Balın keyfiyyətini müəyyən etmək üçün bilmədiyiniz məlumatlar

Balın keyfiyyətini müəyyən etmək üçün bilmədiyiniz məlumatlarTəbii bal insan orqanizmi üçün qiymətli sayılan unikal qida maddələrinin mənbəyidir. Yetişmiş balın 15-20 faizi sudan ibarət olsa da, onun tərkibində 300-400-ə qədər faydalı qidalı maddələr cəmləşib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-a verilən məlumata görə, balın əsas tərkib hissəsi karbohidratlardan (80-85 % qlükoza və fruktoza olmaqla) təşkil olunub. Zülalların miqdarı az olsa da (0,5-3,3 %), onların tərkibində  amin turşularının hamısına rast gəlmək mümkündür. Zülal mənşəli fermentler (amilaza, invertaza, katalaza, peroksidaza, reduktaza və b.) balın bioloji aktivliyini təmin edir. Diastaza fermenti (α- və β-amilaza fermentlərinin cəmi) diastaza ədədi ilə xarakterizə olunmaqla, balın keyfiyyətinin qiymətləndirilməsində istifadə olunur. Qeyd edək ki, diastaza ədədi yüksək olan bal daha saf hesab edilir. Yerli bal növlərində bu ədəd 5-10 Hote vahidi aralığında dəyişir. Bununla yanaşı, balın tərkibi vitamin kompleksi ilə (C, B qrupu, PP, K, E, biotin, karotin, fol turşusu və b.) zəngindir. Tərkibində 40-a yaxın makro- və mikroelementın (kalium, kalsium, fosfor, natrium, maqnezium, dəmir, kobalt, sink, silisium, xrom və b.) mövcudluğu balın həm də mineral mənbəyi olduğunu göstərir. Eyni zamanda balın tərkibindəki aromatlı üzvü maddələr (qarışqa, süd-, alma-, limon turşuları, polidoymuş - və polidoymamış turşular; alifatik spirtlər, terpenlər, efir yağları, tanin və b.) onu əvəzedilməz təbii qida məhsuluna çevirir. Turşu tərkibinin 10 %-ə qədəri qarışqa turşusunun payına düşür ki, bal xarab olduqda bu rəqəm daha da yüksəlir.  Adi halda balın pH mühiti turşuluğa meyilli olmaqla 3,8-6,5 arasında dəyişir.
Botanik tərkibinə görə bitkilərdən hasil olan təbii balın çiçək balı (monoflor və poliflor), şirə balı və qarışıq bal növləri ayırd edilir.
Təzə ikən bal özlü maye şəklində, qaldıqca isə qatılaşaraq xarlayır ki, bu zaman invertaza fermentinin təsiri ilə disaxaridlər (saxaroza) monosaxaridlərə (qlükoza və fruktoza) parçalanır. Bu proses onun keyfiyyətinin aşağı düşməsinə dəlalət etmir. Monosaxaridləri çox olan balın qidalılığı yüksək olur. Tərkibində qlükoza çox olan bal tez, fruktoza çox olan bal isə gec xarlayır. Balın tərkibi coğrafi iqlim şəraitindən, bitki növündən, həmçinin mövsümdən asılı olaraq dəyişkən olur. Onun tərkibindəki amilolitik fermentlər 60-80° C-yə qədər qızdırıldıqda parçalanaraq inaktivləşir. Belə olduqda balın bakterisid təsiri və bioloji aktivliyi azalır. Odur ki, xarlamış balın əridilməsi zamanı onun 40-50° C-dən yuxarı temperaturda qızdırılması yolverilməzdir.
Balın rəngi, dadı və ətri onun növ tərkibindən asılı olaraq dəyişir.
Bal növləri içərisində daha çox populyarlıq qazanan çiçək balıdır. Bal adətən çiçək növünə görə təsnifləndirilir (akasiya, cökə, şabalıd, xardal, günəbaxan, qarabaşaq, yonca, nanə, meyvə balı və s.). Bəzən bu təsnifat balın ərsəyə gəldiyi bölgənin adını daşıyır (Qarabağ, Naxçıvan, Gədəbəy, Şəki, Tovuz və s.). Çiçək balı insan orqanizmində bütün müdafiə funksiyalarını səfərbər etməklə immun sistemini möhkəmləndirir. 
