Azərbaycan bu təhlükədən necə qorunmalıdır? - Həkim
Bu günlərdə Afrikanın cənubunda COVID 19-un yeni növ ştammı aşkarlanıb. Yeni ştamma yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron" adı verilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Omikron B.1.1.529 ştammını "narahatlıq doğuran variant" kimi dəyərləndirib. Virusun bu variantı hazırda da sürətlə yayılmaqda davam edir. Bəs Azərbaycan bu təhlükədən necə qorunmalıdır?
Milli.Az xəbər verir ki, bu barədə Axar.az-a açıqlama verən həkim-infeksionist Nicat Əzimli bildirib ki, vaksinlərin koronavirusun "omikron" variantına da qarşı effektiv olduğu dəqiqdir.
"Vaksin istehsalı ilə məşğul olan böyük şirkətlər "omikron" ştammına uyğun təkmilləşdirmə işlərinə başladıqlarını bildiriblər. Hələ ki, koronavirusun "omikron" variantına Azərbaycanda rast gəlinməyib. "Omikron" ştammıyla bağlı ən effektiv önləyici tədbir vaksinasiyadır. Bu proses Azərbaycanda hazırda davam etdirilir. Sadəcə əhali peyvəndləmə prosesində daha aktiv iştirak etməli və müəyyən olunmuş qaydalara əməl etməlidir", - infeksionist qeyd edib.
Qeyd edək ki, "omikron" ştammına yoluxan insanlarda halsızlıq, nəbz artması və yüksək temperatur müşahidə olunur.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi