Ayaqqabı seçərkən bu qaydalara diqqət edin

Ayaqqabı seçərkən bu qaydalara diqqət edinAyaqqabı seçərkən bu qaydalara diqqət edin

Ayaqqabını seçərkən həmişə ikisini də geyinib yoxlayın. Üstündən burun hissəsini basaraq barmaqları əzib-əzmədiyini yoxlayın. Elastik və yumşaq altlıqlı ayaqqabı seçin. Əlinizdə bir az əyin. Keyfiyyətli ayaqqabıda altlıq asanca qatlanır, yuxarı hissəsi isə öz formasını çox da dəyişmir.

Ayaqqabı hər zaman insan geyiminin ayrılmaz elementidir. Bəziləri ayaqqabını rahatlığına, bəziləri estetik görünüşünə, əksəriyyət isə qiymətinə görə seçir. Lakin sağlamlığınızı qorumaq üçün ayaqqabı seçimində diqqətli olmaq vacib şərtlərdəndir.Ayaqqabıların keyfiyyəti onların hazırlandığı altlıq, üzlük və içlik materiallardan və istehsal texnologiyasından asılıdır. Sözsüz ki, təbii dəri və gönlərdən hazırlanan və istehsal texnologiyasının ardıcıllığına riayət edilərək hazırlanan ayaqqabılar daha rahat və insan sağlamlığı üçün ziyansızdır. Hər şeydən əvvəl ayaqqabı hazırlanan material yüksək keçiriciliyə malik olmaqla, yüngül olmalı, istifadə zamanı insan səhhətinə və rahatlığına mənfi təsiri olmamalıdır. Ayaqqabının müxtəlif sahələrində yerləşdirilmiş materiallar eyni xassəyə malik olmalıdır. Texnoloji proses zamanı ardıcıllığa riayət olunmadıqda və üzlük materialın nəmlənməsi aparılmadıqda ayaqqabı forma saxlama qabiliyyətini itirir. Təbii gönlərdən fərqli olaraq süni və sintetik materiallarda məsamələr olmadığından ayaqlarda yaranan tər və nəm ötürülə bilmədiyinə görə xoşagəlməz qoxunun əmələ gəlməsinə, həmçinin sürtünmə nəticəsində hiperhidroz, yəni göbələk xəstəliyinin əmələ gəlməsinə səbəb olur.

Ayaqqabı alarkən onun içlik materialına da fikir vermək lazımdır. Yaxşı olardı ki, içində xüsusi tərlik olsun. Tərlik altlıqla bərabər səviyyədə olmalıdır. Əgər süni materialdan olan ayaqqabı almısınızsa, heç olmasa, tərliyin təbii materialdan və ya parçadan olmasına əmin olun. Təbii materialdan hazırlanan tərlik sağlamlıq üçün əsas şərtdir.

Yayda isti havada ayaq şişdiyi üçün laklı ayaqqabı almayın. Yazda və payızda ayaqqabı alarkən onun su buraxmamağı vacib şərtdir. Bu cür ayaqqabıların altlığı qalın olsa, daha yaxşı olar. Qışda da ayaqqabının altlığının qalın olması ən vacib şərtdir. Bu səbəbdən ayaqqabı seçərkən bunlara diqqət etmək məsləhətdir.
Ayağın həcmi gün boyu genişləndiyinə görə ayaqqabını günortadan sonra almağa çalışın. Ayaqqabını yoxlayarkən ayağınızı sıxırsa, satıcının bir müddət sonra açılacaq deməsinə aldanmayın.

Nəzərə alın ki, istehsalında plastik materiallardan, həmçinin orqanizm üçün həyati təhlükə daşıyan, zahirən dəriyə oxşayan sintetik materiallardan istifadə olunan, hava buraxmayan ayaqqabılar sağlamlığa ziyandır.

Eyni zamanda bir cüt ayaqqabının tayları arasında hər hansı görünüş, forma, rəng və ölçü fərqinin olmamasına diqqət edin. Ayaqqabının üstü, iç astarı, altlıq və dabanının hazırlanmasında hansı materiallardan istifadə olunduğunu öyrənmək üçün onun etiketinə baxın.
Ayaqqabı seçərkən əsas meyar model və rəngdən öncə, rahat olmasıdır. Ayağınızın anatomik quruluşuna uyğun gəlməyən, böyük və ya ayağınızı sıxan ayaqqabı almayın. Ən uzun barmağınızla ayaqqabının ucu arasında bir qədər boşluq olmalı, yəni ayaqqabı ayağınıza kip oturmamalıdır.

Uşaq ayaqqabılarının arxalarının bərk, ayaqqabının üstünün elastik olmasına, burun hissəsinin barmaqları sıxmamasına, altlığının və dabanının yeri yaxşı tutan, sürüşməyən, elastik bir materialdan hazırlanmış olmasına diqqət yetirin.
Ayaqqabının içini əl ilə yoxlayaraq astar və başqa hissələrdə ayağı narahat edəcək qırışıqların olmadığından əmin olun. Tikiş xətalarının olmamasına diqqət yetirin. Tez çirklənən və ya rəngi tez soyulan materiallardan istehsal olunmuş ayaqqabıları alarkən və istifadə edərkən iqlim şərtlərini nəzərə alın.

Eyni zamanda nəzərə alın ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinədə lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ təsbit edilmişdir. Bu eyni zamanda aldığınız ayaqqabıya da şamil oluna bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal, o cümlədən ayaqqabı istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində dəyişdirilə bilər.

Gözəllik və Moda     Baxılıb: 2570   Tarix: 13 fevral 2015
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

turlar.az

yay geyimləri 2026 makiyaj etmek qaydalari sac duzumleri vətən haqqında atalar sözləri kişi dünyası cins salvarlar facebook qarağatın faydaları kosmetika haxışda ziyafet geyimleri qiz evi haxista aslan lakonizm