Azərbaycan alimlərindən yenilik - "Qara qutu"lar nasazlıqları əvvəlcədən xəbər verəcək - VİDEO

Azərbaycan alimlərindən yenilik - "Qara qutu"lar nasazlıqları əvvəlcədən xəbər verəcək - VİDEOAzərbaycanlı alimlərin kəşf etdikləri "küy texnologiyası"nın əhəmiyyətindən danışacağıq. Çoxları hələ də məlumatsız olsa da, məhz bu texnologiyanın köməyi ilə bir sıra ciddi və həyati əhəmiyyət kəsb edən problemləri vaxtında aradan qaldırmaq mümkün olacaq. Məsələn, dəmir yollarında, körpülərdə yaranacaq nasazlıqlar vaxtında aşkarlanacaq ki, bu da qəzaların qarşısını almış olacaq. Artıq bu barədə layihə də hazırlanıb.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycan alimlərindən yenilik. Qatarlara yerləşdiriləcək "qara qutu"lar dəmir yollarında yaranan nasazlıqları əvvəlcədən xəbər verəcək.
Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun alim və mütəxəssisləri tərəfindən kəşf olunan "küy texnologiyası" bir sıra problemlərin vaxtında aradan qaldırılmasına kömək edəcək. İnstitutun əməkdaşı, akademik Telman Əliyev deyir ki, bu texnologiya vasitəsilə ilk növbədə dəmir yollarında yaranan nasazlıqları tez bir zamanda aşkarlamaq mümkün olacaq. Bunun üçün hər bir qatarda xüsusi hazırlanmış "qara qutu"lar yerləşdiriləcək. İnstitutun əməkdaşları "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizi boyunca "dəmiryol yatağının təhlükəsizliyi" ilə bağlı layihə də hazırlayıblar.
Küy texnologiyası əsasında hazırlanmış başqa bir qurğunun köməyi ilə isə körpülərdə və keçidlərdə yaranan hər hansı nasazlığı vaxtında aşkarlamaq mümkün olar.
Telman Əliyev deyir ki, həmin texnologiya ilə qatarların mexanizmlərində yaranan nasazlıqları da qısa zamanda tapmaq mümkündür. Habelə, küy texnologiyasının gələcəkdə geniş tətbiqi seysmoloji hadisələrin öncədən öyrənilməsinə, qazıntı işləri zamanı yarana biləcək təhlükələrin aradan qaldırılmasına kömək edə bilər. Bu texnologiyanın həmçinin ərazilərin minalardan təmizlənməsi prosesində də tətbiqi mümkündür.
Milli.Az

/news.milli.az

Maraqlı     Baxılıb: 3694   Tarix: 26 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

turlar.az

geyim və ayaqqabılar gözəllik məhsulları kosmetik vasiteler qışa hazırlıq badımcan hicab imtahan həyəcanı cinsi mövzular kosmetika qiz evi nizami gencevi üzeyir hacıbəyli şirin qoğal novruz