Baş infeksionist - Dövlət hesabına vaksinasiyası bu mübarizədə əhəmiyyətli dönüşə gətirib çıxaracaq

Baş infeksionist - Dövlət hesabına vaksinasiyası bu mübarizədə əhəmiyyətli dönüşə gətirib çıxaracaqAzərbaycan hökumətinin pandemiya ilə mübarizə tədbirləri kifayət qədər effektiv oldu. Bu mübarizədə dövlətimiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının bütün tövsiyələrini nəzərə alınıb, eyni zamanda ayrı-ayrı ölkələrin də təcrübəsi təhlil edilərək milli strategiya hazırlanaraq həyata keçirilib.
Bu sözləri Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
İnfeksionist qeyd edib ki, Operativ Qərargahın yaradılması ilə fərqli qurumların vahid mərkəzdən idarə olunması, lazımı tibbi və digər təchizatların, dərman vasitələrinin respublikaya gətirilməsi və qısa vaxt ərzində yerli istehsalının təmin olunması, çarpayı fondunun operativ artırılması, modul tipli mərkəzlərin yaradılması, müasir molekulyar diaqnostik laboratoriyaların həm paytaxtda, həm də bölgələrdə qurulması, kadr hazırlığının təmin edilməsi, müxtəlif ölkələrdən yerli həkimlərə kömək məqsədilə əcnəbi həkim heyətlərinin dəvət olunması, əhalinin həssas qruplarının qripə qarşı pulsuz peyvəndlənməsinin həyata keçirilməsi, evdə müalicə olunan xəstələrin pulsuz dərman preparatları ilə təmin edilməsi, epidemioloji durumun daim izlənərək vaxtında adekvat qərarların verilməsi, vətəndaşlarımızın kütləvi informasiya vasitələrinın köməkliyi ilə tibbi maarifləndirilməsinin təşkili və digər bir sıra əhəmiyyətli tədbirlər bu strategiyanın tibbi aspektlərindəndir.
"Dövlət başçısı tərəfindən iqtisadi itkilərə baxmayaraq, vətandaşlarımızın sağlamlığının qorunması məsələsinin prioritet olaması elan olundu. Bütün bunlar pandemiya ilə mübarizədən daha az itkilərlə çıxmağa imkan verdi. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə ölkəmizin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib. Digər ölkələrlə müqayisədə pandemiya dövründə yoluxma sayının, infeksiyadan ölüm səviyyəsinin aşağı olması, səhiyyənin dayanıqlılığının təmin olunması və digər göstəricilər əhəmiyyətli nailiyyətlərdən hesab olunmalıdır. Yeni koronavirus infeksiyası ilə mübarizə bu gün də yüksək səviyyədə davam etdirilir və güman edirəm ki, tezliklə infeksiyaya qarşı effektiv və təhlükəsiz peynədlərin ölkəyə gətirilərək mərhələlərlə müxtəlif əhali qruplarının könüllülük prinsipi əsasında dövlət hesabına vaksinasiyası bu mübarizədə əhəmiyyətli dönüşə gətirib çıxaracaq" , - ekspert əlavə edib.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2125   Tarix: 19 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

turlar.az

hamilelikde qidalanma donlar 2026 gelinlikler erotik fantaziya boşanmalar usaq saclarinin yigilmasi qadin psixologiyasi kosmetika tut ağacı tutdudu saglam qidalanma baldiza aid haxisda xərçəng bürcü vetene aid atalar sozu