Bananlı qaymaqlı tort
Ərzaqlar: 
250 q peçenye
200 q kərə yağı
2 x.q kakao
İç üçün:
3 x.q şokolad yağı
3 ədəd banan
20 q kərə yağı
2 x.q şəkər tozu
Krem üçün:
200 q qaymaq
2 x.q şəkər kirşanı
1/2 ç.q vanil
Hazırlanması:
Peçenyeləri əlimizlə əzirik.
Əzilmiş peçenyeyə kakaonu qarışdırırıq.
Yağı əridib peçenye ilə qarışdırırıq.
Peçenye qarışığını qaba yayıb, soyuducuya qoyuruq.
20 q olan kərə yağını tavaya töküb bananları yarı bölüb, iki yerə kəsirik üstünə şəkər tozu əlavə edib, yağda hər iki üzünü qızardırıq.
Peçenyeni soyuducudan çıxarıb şokalad yağını içinə çəkirik.
Bananlar soyuyana qədər yenə soyuducuya qoyuruq. Banan soyuyanda peçenyeni çıxarıb bananı içinə düzürük.
Qaymaq ilə şəkər kirşanını və vanili çalırıq.
Çalınmış qaymağı bananların üstünə tökürük.
Zövqə görə tortun üzünə doğranmış qoz ya da kakao tozu səpib bəzəyə bilərsiniz.
Hazır tortu 2 saat soyuducuda saxladıqdan sonra süfrəyə veririk.
Nuş olsun!
f Paylaş








Hakışta
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı
Sezen Aksu sevənlərə pis xəbər
Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar
Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Güllünü öldürən doğma qızına bu cəza verildi
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
Necla Uyqur vəfat etdi
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır