Bartolin vəzinin iltihabı - Qadın xəstəliyi

Bartolin vəzinin iltihabı - Qadın xəstəliyiBartolin vəzi – uşaqlıq yolunun girəcək hissəsinin hər iki yan tərəfində, böyük cinsiyyət dodaqlarının kiçik dodaqlara keçdiyi sahədə yerləşən böyük vəzlərdir. Onlarin ölçüsü 1sm-ə qədər olur və uşaqlıq yolunu nəm saxlamaq üçün sekret ifraz edir. Bu vəzin iltihabı bartolinit adlanır və bu xəstəliyə tez-tez rast gəlinir.
Etiologiya
Bu xəstəliyin yaranmasının əsas səbəb qonokokklar, stafilokokklar, az hallarda streptakoklar, bağırsaq çöpləri, trixomonoz və uşaqlıq yolunun infeksiyalaşmış ifrazatıdır.
Bartolin vəzinin iltihabı nə zaman baş verə bilər?
Orqanizmdə infeksiyon aqentin olması (sidik-cinsiyyət sistemində, xroniki tonzillit, stomatit, sinusit və s.)
İmmun sistemin zəifləməsi
Gigiyenaya düzgün əməl etməmək
Epilyasiya
Sıx, dar sintetik alt paltarlarının geyinilməsi
Klinik forma
Kəskin bartolinit – bu zaman bartolin vəzi iltihablaşır, ancaq vəzi axacağı bağlanmır.
Bartolin vəzin absesi – bu zaman vəzin axacağı bağlanır və vəzdə abses yaranır.
Bartolin vəzinin iltihabının əlamətləri
Bartolinit zamanı bartolin vəzi ətrafında toxuma qızarır, hiperemiyalaşır, ödemləşir və palpasiya zamanı ağrılı olur. Bu zaman vəzin axacağı ödemdən tutulur və vəzin sekreti qatılaşır, bunun nəticəsində də iltihab vəzin toxumasına keçir və bartolinit yaranır.
Böyük cinsiyyət dodağının ətrafında, zamanla böyüyən şişəbənzər ağrılı törəmənin yaranması
Cinsiyyət dodaqlarının asimmetriyası.
Gəziş zamanı, cinsi əlaqə zamanı və əllədikdə ağrının olması.
Ümumi intoksikasiya əlamətləri (temperaturun yuksəlməsi, titrətmə, zəiflik)
Bəzən absesin özbaşına deşilməsi nəticəsində irinli-qanlı ifrazat
Diaqnostika
Diaqnostikası çətinlik törətmir, xəstənin yerişindən belə diaqnoz qoyula bilər. Ginekoloji müayinə zamanı obyektiv olaraq təyin edilir, palpasiya zamanı ağrılı olur, bartolin vəzin kistasında isə ağrı olmur.
Uretradan, uşaqlıq yolundan və uşaqlıq boynundan yaxma
Cinsi yolla keçən infeksiyaların yoxlanması
Vəzin ifrazının bakterioloji əkilməsi
Törədicinin antibiotik həssaslığının yoxlanması
Bartolin vəzinin iltihabının müalicəsi
Müalicəsi xəstəliyin inkişaf mərhələsindən asılıdır.İki yolla mümkündür.
1) Konservativ müalicə
Əsas qrup preparatlar antibiotiklər və iltihabəleyhinə preparatlardır. Yerli müalicə, ödem əleyhinə preparatlar, vitaminoterapiya, immunmodulyatorlar da istifadə olunur.
2) Cərrahi müalicə
Kista və ya abses formalaşdıqda cərrahi yolla müalicə olunur. Bartolin vəzin həqiqi absesi zamanı abses yarılır, irin xaric edilir, boşluq antiseptik məhlullarla yuyulur və drenə olunur (marsupializasiya olunur). Təkrar yaranma riskini azaltmaq üçün antibiotik təyin olunur. Bartolin vəzin kistası zamanı kista ilə birlikdə vəzi çıxarılır. Marsupializasiya əməliyyatı zamanı bartolin absesi açıldıqdan sonra təkrar bağlanmaması və drenajın davamlı olması üçün kist divarı dəri ilə tikilir. Beləliklə həm vəzin drenajı davam edər, həm də yenidən kistin forlaşmasının qarşısını alır.
Karbon dioksidlə lazer müalicəsi zamanı lazer təsiri ilə abses və ya kista açılır, divarının bir hissəsi istinin təsirindən məhv olur və vəzin axacağının bağlanması mümkün olmur.
ginekoloqaz
Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 1793   Tarix: 06 iyun 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

turlar.az

həkim məsləhəti yay geyimləri 2026 qadin sayti hamilə qala bilmək qadın müdafiəsi kitayski roza şorbalar kosmetika hekaye janri novruz hakistasi toy gecesı google aybawi