Balın şəfası

Balın şəfasıQədim misirlilər dörd min il əvvəl arıçılığa başlamışlar. Sonralar bu iş bütün şərq ölkələrində geniş yayılmışdır. Sokrat balı uzun ömrün cövhəri adlandırmışdır. Fironların məqbərələrində bal dolu kuzələr 40 əsr salamat qalmışdır. Bu, balın çox qiymətli məhsul olduğunu göstərir. O, həm mühüm qida maddəsi, həm də dərman kimi tanınır. Ayrı-ayrı bitkilərdən çəkildiyinə görə balın tərkibində bədən üçün lazım olan əksər qida maddələri var. Ona görə də bal yeməklə orqanizmi çatışmayan bir çox zəruri maddələrlə təmin etmək mümkündür. Ən yaxşı bal saf və nisbətən qatı halda olandır. Tünd rəngli, bəzən yaşıla çalan, qaramtıl və iki ildən çox qalan bal keyfiyyətcə yaxşı hesab olunmur. Bal çox asanlıqla həzm edilir və onun mühüm cəhətlərindən biri infeksiya və mikroba qarşı təsirli olmasıdır. Bir sıra dərman vasitələrini hazırlayarkən onlara bal qatırlar. Bu isə həmin dərmanın təsirini gücləndirir, bədəndə yayılmasını sürətləndirir. Bəzi acı şərbətləri şirin etmək məqsədilə baldan istifadə olunur. Distillə edilmiş su ilə düzəldilən bal şərbəti böyrəyində və sidik kisəsində daşı olan xəstələr üçün olduqca faydalıdır. Vəhşi arının balı daha dadlı və xeyirlidir. Xəstələr üçün yaz çiçəklərindən çəkilmiş baldan istifadə daha məsləhətdir.
Arı mumu yumşaldıcı xassəyə malikdir. Onu üzə çəkməklə qırışların qarşısını almaq olar. Üzdə sızanaq olarsa, bal sürtmək məsləhətdir. Bal şərbəti ilə qarqara etmək ağızda olan yaralara qarşı, boğaz ağrıları və şişməsi zamanı yaxşı təsir göstərir. Bal damağı, dişin dib ətini möhkəmləndirir, qan damarlarının fəaliyyətini yaxşılaşdırır, ürək döyüntüsünü tənzimləyir. Zərərli bəlğəmləri orqanizmdən çıxarır, öskürəyi təhrik edir, selikli xıltları yumşaldır, mədəyə yağ yığılmasının qarşısını alır. Bal mədə ağrısı, mədə xorası, qəbizlik, bağırsaq sancmasına qarşı işlədilir, qaraciyər xəstələri üçün faydalıdır. Şəkər xəstəliyinə tutulanlar və yaşlı adamlar qənd, şəkər əvəzinə bal işlətsələr, daha yaxşı olar. Öskürək zamanı bişirilmiş isti süd ilə bal yemək daha faydalıdır. Yuxusu az və ya yuxusuzluğa düçar olanlar yatmazdan əvvəl bir çay qaşığı bal yeyə bilərlər.
Bal bədənə istilik verir. Suqovucu və quruducu xassəyə malikdir. Sinə, nəfəs borusu xəstəlikləri, iflic hallarına qarşı faydalıdır. Oynaq ağrıları zamanı qara çörək otundan alınan yağı bal ilə qatıb sürtür və ovuşdururlar. Buğda unu ilə balın qarışığından düzələn təpitmə şişləri və çibanı tez sağaldır. Bala bağayarpağı suyu qatıb imalə etmək bağırsaq xorasına qarşı xeyirlidir. Bu əməliyyat azı üç gün davam etdirilməlidir.

Sağlamlıq     Baxılıb: 3503   Tarix: 24 yanvar 2014
f Paylaş

Oxşar xəbərlər

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

turlar.az

sac duzumleri gozel gorunmek kosmetoloq təmizlik aciq cinsi elaqe oğlanlar necə qızları sevirlər qadinlar haqqinda maraqli melumatlar kosmetika masqalar bayatılarımızda vətən həsrəti xerceng olumu maraqli hakistalar