Bakıda körpənin yaşamaq mücadiləsi – Həkimdən AÇIQLAMA - FOTO
Cütlüklərdə rezus faktorunun uyğunsuzluğundan hamiləliklər çox zaman acı sonluqla nəticələnir.
Ailənin övladı yoxdur, 4-cü hamiləlikdir, bundan öncəkilər vəfat edib.
Milli.Az medicina.az-a istinadən bildirir ki, ATU tədris -cərrahiyyə klinikasının neanotologiya şöbəsinin rəhbəri, həkim neanotoloq Aygün Rüstəmxanlı ağır vəziyyətdə olan yenidoğulmuşun müalicəsi barədə açıqlama verib.
"Bizim klinikaya hidropsla, fetal anemiya ilə doğuş fəaliyyətinin başlaması ilə müraciət edilmişdir. Təbii doğuşla bu vəziyyətdə diri doğulma nadir görüldüyü üçün komandamız səfərbər oldu.
Elə doğum zalındaca körpə intubə edildi.
İlkin diaqnoz hidrops fetalis anemiya, assit RDS, yanaşı problemləri böyrək yetməzliyi, infeksion markerlərin yüksəlməsi, ürək problemləri, koaqulopatiya və s.
3000 qr yenidoğulmuş körpənin 1500 qramı elə maye, ödemdir, toxumalar arası mayenin miqdarı təsəvvür edilməz dərəcədədir.
Körpəmiz 2 sutkadır yaşayır, mücadilə edir. Gerisi Allahın əlindədir.
Biz lazımi müalicə, müayinələri davam etdiririk, ümidliyik.
Qeyd edim ki, bu vaxta qədər 36 həftəlik bənzər doğulmuş bənzər diqnozlu körpə xəstəmiz olmuşdu. Bu gün həmin körpə 2 yaşında, sağlam şəkildə ailəsinin yanındadır".
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi