Bağırsaq xərçənginin dərmanı albuxara imiş

Bağırsaq xərçənginin dərmanı albuxara imişDiyetoloqların fikrincə albuxara ürək və bağırsaq xəstəlikləri riskini xeyli azalda bilər. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu quru meyvə həmçinin artıq çəkidən azad olmağa kömək edir.
Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, ekspertlər rəyinə görə, quru gavalı liflə, A, C, K vitaminləri, kalsium, maqnezium, kalium və sink kimi minerallarla zəngindir.
Bu maddələr isə orqanizmdə qan dövranı və əzələlərin yığılıb-açılmasına qədər müxtəlif funksiyaların yerinə yetirilməsinə kömək edir. Bundan əlavə albuxara həmçinin iltihabi proseslərin qarşısını alan antioksidantlarla da zəngindir.
"Albuxaranın tərkibində çoxlu lif var ki, bu da bağırsaq qəbzliyini aradan qaldırır. Bu quru meyvədə həmçinin çoxlu miqdarda sorbit və xlorogen turşusu da var. Bu isə ifrazatı yaxşılaşdıran maddələrdir", - deyə diyetoloq Erin Kenni bildirib.
Digər diyetoloq Lesni Bonçi isə bildirir ki, albuxara təkcə qəbzliyin qarşısını almır. O həmçinin yoğun bağırsağın xərçənginin də qarşısını alır. Bundan əlavə onun tərkibindəki manqan və mis antioksidant təsirə malikdir və buna görə də sağlam hüceyrələri xəstəliklərdən qoruyur.
Ekspertlər onu da bildirirlər ki, quru meyvələr çox kalorili olduğuna görə onların qəbulu bədən quruluşunun dəyişməsinə də səbəb ola bilər. Buna baxmayaraq tədqiqatlar göstərir ki, albuxaranın tərkibində olan lif çəkini normada saxlamağa kömək edir. Liflər həmçinin aclıq hormonu sayılan qarelinin azalması hesabına iştahanı küsdürür və pis xassəli xolesterinin qana keçməsinə mane olur.
Xəstəliklərə nəzarət mərkəzi mütəxəssislərin qənaətinə görə, albuxara həm də ürək üçün xeyirlidir. Belə ki, onun tərkibində olan kalium və antosianlar arterial qan təzyiqini azaldır.
Lakin albuxaranın əks göstərişləri də var: həddən artıq yeyildikdə albuxara köpmə, yel və hətta diarreyaya səbəb ola bilər. Ona görə də gündəlik cəmi bir-iki albuxara yemək məsləhətdir.
Bundan əlavə çoxlu miqdarda albuxara yeyilməsi qanda şəkərin miqdarını da artıra bilər. Odur ki, ekspertlər şəkər diabeti zamanı bu dadlı meyvənin qəbulunu azaltmağı məsləhət görürlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1630   Tarix: 27 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

geymler 2026 toy gecesi yemek reseptleri xren yarpagi elaci 2026 geyim kolleksiyalari prostat kosmetika turpun nağlı xeyanet xanım az qiz evi anabaci