Balın tarixi və faydası

Balın tarixi və faydasıArının hasil etdiyi balın füsunkarlığını insan hələ daş dövründə başa düşmüşdür.
Qədim yunanlarda bal üç gözəl xüsusiyyətin - mehribanlığın, məhəbbətin və paklığın nişanəsi sayılırdı. Əgər insanı balla müqayisə edirlərsə, bu o demək idi ki, o ən yüksək keyfiyyətlərə və məziyyətlərə malikdir. Məşhur Pifaqor (580-500) deyirdi ki, əgər o, bal yeməsəydi, doxsan il yaşamazdı.
Bir gün Demokritdən soruşurlar ki, insan hansı yolla uzun, həm də sağlam ömür sürə bilər? Demokrit cavab verir ki, əgər insan özünə xaricdən zeytun yağı, daxildən bal çəkərsə.
Arını qədim Almaniyada müqəddəs sayır, ona nizam, səliqə, qənaət, cəsarət, ağıl və istedad rəmzi kimi səcdə edirdilər.
Qədim misirlilər balın faydasını yaxşı başa düşürdülər. İbn Sina deyirdi: "Əgər ömür sürmək və cavan qalmaq istəyirsənsə, onda mütləq bal yeməlisən".
Arını ilk dəfə əhliləşdirməyə başlayan xalq da məhz misirlilər olub. Bu, təqribən 6500 il bundan əvvəl baş verib.
Arı misirlilərdə ölməzlik nişanəsi sayılırdı. Baldan onlar həm bilavasitə yemək üçün, həm də şirniyyat hazırlayarkən istifadə edirdilər. Arını onlar gildən hazırlanmış pətəklərdə bəsləyirdilər. Köçəri arıçılığın əsasını da ilk dəfə misirlilər qoymuşlar.
Misirlilərin arıçılıq peşəsi başqa xalqlar - fələstinlilər, yunanlar arasında da yayılıb, inkişaf edib. Fələstinlilər arı pətəklərini yarpaq və xırda saman qarışığından hazırlayırdılar.
Assuriyada da yaxşı arıçı sənətkarlar yetişmişdi. Onlar xüsusi səslər çıxarmaqla arıları pətəyə salır, pətəkdən çıxarır, bir sözlə, arı dəstəsini idarə edirdilər. Əbəs deyil ki, Assuriya qədimlərdən bal və zeytun ixrac edən ölkə kimi tanınır.
Şərq ölkələrindən Çinə və Şri-Lankaya da arıçılıq çoxdan məlumdur. Şri-Lankada indinin özündə belə kişilər balta götürüb saatlarla meşələri gəzib-dolanır, vəhşi arıların balını yığırlar.
Qədim dövrlərdə Yer üzərində meşələr indikinə nisbətən qat-qat çox olub. Ona görə Yer üzünün bir çox xalqları və tayfaları arı ilə üz-üzə gələrək "toqquşmuşlar". Qayalarda yuva salan arıları Afrika qitəsinin xalqları da müşahidə etmiş və onun balından bəhrələnmişlər.Cənubi Amerikada yaşayan qədim mayya hinduları zaman-zaman ağac koğuşlarında arı bəsləyib çoxaltmışlar.

Qədim almanlar yeni arı ailələrinin palıd, cökə ağaclarının koğuşlarında təzə yuva qurmasına kömək etmiş, lazım gəldikdə onu yeni oyuqlara köçürmüşdür. Almanlar sonrakı müşahidələrdə bu qənaətə gəlmişlər ki, süni pətəklər heç də təbii pətəklərdən geri qalmır, onlardan daha çox bal götürmək mümkündür. Arıların daha da məhsuldar olması üçün pətəklərin ətrafında müxtəlif ətirli bitkilər əkirdilər.
Qədim dünyada, xüsusilə də Avropada bal yığmaq çox yayılmış bir məşğuliyyət idi. Hamı bunu vacib iş sayırdı. Buna səbəb avropalıların vəhşi arıların hasil etdiyi baldan şəkər kimi istifadə etmələri idi.
Meşələrində arı olmayan ölkələr şəkər sarıdan çox korluq çəkirdi.
Çoxlu bal yığılan ərazilərdən biri Siciliya idi. Burada yığılmış baldan İtaliyaya da aparılırdı.
O dövrün mütəfəkkiri Əli ibn-Fədlan öz əsərlərində bolqarların yaşadığı yerlərdə çoxlu arı olması və əhalinin baldan müxtəlif məqsədlər üçün istifadə etməsi barədə söz açmışdır.
XI əsrdə Bolqarıstan slavyanları da bal yığmaqla məşğul olur və ondan içki də hazırlayırlar.
Monqolların Rusiyanı zəbt etdiyi zamana qədər ruslara şəkər məlum deyildi. Bunu meşələrdən yığılan bal əvəz edirdi. X əsrdən etibarən arıçılıq Rusiyada geniş inkişaf tapır və hətta buradan Yunanıstana bal ixrac edilir.
Keçən əsrdə Rusiyada bal arılarını çoxaltmaq üçün möhkəm ağaclarda deşiklər açırdılar. Arıçılığın bu qayda ilə artırılmasına "bortinçestvo" deyirdilər.
Zəngin bitkilər aləminə malik olan Zaqafqaziyada da baldan geniş istifadə edilirdi. Azərbaycanın, onun ixtiyarında olan İrəvan xanlığının, həmçinin Gürcüstanın arıçılıq məhsulları digər xarici ölkələrdə məşhur idi. Yay vaxtı bu ərazilərin dağ yerlərində köçəri arıçılıqla məşğul olurdular.
Digər ölkələrə nisbətən arıçılıqla məşğul olan ən axırıncı ölkə Amerika sayılır. Arı bu qitəyə 1675-ci ildə köçürülüb.
Qədim yunanlar və yəhudilər balı dərman kimi işlətmişlər. Ondan soyuqdəymə, ürək döyüntüsü zamanı və yara sağaltmaqda istifadə etmişlər.Balı qaraciyər asan mənimsəyir. Təmiz balda şəkərli maddələrin miqdarı 80-88 faizə çatır. Bundan başqa, balın tərkibinə başqa maddələr daxildir ki, onlar insan orqanizmi üçün sağlamlıq çələngidir.
Orta əsrlərdə balın ədviyyat otları ilə qarışığı təsiredici dərman sayılırdı. XI əsr fransız təbibi "Otların xassələri" poemasında bu barədə dəyərli fikirlər söyləyir: "çəkilib bala qarışdırılmış kəvər yaraları sağaldır", "bala tökülmüş gicitkən tumları mədə sancılarını kəsməyə kömək edir","sarımsaqla balın qarışığı it dişləməsindən əmələ gəlmiş yaranı sağaldır", "bala tökülmüş sürvə qara ciyər ağrısını kəsir", "vəzəri şirəsinin balla qarışığı dərini dəmrovdan təmizləyir", "bal ilə şərabın qarışığına əlavə edilmiş aloe əzintisi insanı dil, ağız və damaq fəsadlarından azad edir".
Keçən əsrin axırlarında A.Dubininin Peterburqda nəşr edilmiş kitabçasında göstərilir ki, əgər insan hər gün çörək üzərinə bir xörək qaşığı bal çəkib yeyərsə, bu ona gümrahlıq gətirər, iş qabiliyyətini artırar, təfəkkürünü aydınlaşdırar və nəfəsini saflaşdırar. Bal uşaqlarda da xoş əhval-ruhiyyə yaradır. Onların yanaqlarını allandırır, sağlam olmalarına kömək edir. Müəllifin fikrincə arıçılıqla məşğul olan adamların ömrü başqalarına nisbətən daha uzun olur.
Balın sağlamlıq mənbəyi olması müasir dövrdə bir daha sübut edilmişdir. Bolqarıstanda ateroskleroz və hipertoniya xəstəliklərinə tutulmuş yüzə yaxın 78-79 yaşında adamı balın, eləcə də arının hasil etdiyi digər maddənin köməyilə müalicə etmişlər. Nəticədə onların çoxunda əsəbilik, qulaq cingiltisi, ürək ağrısı, yuxusuzluq keçib getmişdir.
Bunlarla yanaşı baldan bir sıra məqsədlər üçün istifadə edilmişdir. Qədim yunanlar balı şəraba qatmaqla onun dadını yaxşılaşdırır, ətrini artırırdılar. Yunanlar təcrübə yolu ilə balın qoruyucu maddə olduğunu aşkar etmişlər. Bundan istifadə edərək meyvələri konservləşdirirdilər.
Balın qoruyucu xüsusiyyətinin səbəbi onun tərkibində qarışqa turşusunun olmasıdır. Bu çürümənin qarşısını alır.Tarixi məlumata görə, Makedoniyalı İsgəndərin bədənini öləndən sonra baldan hazırlanmış qoruyucu balzamla örtmüşlər.
Heyvanlar aləmində andan başqa, şirin maddə verən qarışqalara da rast gəlmək olur. Belə qarışqalar Avstraliyada yaşayır. Onların qarnının altında yerləşən kisəciklərdə şirin maddə toplanır. Adamlar bu şirəni sorub içməyi olduqca xoşlayır.

Sağlamlıq     Baxılıb: 2467   Tarix: 19 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

turlar.az

gözəllik məhsulları aksessuarlar hamiləlik ev dekorasiyası qəlyanaltılar vaginal təmizlik 1 hefteye 5 kq ariqlamaq kosmetika intim munasibetler sekisler novruz bayramina aid qizlar vətən haqqında bayatı