Azərbaycanda qadınlar geyimi və makiyajı necə seçir?

Azərbaycanda qadınlar geyimi və makiyajı necə seçir?Dünyanın hər yerində qadınların çoxunun səhəri belə başlayır: makiyaj, geyim, saç düzümü… və evdən çıxmaq.
Tək fərq odur ki, bir ölkədə xüsusi günlər üçün nəzərdə tutulmuş geyim və makiyaj digərində gündəlik sayılır.
Misal üçün, Qərbdə isə qadınların çoxu gündəlik həyatda daha çox idman geyimlərinə üstünlük verir.
Suriyada qadınların geyimi əsasən mühafizəkar olsa da, onlar hər zaman makiyajda – qara sürmə, çəhrayı-qırmızı dodaq boyası ilə olmağa çalışır.
İndoneziyada isti olduğu üçün qadınlar kosmetikadan az istifadə edirlər.
Sinqapurda isə əsasən təbii tonları seçən qadınların bəziləri çox qısa ətəklər geyinir, başqa bir qismi isə qapalılığa üstünlük verir.
 
Bəs Azərbaycanda vəziyyət necədir?
Azərbaycanda qadınlar geyimi və makiyajı necə seçir?Səbinə İsmayılova: Geyim seçimini bədən quruluşuma və trendə görə seçirəm.
Geyimdə şıqlığa önəm verirəm, lakin gəzmək və əyləncədə rahatlıq ön planda olur.
Bəyənərək aldığım hər geyimdə özümü gözəl hiss edirəm.
Hazırlaşmaq müddətim ortalama yarım saatdır.
Geyimə nə qədər xərcləndiyimi deyə bilməyəcəyəm. Çünki ailəmlə birgə ildə iki dəfə mövsüm alış-verişinə gedirik. Çox bəyəndiyim bir şey olmadığı müddətcə buradan bir şey almıram.
Kosmetik vasitələrim barmaqla sayılacaq qədərdir, ona görə demək olar ki, çox cüzi məbləğ xərcləyirəm – sadəcə bitəndə alıram. Amma ətirlər mənim üçün önəmlidir və qış və yay ətirlərim var. Onlar bitmədən belə alıram. Makiyajdan çox ətirlərə xərcləyirəm: ətirlərə ildə 800, kosmetikaya isə 100-150 manat.
Azərbaycanda qadınlar geyimi və makiyajı necə seçir?Cəmilə Pərviz: Mənim üçün gündəlik geyim rahat bir cins şalvar, rahat kofta və idman ayaqqabısından ibarətdir.
İşdə geyim qaydası olduğu üçün klassik geyimlərdən istifadə etməyə çalışıram.
Gəzmək və əyləncəyə, yerindən asılı olaraq casual (rahat, təsadüfi, gündəlik) və ya gecə üslubunda geyinə bilərəm.
Geyim seçərkən ilk kriteriyam rahatlıqdır. Mən geyimdiyim geyimdə rahat olmalıyam, klassik geyimdə özümü narahat hiss edirəm. Mənə ən yaxın üslüb casual-dır. Hər səhər hazırlaşmağa maksimum 15 dəqiqə sərf edirəm. Ayda kosmetikaya maksimum 20-30, geyimə isə 150-200 manat xərcləyirəm.

Gözəllik və Moda     Baxılıb: 3444   Tarix: 02 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlar və ideal gözəllik standartları

İdeal gözəllik standartları zamanla dəyişsə də, hər dövrdə qadınların gözəlliklərinə dair müəyyən gözləntilər mövcud olub. Bu gözləntilər, cəmiyyətin və mədəniyyətin tələbləri, media təsiri və sosial strukturların yaratdığ

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

turlar.az

yay kolleksiyasi qadın geyimi yay geyimləri 2026 qazan kotleti dərmanlar yay donlari romantik pozalar kosmetika suni mayalanma vətənə aid gulmeli hakista azerbaycan salam