Bağırsaqları sürətli işlədən qidalar - SİYAHI

Bağırsaqları sürətli işlədən qidalar - SİYAHIKifayət qədər su içməmək, lif qəbul etməmək, maqnezium səviyyəsinin aşağı olması, stress, narahatlıq və bəzi dərmanlar bağırsaqların yavaş işləməsinə səbəb ola bilər. Aile.lent.az bağırsaqların fəaliyyətini təmin edən qidaların siyahısını təqdim edir.

Su: Həzm sisteminin sağlam işləyə bilməsi üçün kifayət qədər su içmək çox əhəmiyyətlidir. Qəbizliyin əsas səbəblərindən biri dehidrasiyadır (bədənin həddən artıq su itirməsi). Çünki kifayət qədər maye qəbul etmədikdə nəcis yumşalmır və bağırsaqlarda hərəkət etməsi mümkün olmur. Qazlı içkilər, qəhvə, çay suyu əvəz etmir. Suyun dadını sevmirsinizsə, içərisinə xiyar, nanə, limon, çiyələk dilimləri əlavə edə bilərsiniz. Bu üsulla təbii dad və qoxu suyu sizə sevdirəcək.

Quru paxlalılar: Mərcimək, lobya, noxud kimi quru paxlalılar lif baxımından zəngindir.
Lif isə bir çox səbəbdən əhəmiyyətlidir. İlk növbədə lif nəcisin həcmini artıraraq, həzm sistemində irəliləməsini asanlaşdırır və toksinləri yığaraq bədəndən atılmasını təmin edir. Eyni zamanda, bağırsaqlardakı yaxşı bakteriyaların qidalanmasına kömək olur. Mütəxəssislər gündə 20-30 qram arası lif yeməyi tövsiyə edir.

Paxlalılar arasında ən yüksək lif tərkibi mərcimək (1 stəkanda 16 qram) və qara paxladadır (1 stəkanda 15 qram).

Moruq: Bütün meyvələr arasında lif baxımından ən zəngini moruqdur. 1 stəkanda 8 qram lif ehtiva edir.

Quru ərik: Qəbizliyə yaxşı təsir edən quru ərik həm lif baxımından zəngindir (yarım stəkanda 6 qram), həm də qabığında bağırsaq işlədən bəzi təbii maddələr mövcuddur.

Badam: Badam yağ, zülal və lif tərkibi ilə yanaşı, maqnezium qaynağıdır. Maqnezium mədə turşusunu neytrallaşdırır və nəcisin bağırsaqlarda hərəkətini təmin edir. Bir ovuc badam maqnezium ehtiyacını 25 % qarşılayır.

Yaşıl yarpaqlı tərəvəzlər: İspanaq, əvəlik, kələm lif tərkibi ilə yanaşı, bağırsaqların fəaliyyətini sürətləndirmək üçün lazım olan maqnezium (bağırsaq əzələlərinin sıxılmasına kömək edir) və kalium (maye tarazlığı və əzələlər üçün) ehtiva edir.

Kefir: Kefirin tərkibində qatıqdan 10 qat daha çox probiotik bakteriya var. İngilis tədqiqatçıları immunitet sistemi və ümumi sağlamlığınız üçün əhəmiyyət daşıyan yaxşı bakteriyaların eyni zamanda nəcisi yumşaltdığını və qəbizliyə yaxşı təsir etdiyini sübut ediblər. Kefir sevmirsinizsə, qatıq və ya çox duzlu olmaması şərtilə turşu kimi mayalanmış tərəvəzlər də yeyə bilərsiniz.

Sağlamlıq     Baxılıb: 20801   Tarix: 10 oktyabr 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

turlar.az

geyim və ayaqqabılar geyim necə seçməli geyim seçimi gilasın faydası artiq cekiden azad olmaq bilik haqqinda atalar sözləri göyəm turşusu kosmetika nizami gencevi masqalar hakisda qadin saglamlig laylalar