Ayda 10 dəqiqə ayırmaqla xərçəngdən qoruna bilərsiniz

Ayda 10 dəqiqə ayırmaqla xərçəngdən qoruna bilərsinizHəkim-onkoginekoloq Cəlil Bağırovun məqaləsini təqdim edirik. Məqalə xanımların ev şəraitində süd vəzilərini müayinə etmə qaydaları haqqındadır. Unutmayın, erkən aşkarlandıqda süd vəzi xərçənginin qarşısını almaq mümkündür! Ayda bir dəfə 10 dəqiqə vaxt ayıraraq süd vəzinizdə baş verən hər hansı dəyişikliyi vaxtında aşkarlaya bilərsiniz.

Hər bir xanım öz-özünə süd vəzilərini müayinə etməyi bilməli, hətta bunu adi bir iş halına salmalıdır. Əgər bilmirsə, öyrənməli və utanmamalıdır. Bu, vacib və mütləqdir.
Süd vəzilərini ayda bir dəfə olmaqla, mütəmadi olaraq müayinə etmək lazımdır. Şərti olaraq xanımları dörd qrupa bölək:

1. Menstruasiya dönəminə çatmayan xanımlar

2. Normal menstruasiya dönəmi olan xanımlar

3. Menstruasiya dönəmi qeyri-mütəmadi olanlar

4. Menstruasiya dönəmindən tamamilə kəsilmiş xanımlar.

1, 3 və 4-cü qrupdakı xanımlar müayinəni ayda bir dəfə eyni tarixdə olmaqla (məsələn, hər ayın 1-də) özləri etməlidir.

2-ci qrupdakı xanımlar isə müayinəni menstruasiya başlanan gündən həmin günü 0 qəbul edərək 7-10 gün sonra aparılmalıdı.

İstifadə olunan alət sizin ÖZ ƏLLƏRİNİZDİR! Sağ (sol) əlin paralel və ya qismən paralel şəkildə orta üç barmağın və ya dörd barmağın (başbarmaq olmamaq şərtiylə) uc hissələriylə sol (sağ) süd vəzi və ətrafına basqı göstərməklə həyata keçirilir. Basqılar növbə ilə zəif,orta və güclü şəkildə bir-birini əvəz etməlidir. Süd vəzilərinin müayinəsinin aparılma taktikası aşağıda qeyd etdiyim kimidir:

- Güzgü qarşısında elə dayanın ki, bədənin yuxarı hissəsini asanlıqla tam şəkildə görə biləsiniz.

- Əvvəlcə süd vəzilərinizi qollarınız aşağı olmaqla nəzərdən keçirin. Sonra əllərinizi belinizə, daha sonra başınızın arxasına qoyun.

- Sonra ayaq üstə və ya oturmuş vəziyyətdə olmaqla sol(sağ) əl ilə sağ(sol) süd vəzisinin hər bir sahəsini, kənardan vəzi giləsinə tərəf olmaqla, saat əqrəbi istiqamətində və ya yuxarıdan aşağıya, bayır tərəfdən iç tərəfə yuxarıda qeyd etdiyim kimi əlləyin.
Bundan başqa, qoltuqaltı sahələri də əlləyin.

- Sonra baş barmaqla şəhadət barmağı arasında hər iki süd vəzi gilələrini sıxın. Bu zaman ondan maye ifraz olunarsa, onun rənginə fikir vermək və həkiminizə bu haqda bilgi verməlisiniz.

- Süd vəziləri və qoltuqaltı nahiyələrin müayinəsini eyni ardıcıllıqla uzanmış vəziyyətdə, əvvəlcə müayinə olunan tərəfdə qolu yana salmaqla, daha sonra isə başın arxasına qoymaqla təkrar edin.

Hansı dəyişikliklərə fikir verilməlidir?

• Ağrının olması;
• Heç bir ağrı olmasa da, vəzilərdə düyünlərin və ya bərkimə sahələrinin hiss edilməsi ;
• Süd vəzi giləsindən və ya gilələrindən mayenin ifraz olunması;
• Süd vəzilərinin forma və ölçülərində olan dəyişikliklər;
• Vəzi səthindəki dərinin və ya vəzi giləsinin içəriyə doğru dartılması;
• Vəzi sahəsində dərinin və vəzi giləsinin kobudlaşması;
• Qoltuqaltı sahələrdə limfatik düyünlərin əllənməsi;
• Vəzi nahiyəsində dəridə olan iltihabi dəyişikliklər.

Müayinə zamanı hər hansı cüzi bir dəyişiklik hiss etdikdə zaman itirmədən seçdiyiniz və inandığınız həkimə müraciət edin.

Sağlamlıq     Baxılıb: 1731   Tarix: 21 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

turlar.az

yemek reseptleri geyim necə seçməli maskalar hamiləlik dövrü seks haqqinda cinsi zəiflik biliye aid atalar sozleri kosmetika sağlıq bürclər sac modelleri yuxuda qara ilan gormek novruz bayrami