"Azərbaycanda karantin rejimi tətbiq edilməsəydi..." - ABŞ-da yaşayan həkimimiz

"Azərbaycanda karantin rejimi tətbiq edilməsəydi..." - ABŞ-da yaşayan həkimimizDünya üzrə koronavirusa qarşı mübarizə aparan azərbaycanlı həkimlərin sayı kifayət qədərdir. Onlardan biri də 5 ildir ki, ABŞ-da yaşayan daxili xəstəliklər üzrə rezident həkim Həsən İmanlıdır.
Soydaşımız ABŞ-ın "University of Maryland Medical Center" adlı xəstəxanasında koronaviruslu xəstələrlə çalışır. Milli.Az bildirir ki, H.İmanlı COVID-19 xəstəliyi ilə bağlı modern.az-ın suallarını cavablandırıb:
- Öncə istərdik ki, ABŞ-da hazırkı vəziyyət barədə danışasınız...
- Hazırda ABŞ-ın bir çox ştatında sərt karantin rejimi aradan qaldırılıb, amma maska taxmaq və sosial məsafənin qorunması hələ də vacibdir. Restoranlar açıq havada fəaliyyət göstərir, biznes obyeklərinin 50 faizi işləyir. Lakin bəzi ştatlarda koronavirusa yoluxanlar çoxdur deyə, sərt karantin rejimi davam etdirilir.
- Karantin rejiminin yumşaldılması insanlarda rahatlıq yaratmayıb ki? Mətbuatda belə bir xəbər oxuduq ki, Alabama ştatında gənclər öz aralarında şənlik keçirir, koronavirusa ilk yoluxana mükafat da verirlər...
- Təəssüf ki, məsələ elə siz dediyiniz kimidir. İnsanlar yay tətili başlayan kimi turistik yerlər olan Mayami və Kaliforniyaya axın etməyə başladılar. Buna görə də Florida, Texas, Kaliforniya kimi bir çox ştatlarda virusa yoluxanların sayında xeyli artım müşahidə edildi və o ştatlar sərt karantin elan etməyə məcbur qaldılar. İnsanların koronavirusu daha ciddiyə almaqları lazımdır. Koronavirusa ancaq birgə qalib gəlmək olar.
- Deyirlər ki, virusun mutasiyaya uğraması daha təhlükəli vəziyyət yaradır. Yəni bir ay əvvəlki koronavirus xəstəsi ilə indi virusa yoluxan şəxs arasında kəskin fərqlər var. Bu fikirlərə münasibətiniz?
- Bu SARS-2 (COVID-19) virusu tək sıralı RNT virusudur. Virusun üzərində Spike-protein dediyimiz zülal var ki, bu zülal insan hüceyrəsinin divarında olan ACE 2 zülalı vasitəsi ilə hüceyrələrə daxil olur. ACE 2 zülalı bədəndə bir çox yerdə mövcuddur - boğaz, aşağı tənəffüs yolları, bronxlar, ağciyər, ürək, böyrək, bağırsaq sistemində. Virus hüceyrəyə daxil olduqdan sonra genini hüceyrəyə buraxır. Bu gen də virusun çoxalmasını kodlayan gendir. Beləcə hüceyrə öz işlərini buraxıb, milyonlarla virus "kopyalayır" və tələf olur. Bu proses nəticəsində böyük və kiçik xətalar baş verir. İnsan genetikasından fərqli olaraq virus geni "kopyalanmış" digər bir geni yoxlayıb səhvləri tapa bilmir, beləcə xətalı olan genlər yeni virus növünü yaradır ki, buna da mutasiya deyirik. Mutasiya həmçinin ultrabənövşəyi və rentgen şüalarının virus RNT-lərini pozması ilə də əmələ gələ bilir. Beləcə virusun yeni növləri ortaya çıxır. Əgər mutasiya virusun həyatı funksiyasını yerinə yetirən kodunu, yaxud S proteini pozursa, bu mutasiya həmin virusun ölümünə səbəb olur. Yaxud da ola bilər ki, mutant virus daha az simptomlara səbəb olsun və bu bizi narahat etməsin. Ancaq bəzi hallarda mutasiya virusun genində elə bir dəyişiklik edir ki, virus daha sürətlə yayıla bilir və simptomlar ağır keçirilir. Bu halların hər ikisi də təhülkəlidir. Hətta ən təhlükəlisi bu iki mutasiyanın eyni virusda olmağıdır (bu nadir halda ola bilər).
Məsələn, hər il qrip virusuna təxminən 1 milyard insan yoluxur və ölüm nisbəti də 0.01%-dir. Yəni hər 10 min qrip xəstəsinin təxminən biri vəfat edir. Ancaq 2012-ci ildə olan MERS koronavirusunun ölüm nisbəti 35% idi, yəni virusa yoluxanların 35%-i ölürdü. Həmin virus cəmi 2500 adamda aşkarlandı. Son 2 ayda isə tədqiqatçılar Çində yaranan SARS-2 koronavirusunun mutasiyaya uğradığını və daha sürətli yayılmasına baxmayaraq, az ölümcül olmasını müşahidə etdilər. Bu mutasiyanın baş verəcəyini gözləyirdik, amma nə vaxt olacağını bilmirdik.
COVID-19-un mutasiyaya uğraması təxminən 6 ay çəkdi və bu yaxşı haldır ki, qripdən 2 dəfə yavaş mutasiyaya uğrayır. Onu da deyim ki, SARS 2 mutasiyaya uğramağa davam edəcək və hətta yeni pandemiyalara da səbəb ola bilər, buna hazırlıqlı olmaq lazımdır. Onu da deyim ki, vaksin hazırlayanlar bu mutasiyaları nəzərə alırlar və bu mutasiya onların işlərinə ciddi maneə törətmir.
- Belə bir fikir var ki, hər kəs koronavirusa yoluxacaq. Siz necə düşünürsünüz, doğurdan da hamımız koronavirusa yoluxacağıq? Bu kimi iddialar nə dərəcədə gerçəkliyə uyğundur?
- Mikrobiologiyada R0 (R-sıfır) deyilən bir məfhum var, yəni patogen yayılma sürəti. Bildiyimiz qripin yayılma sürəti 2-3-dür. Yəni qrip xəstəsi olan bir şəxs 2-3 nəfəri yoluxdura bilir. Qızılca xəstəliyində bu rəqəm 12-18-dir. COVID-19-da isə bu göstərici 5-6 nəfərdir. Bu o deməkdir ki, bütün insanları bir yerə yığsanız və ora bir koronavirus xəstəsi qoyub yayılma sürətini 5 qəbul etsək və hər xəstənin yoluxdura bilmə gününü 7 gün desək, onda xəstə sayı hər həftə 1-5-25-125-625-3000-15000 və s. kimi artacaq. Yəni 4 həftə sonra 1-dən 600-ə, 8 həftə sonra isə viruslu xəstənin sayı 375 minə çıxacaq. Hazırda karantin rejimini tətbiq etmək, maskanın istifadəsinin zəruriliyi məhz bu cür çoxalmanın qarşısının alınması üçündür.
Sualınıza cavab kimi də deyim ki, bəli, ehtimal var ki, koronavirusa hər kəs yoluxacaq, amma vaksin hazırlansa, bu ehtimal sonlanacaq.
- Biz artıq bir neçə dəfə müxtəlif ölkələrdə koronavirusun pik həddə çatdığı ilə bağlı xəbərlər oxumuşuq. Bildiyiniz kimi, ölkəmizdə 10 milyondan çox insan yaşayır. Sizin ehtimalınız necədir, gündəlik 500-dən çox yoluxma olan Azərbaycan pik həddi nə vaxt yaşayacaq?
- Virus eksponsional şəkildə yayılır, pik həddə çatmaq bir sıra faktorlardan aslıdır. Koronavirusa yoluxub sağalan insanlar çox nadir halda yenidən virusa yoluxa bilər. Karantin, sosial məsafənin qorunması və maska taxmaq zərurəti yayılma sürətini azaldır. Yoluxmanın pik həddə çatmasında bu sadaladıqlarıma əməl olunmaması da mühüm rol oynayır.
Məsələn, Çində ciddi karantin rejiminin tez bir zamanda tətbiq edilməsi və əhalinin hər bir fərdinin maska taxması nəticəsində 2 həftə ərzində yoluxma sayı azaldı. İtaliyada isə virusa qarşı tədbirlər gec alındığı üçün pik həddə yüksək sayla çatdılar. Virusu tam nəzarətə almadan karantin rejimini yumşaltmaqla isə ABŞ-dakı kimi pandemiyanın ikinci dalğası başlayır. Koronavirusun qarşısının tam alınması üçün ideal bir yol var, o da ki, 6 milyard insanın 2-3 həftə evdən çölə çıxmamasıdır. Bu yolla virusa yoluxanların bədənlərində xəstəlik sonlanacaq və dünya bu bəladan xilas olacaq. Amma təbii olaraq bunu həm ölkələr həm də fərdlər baxımından tətbiq etmək çox çətindir. Çünki çalışması lazım olan müəssisələr var.
Azərbaycana gəlincə deyim ki, koronavirus hələ ki Azərbaycanda pik həddə çatmayıb. Virusun yayılmasının ilkin məhələsi yavaş olur, ilk 4 həftədə virusa yoluxanların sayı bayaq da dediyim kimi 1-dən 600-ə çatır. Azərbaycan çox tez davranıb karantin rejimi tətbiq etdi. Elə buna görə də son 1 ay əvvələ görə virusa yoluxanların sayı az idi. Ancaq karantin rejimi yumşaldılan kimi virus şiddətlə yayıldı. Hazırda görülən tədbirlərin nəticəsidir ki, gündəlik yoluxma göstəricisi 500 civarında olur. Karantin rejimi tətbiq edilməsəydi 2 ayın içərisində bütün Azərbaycan xalqı koronavirusa yoluxardı.
- Doktor bəs, yaxşı bizdə minimum hədd necə olacaq? Yəni artıq hansı rəqəmlərdə virus azalıb deyə biləcəyik?
- Azərbaycanda gündəlik yoluxma sayı 50-dən aşağı düşəndə virus enmə həddindədir deyə biləcəyik. Ancaq belə olan halda da əvvəlki həyata qayıtmaq olar deyə bilmərik. Çünki belə olarsa, ikinci dalğanı yaşaya bilərik. Koronavirus hələ bir neçə ay davam edəcək. Buna görə də sosial məsafəni qorumaq, maska taxmaq və iqtisadiyyatın inkişafı üçün alternativ yollar fikirləşmək, virtual əlaqələri genişləndirmək lazımdır.
- Müşahidələriniz nə deyir, koronavirusa qarşı tutarlı vaksinin hazırlanması nə vaxta mümkün ola biləcək? Bəzi mütəxəsisslər deyir bunun üçün uzun zaman lazımdır...
- Normal vaksinin hazırlanıb istifadəyə verilməsi 10-15 il çəkir. İndiyədək ən tez hazırlanan vaksin ebola virusuna qarşı hazırlanıb ki, onun da hazırlanması 5-6 il çəkib. İndi isə hədəf 18 aydır ki, bu da çox optimist yanaşmadır.Vaksin inkişafı bir neçə mərhələdən keçir. Əvvəlcə prekilinik mərhələ olur, yəni vaksin heyvanlar üzərində sınanır. Sonra insanlar üzərində tədqiqata başlanılır ki, buna klinik mərhələ deyilir. İlk növbədə kiçik qruplarda sağlam insanlar üzərində təhlükəsizlik və doza tədqiq edilir və bu bir neçə ay davam edir. Əgər vaksin uğurlu nəticə verərsə, 100 nəfər üzərində yoxlama aparılır. Üçüncü mərhələdə isə 1000 nəfər insan iki qrupa bölünür, yarısına vaksin digər yarısına isə vaksin olmayan boş məhlul vurulur. Lakin tədqiqarçılardan başqa həmin insanlara vaksin ya boş məhlul vurulduğu bilən olmur. Təxminən 1-4 il sonra hər iki qrup müqayisə edilir. Əgər vaksin boş məhluldan effektiv olarsa və yan təsirləri meydana çıxmazsa ABŞ yaxud da Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən , eləcə də hər ölkənin səhiyyə orqanı tərəfindən təsdiqlənir. Bundan sonra vaksin kütləvi şəkildə topluma qarşı tətbiq edilir.
Ümumdünya Səhiyyə Təşkilatının bir neçə ün əvvəl dərc etdiyi bəyanata görə, hazırda 21 vaksin kandidadtı klinik tədqiqat mərkəzindədir. Bunların ikisi (SinoVac və AstraZeneca şirkətləri) 3-cü mərhələdədir. Qalanları isə 1-ci mərhələdədir. Preklinik mərhələdə isə 139 vaksin kandidatı tədqiq edilir. Bu vaksinlər müxtəlif ölkələrdə hazırlanıb ki, onların arasında Türkiyə də var. ABŞ vaksini 2021-ci ilin yanvar ayına hazır etməyi planlaşdırır.
- Xəstələriniz arasında Azəbaycan vətəndaşları olub? Olubsa vəziyyətləri necədir?
- Statistikaya görə ABŞ-da toplam 10-15 min arası azərbaycanlı, 40-50 min Cənubi azərbaycanlı var. Yəni azərbaycanlılarn sayı burda digər ölkələrə nisbətdə çoxdur. Lakin sevindirici haldır ki, koronavirusa yluxanların statistikası arasında soydaşlarımız yer almır. Mən çalışdığım xəstəxanada indiyədək azərbaycanlı xəstə ilə qarşılaşmamışam.
- İndiyədək bəşəriyyət müxtəlif növ viruslarla üz-üzə gəlib. Məsələn, sars, vəba və s. Bu cür çətin pandemiyanı geridə buraxan dünya koronavirusa daha asanlıqla qalib gələ bilməzdimi ?
- Buna səbəb odur ki, koronavirus 80% hallarda simptomsuz olur ya da yüngül simptomlara səbəb olur. Amma MERS ya da vəba ciddi xəstəliyə səbəb olur, virusa yoluxanların demək olar ki, hamısı xəstəxanalıq olurlar. Belə olanda xəstəxanaya gələn xəstələri karantinə almaq daha rahat olur, nəinki bir az burun axıntısı olan COVID-19 xəstəsini...
Amma deyim ki, vəba xəstəliyi tibbin inkişaf etmədiyi bir vaxtda, karantin tətbiq edilməyəndə milyonlarla insanın ölümünə səbəb olmuşdu. Təəssüf ki, COVID-19-a dövrümüzün insanları hazırlıqsız şəkildə yaxalandı. Ümid edirəm bu pandemiyadan dərs çıxarıb, gələcəyə tətbiq etməklə bir daha bu cür sınaqala qarşı-qarşıya qalmayacağıq.
- Son olaraq insanlara koronavirusdan qorunmağın yolları və xəstəliyin ciddiliyi ilə bağlı müraciətinizi eşitmək istərdik.
- Virusun xarici təbəqəsi yağdan ibarətdir. Bildiyimiz kimi sabun və spirt də yağ təbəqəsini çox asanlıqla həll edir. Ona görə əlləri tez-tez sabunlamaq və 70%-lik spirtdən istifadə mütləqdir. Bəziləri koronavirusun hava yolu ilə yayıla bildiyini desə də, hələ bu hal insanlar üzərində müşahidə edilməyib. Virus ağız damcısı yolu ilə insandan-insana keçir. Bu damcılar asıqırdığımız ya da öskürdüyümüz zaman 2 metr uzağadək ötürülür. Buna görə də məsləhət görülür ki, 2 metr sosial məsafə gözlənilsin. Qapalı və havalandırılmayan məkanlarda bu damcılar uzun müddət havada qala bildiyi üçün belə yerlərdə toplanmaq olmaz. Bundan başqa, virus göz vasitəsi ilə də keçdiyi üçün gözləri də qorumaq önəmlidir.
Son olaraq deyim ki, şəkər, ağciyər xəstəliyi olanlar və yaşlıların koronavirusdan ölüm riski yüksək olduğu üçün onlar daha çox özlərini qorumalıdır.
Allah bizi bu bəladan tezliklə qurtarsın və səbr versin!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 883   Tarix: 17 iyul 2020
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kolbasanı qızartmaq olmaz – Xərçəngə səbəb olur