Ümumilikdə biogen stimulyatorlarla zəngin olan təbii bal bakterisid, antiseptik, iltihabəleyhinə, bərpaedici, sakitləşdirici və tonuslaşdırıcı təsirlərə malikdir. Odur ki, bu məhsul burun-boğaz, ürək-damar, mədə-bağırsaq, qaraciyər, göz, dəri və oynaq xəstəliklərinin müalicəsində əvəzolunmaz dərman vasitəsi kimi tətbiq edilir. Bal kosmetik məqsədlər üçün də istifadə edilir.
Bal haqqında bəzi məlumatları bilmək maraqlıdır:
- Bir qaşıq balın toplanması üçün 200 arı gün ərzində durmadan nektar toplamalıdır;
- Balın hər damlasında orqanizm üçün vacib olan 70-ə qədər qidalı maddə vardır;
- Balı uzun müddət saxladıqda və ya çox qızdırdıqda tərkibindəki aktiv fermentlər və vitaminlər parçalanır;
- Balın tərkibində D vitamini (kalsiferol) aşkar edilməyib;
- Bal bakteriyaların inkişafının qarşısını alır və ibtidailəri məhv edir, maya və kif göbələklərinə isə təsir etmir;
- Balın yetişməsi dövrü 1 həftə çəkir ki, bu zaman tərkibindəki suyun miqdarı azalır;
- Balın xarlaması onun təbiiliyinə xələl gətirmir. Təmiz bal qaldıqca xarlayır;
- Bal optimal olaraq 5-10° C temperaturda quru yerdə saxlanmalıdır;
- 5 ildən çox saxlanan balın tərkibindəki diastaza fermenti parçalanaraq yox olur;
- Bal şüşə, taxta, saxsı, çini və keramika qablarda ağzı bağlı saxlandıqda keyfiyyətini və ətrini itirmir;
- Balın 100 qr-da 300-320 kkal enerji vardır.
Qeyd edək ki, təbii bala müdaxilə etməklə onu saxtalaşdırmaq mümkündür.
Eləcə də bal mövsümündə arıların şəkər tozu, meyvə və ya tərəvəz şirələri ilə yemləndirilməsi ilə alınan məhsul təbii sayılmır. Balın saxta olması laborator müayinə üsulları əsasında dəqiq müəyyən edilə bilər. Ev şəraitində isə bir neçə sadə üsulla balın təbii və ya saxta olmasını müəyyənləşdirmək mümkündür. Məsələn, balı su ilə qarışdırıb üzərinə bir damcı yod əlavə edin. Əgər onun rəngi göyərərsə, bu, balın tərkibinə invert şəkərin (məsələn, şəkər tozunun) qatıldığını göstərir.  Həmçinin nəzərə alınmalıdır ki:
- Xalis balın üzərinə qaynar su əlavə etdikdə saxta baldan fərqli olaraq, tez dağılmır və suya tez qarışmır;
- Təmiz baldan hazırlanan şərbət bulanıq, saxta baldan hazırlanan isə əksinə, şəffaf olur;
- Maye şəklində olan balı qaşıqla götürdükdə nazik sap kimi uzanıb qırılmırsa, bu, onun təbiiliyini göstərir;
- Təbii bala kənar komponentlərin qatılması diastaza ədədinin azalmasına səbəb olur ki, bu da məhsulun saxtalaşdırılması hesab olunur. Nəzərə almaq lazımdır ki, diastaza fermenti saxta balın tərkibində çox az miqdarda və ya heç olmur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2096   Tarix: 11 aprel 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

hamiləlik aksessuarlar geymler 2026 qrip və soyuqdəymə endokrin sistem uc baci dolmasi bal şəfadı kosmetika vətənə aid atalar sözləri hekaye janri hakışta bayati şebnem tovuzlu