Bakıda 2 yaşlı uşaq faciəvi şəkildə can verdi
Bakıda azyaşlı yaşadığı evdə ölüb. A24.Az xəbər verir ki, hadisə Abşeron rayonunun Xırdalan şəhərində qeydə alınıb. Şəhər ərazisindəki mənzillərdən birində yaşayan Tahir Məmmədovun evində yanğın baş verib. Nəticədə 10 kvm. sahədə ev əşyaları yanıb, mənzil sahibinin 2 yaşlı oğlu Tunar tüstüdən boğularaq ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bundan başqa Səbail rayonu ərazisində də faciəvi ölüm faktı baş verib. Mənzillərdən birində yaşayan Gülnarə Həşimova evinin hamamında dəm qazından zəhərlənərək ölüb.
f Paylaş