptik təsirə malikdir
Kəklikotu yağı - göbələk əleyhinə xüsusiyyəti ilə tanınır
Sarımsaq - təbii antifungal maddədir, lakin dərini qıcıqlandıra bilər
Karbonat - nəmliyi azaldır, qoxunun qarşısını alır
Lavanda yağı - həm sakitləşdirici, həm də antifungal təsir göstərir
Hindqozu yağı - dərini nəmləndirir və rahatladır
Ayaq göbələyinin növləri
İntertriginöz - ən çox rast gəlinən növdür, adətən kiçik barmaqdan başlayır
Hiperkeratotik - dərinin qalınlaşması və çatlaması ilə müşayiət olunur
Vezikulobüllöz (suluqlu) - ayağın altında və ya üstündə suluqlar yaranır, nisbətən nadir hallarda görülür
Ayaq göbələyi niyə yaranır?
Ayaqların uzun müddət nəm qalması göbələyin yaranması və yayılması üçün əsas səbəblərdən biridir. Tərləmə, isti və rütubətli mühit xəstəliyin sürətlə irəliləməsinə şərait yaradır. Xəstəlik yoluxucudur və təmasla başqasına keçə bilər.
Ayaq göbələyi necə yoluxur?
Birbaşa təmas, ümumi istifadə olunan dəsmallar, ayaqqabılar, hovuz, hamam, sauna, otel otaqları, çimərliklər və hətta torpaq vasitəsilə yoluxa bilər.
Mütəxəssislərin fikrincə, alma sirkəsi göbələyin yayılmasının qarşısını almağa kömək edə bilər. Su ilə durulaşdırılaraq, gündə təxminən 20 dəqiqə ayaqlar sirkəli suda saxlanıla bilər.
Ən sürətli nəticə antifungal məlhəm və ya düzgün seçilmiş təbii üsullarla əldə edilir. Lakin əlamətlər yoxa çıxdıqdan sonra da müalicəni bir müddət davam etdirmək vacibdir.
Bu halda antifungal kremlər, məlhəmlər, gellər və spreylərdən istifadə olunur. Müalicə mütləq həkim nəzarəti altında aparılmalıdır.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1209   Tarix: 21 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

toy makiyajlari qadin dunyasi qadin sayti atalar sozu elm haqqinda dodaq buga burcu 2026 limon maskasi kosmetika gulmeli hakista qz eviyçun hakışta qogal rus dili dolça