Bakıda üzünə "kislota" tökülən qadın: "Mənə dəymiş ziyan ödənsə, onu bağışlayacam"
Bu gün Bakı Ağır Cinayətlər MəhkəməsindəTural Hüseynov vəVüqar Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş gözünün birinin olmadığını deyib. O, dəymiş ziyana görə icraçıdan pul tələb edib: "Əgər mənə pul ödənsə, onu bağışlayacam. Hazırda bir gözüm görmür".
Hakim bildirib ki, təqsirləndirilən T.Hüseynov bir neçə dəfə ifadəsini dəyişib.
T.Hüseynov isə məhkəmədə arvadının üzünə "kislota" tökdürülmə sifarişini vermədiyini söyləyib. Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.
Növbəti proses martın 14-nə təyin edilib.
Qeyd edək ki, dəhşətli hadisə ötən il mart ayının 11-də Pirallahı rayonunda baş verib. Cinayətin qurbanı Pirallahı qəsəbə sakini Nuranə Hüseynova olub. İstintaq zamanı müəyyən edilib ki, V.Kərimov N.Hüseynovanın evinin yanında pilləkənlərlə düşərkən hücum edib. Cinayətin sifarişçisi isə Nuranənin keçmiş əri Tural olub.
T.Hüseynov sifarişin yerinə yetirilməsi üçün V.Kərimova pul vəd edib, amma ödəməyi çatdırmayıb. Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törədən qadının keçmiş həyat yoldaşı, cinayətin sifarişçisi 1987-ci il təvəllüdlü T.Hüseynov, icraçısı isə 1981-ci il təvəllüdlü V.Kərimovu saxlayıblar. T.Hüseynov və V.Kərimov Cinayət Məcəlləsinin 126.2.3-(xüsusi amansızlıqla və əzab verərk sağlamlığa bilərəkdən xəsarət yetirmək) maddəsi ilə ittiham edilir.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi
Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB
Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir
Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu
Nuranın "Avroviziya" arzusu
Siqaretdən 10 qat daha zərərli: Hər evdə var
Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