"Azərbaycanda Sinovac peyvəndi dayandırılmalı, təcili olaraq əhaliyə..."- Professordan CAĞIRIŞ

Azərbaycanda kovidə qarşı 1 ildən çoxdur əhaliyə vurulan Sinovac peyvəndinin koronavirusa qarşı effektiv təsiri və müdafiəsi yoxdur. Bu peyvənddən antitel ya yaranmır, yaransa da cüzi yaranır. Sinovakın Delta və yeni Afrika stamına qarşı təsiri ümumiyyətlə yoxdur.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu sözləri tanınmış pulmonoloq, professor Əlizamin Sadıqov yeni aşkarlanmı "Omikron"a qarşı qorunma yollarından danışarkən bildirib.
"Mən özüm 2 doza Sinovak vurdurmuşdum. Antitelləri yoxladım, heç 15-16 deyildi. Bu antitellər yaşlı, xəstə insanlarda ümumiyyətlə yaranmaya bilər. İnsanlar 2 doza Sinovac vurdurub, buster dozanı eyni peyvənddən seçərək
qorunacağına ümid edir. Eləcə də Təbib əhalini peyvəndləyib, koronavirusa qarşı tədbir gördüyünü düşünür. Lakin elmi araşdırmalar və şəxsi qənaətim göstərdi ki, hazırda Sinovac bir işə yaramır. Ona görə Azərbaycan əhalisini, insanlarımızı vaksinləşdirilməmiş hesab edirəm. Təcili olaraq, yaşı 60-dan yuxarı şəxslər, risk qrupunda olan şəxslərə 2 doza Pfizer vurulmalıdır. Əks təqdirdə yeni ştamm ölkəyə gəldiyi təqdirdə insanlar müdafiəsiz qalacaq.
Mən şəxsən 3-4-cü dozanı Pfizer vurdurdum. Və əminəm ki, antitellər yüksəkdir. Çünki neçə aylardır kovid xəstələrini qəbul edirəm, xəstəxanada işləyirəm, instituta gedirəm, kovidlə təmasda olmuşam, amma hələ yoluxmamışam. Bunu Pfizerin nəticəsi hesab edirəm.
Minlərlə xəstə üzərində müşahidələrim göstərdi ki, bu gün ölkədə tətbiq edilən Sinovak vaksini effektsizdir. 2 doza Sinovak alıb xəstələnib, ölənlər var. Hətta buster doza vurdurub reanimasiyaya düşən var. 2 doza vaksin olunsa da, həyatını itirənlər olub.Bu dalğada kifayət qədər 2 doza vaksin vurduran xəstələrim oldu.
Bu gün xəstəm vardı, 2 vaksin olunub, ağciyərləri 70% tutulub. Buna nə deyək?
Çalışmayan, işləməyən bir vaksini ölkəyə gətirmək, insanları ümidli etmək, arxayın etmək doğru addım deyil. Ona görə hesab edirəm, səhiyyə qurumları təcili olaraq ÜST-ün də xəbərdarlığını gözə alıb, ölkəyə daha çox Pfizer alıb, 3-cü dozanı heç olmasa Pfizer vursunlar, xüsusən 6 ay əvvəl Sinovac vurduranlara yeni Pfizer dozası vurulmalıdır.
Özü də insanların hamısını eyni konteyner kimi qruplaşdırmaq olmaz ki, 2 doza vaksin vurmusan, ya yoluxub sağalmısan 6 ay sonra bir də peyvənd oluna bilərsən. Xeyr. Koviddə, vaksinasiyada yaşlı ilə gənci, usağı bir tutmaq olmaz. Yaşlı adamlarda bəlkə də heç antitel yaranmayıb, bəlkə 2 aya artıq antiteli itib. Antittel analizlərini yoxlamaq və daha qısa vaxtda üçüncü doza, dediyim kimi Pfizer vurulmalıdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 929   Tarix: 01 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

makiyaj etmek qaydalari həkim məsləhəti adlarin menasi qutab xemiri murebbelerin hazirlanmasi psixoloq meslehetleri hamiləlik dövrü kosmetika pehriz dieta kondom birlik qurd xəstəliklərinə qarşı mualicə