Termal üsulla işlənmiş kolbasaları yemək sağlamlığa son dərəcə zərərlidir. Amma bununla yanaşı, insanlar üstəlik kolbasını qızardıb yeyir. .   -a istinadən bildirir ki, kolbasaları qızartmaq və ya qaynatmaq olmaz. Bəs, bun

.

Cavan dərinin bir nömrəli sirri

Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır. Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. axşam.az-a istinadən bildirir ki, quru dəri həmişə qoca görünür. Dəriyə makiyaj edən də səliqəsizdi

.

İnsanlar niyə solaxay doğulur və beyinləri necə fərqlənir?

Sağ əli ilə rahat hərəkət edənlərin üstünlük təşkil etdiyi dünyada əksər şey solaxayları qeyri-dominant əllərindən istifadə edərək uyğunlaşmağa məcbur edir. Dünyada solaxayların payının əhəmiyyətli bir faiz təşkil etməsin

.

Qatığı daha faydalı etməyin yolu

Şəfa mənbəyi olan qatığın içinə 1 qaşıq kətan toxumu əlavə etdikdə, verdiyi güclü təsirlərə inanmayacaqsınız. Toxumlar sağlamlığımız üçün vacib vitamin və minerallar təmin edən qidalardır. Omeqa-3 yağ turşuları, lif, zülal

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Bu yeməkləri sabaha saxlamaq olmaz - Siyahı

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducud

.

Ən təhlükəli xərçəng növlərindən birinin ilk əlamətləri

Britaniyalı həkimlər dörd narahatedici əlamət açıqlayıblar. Bəzi xərçəng növləri əlamətlərinə görə erkən mərhələdə tanınır. .   -a istinadən bildirir ki, bu barədə Böyük Britaniya Milli Səhiyyə Xidmətinin ekspertləri bildiriblər

.

Banan adı ilə aldığımız meyvə "afrika kartofu" imiş - Diqqət

Banan çoxlarının sevdiyi meyvədir. Onu öz cinsindən olan plantainlə tez-tez qarışıq salırlar. -a istinadən banan və plantainin fərqi barədə məlumat verir. Banan daha sarı, ətirli, yumşaq və şirin olur. Forması qövsvaridir

.

Cücərmiş kartofu atmayın – Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Mİlli.Az " "a istinadən xəbər verir ki

turlar.az

sonxeber.az qadin dunyasi geyim dəbləri geymler 2024 geyim 2024 düzgün makiyaj necə tez arıqlayım dieta kosmetika sanamalar qız bürcü anabaci zəhmət qogal