Bakıda təzə doğulan uşağı zibilliyə atdılar: Göbəyi belə kəsilməyib...

Bakıda təzə doğulan uşağı zibilliyə atdılar: Göbəyi belə kəsilməyib...Bakıda zibillikdən yeni doğulmuş körpə tapılıb.

Qadinsayti.az-ın xəbərinə görə, hadisə Yasamal rayonu Əlibəy Hüseynzadə küçəsi 49 nömrəli binanın qarşısında qeydə alınıb.

Belə ki, binanın qarşısındakı məişət tullantıları qutusunda Mənzil Komunal İstismar Sahəsinin əməkdaşları körpəyə rast gəliblər. Onun qız olduğu müəyyən olunub. Körpə aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib. Daha sonra o, "Təcili yardım" maşını ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

Məlum olub ki, körpənin göbəyi də kəsilməyib, o bir-günlükdür. Hazırda körpə instutun reanimasiya şöbəsindədir. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Elmi-Tədqiqat Pediatriya İnstitutu Bakıda zibillikdən tapılan körpənin səhhətinə aydınlıq gətirib.

Xəstəxananın həkimi Aygün Qasımova aznews.az-a açıqlamasında bildirib ki, uşaq xəstəxanaya çox ağır, ölümcül vəziyyətdə gətirilib:

"Soyuducuda donmuş qara ət kimi idi, əl vurmaq olmurdu. Buz kimi, göbəyi, cifti üstündə uşağı zibil kimi küçəyə atıblar. Baxdıq, yaşamaq üçün şansı az idi. Reaksiyalar yox idi. Müayinə zamanı məlum olub ki, onu zibilliyə atanda zərbədən ağ ciyərinin pərdəsi partlayıb. O pərdə çox incədir, partlayanda ciyər yığıla bilmir. Cərrahlar əlindən gələni etdi. Hazırda uşaq süni nəfəs aparatına qoşulub."

A.Qasımova qeyd edib ki, uşağın üstündə əskidən başqa heç nə yox idi:

"Normal şəkildə evdə doğulan uşaqdır. Çəkisi 3 kq-dır".

Faktla bağlı araşdırma aparılır./report/

Xəbərlər     Baxılıb: 1837   Tarix: 12 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Bu meyvə şirəsi ürəyin DƏRMANIDIR

Son elmi araşdırmalar və qidalanma üzrə məlumatlar göstərir ki, portağal şirəsi düzgün və orta miqdarda istehlak edildikdə ürək və beyin sağlamlığına fayda verə bilər. qafqazinfo-ya istinadən xəbər verir ki, son illərdə qa

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

İdman zalında edilən bu səhvlər sizə baha başa gələ BİLƏR

İdman zalına gedən həvəskarlar peşəkarlarla müqayisədə zədələnməyə daha çox meyilli olurlar. xəbər verir ki, mütəxəssislər bunu fiziki zəiflikdən çox, düzgün texnikanın olmaması və tələsik məşq etmə ilə izah edirlər. Peşəka

.

Dəri sağlamlığı üçün ətir necə istifadə olunmalıdır?

Gündəlik istifadə olunan ətir və dezodorant məhsullarının düzgün tətbiqi ilə bağlı mütəxəssislər vacib məqamlara diqqət çəkirlər. Onların sözlərinə görə, ətirin birbaşa dəriyə vurulması bəzi hallarda arzuolunmaz təsirlər

.

Səhər bu səhvi edənlər çoxdur - Acqarına nə içmək olar, nə olmaz?

Bir çox insan səhər yuxudan duran kimi müxtəlif içkilər qəbul edir. xəbər verir ki, məqsəd sağlamlıq qazandırmaq olsa da, yanlış seçimlər mədəni qıcıqlandıra, kortizol səviyyəsini artıra və gün boyu halsızlığa səbəb ola bilər

.

100 yaşını aşanların ortaq sirri: Hər gün bir fincan

"Blue Zones" layihəsinin qurucusu Dan Buettnerin qeyd etdiyinə görə, Mavi zonalarda (Okinava, Sardiniya, İkariya kimi yerlər) yaşayan insanlar digər cəmiyyətlərlə müqayisədə ən azı dörd qat daha çox lobya istehla

.

Ən sağlam ət növü AÇIQLANDI

Bir çox insanın qərəzlə yanaşdığı və hətta mətbəxlərinə daxil etməkdən çəkindiyi bu qida, bədənin ehtiyac duyduğu əsas vitaminləri təkbaşına təmin etmək gücünə malikdir. xəbər verir ki, bu xüsusi növ immunitet sisteminiz

.

Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu

Bağırsaq sağlamlığı təkcə həzm sistemi üçün deyil, həm də immunitet, enerji səviyyəsi və hətta psixi vəziyyətimiz üçün həlledici rol oynayır. Elm sübut edir ki, bağırsaq mikrobiomumuzu (orada yaşayan faydalı bakteriya v

.

Xorultudan qurtulmağa kömək edən hansı məhsullar VAR?

Xorultu bir çox insanın həm özünün, həm də yaxınlarının yuxu keyfiyyətini pozan yayğın problemdir. Mütəxəssislər bildirir ki, bu halın qarşısını almaq üçün həyat tərzi dəyişiklikləri ilə yanaşı, bəzi xüsusi məhsullardan d

turlar.az

sade makiyaj sekilleri yaz geyimleri 2026 geymler 2026 hamiləlik dövrü yarpizin faydalari qadın döşü daglar nece yaranir kosmetika burclerin uyumu seksual novruz hakıştası novruza aid rus dili 2ci ders