Baxımlı dırnaqların sirri
Baxımlı və gözəl dırnaqlara sahib olmaq və dırnaq formanı sağlam saxlamaq üçün bir sıra qaydalara əməl etmək lazımdır. Bu qaydaların birirncisi düzgün qidalanmadır. İkincisi əl və ayaq dırnaqlarına müntəzəm qayğı göstərilməsidir.
Türkiyəli "Dəri və zöhrəvi xəstəliklər" üzrə mütəxəssis Dr. Arzu Qoç, dırnağın baş tikinti materialı hesab olunanan keratinin zülaldan əmələ gəldiyini bildirir. "Əgər qidalanma zamanı kifayət qədər zülal qəbul eilməzsə, dırnaqlarda keratin sintezi azalır" deyən Qoç, bu vəziyyətin dırnaqların yumşalmasına və dərhal qırılmasına səbəb olacağına diqqət çəkir.
B qrupu vitaminlərin keratin əmələ gəlməsində mühüm rol oynadığına işarə edən Qoç, "B qrupu vitaminlər orqanizmdə toplanmadığından mütəmadi olaraq qida yolu ilə bu ehtiyac aradan qaldırmalıdır. Xüsusilə biotin, fol turşusu və B12 vitamini çatışmazlığına cəmiyyətdə tez-tez rast gəlinir. Bu qrupdakı vitaminlərin lazımi səviyyədə qəbul eilməməsi zamanı dırnaq problemləri yaşana bilər. Ət, balıq, yumurta, təmiz taxıl məhsulları, quru paxlalı bitkilər və quru meyvələr B vitamini mənbəyidir" deyir. Kalsium, sink və dəmir də orqanizmdə lazımi qədər olmalıdır.
Kalsium çatışmazlığı səbəbindən dırnaqlar gücsüzləşir. Buna görə də qida rasionunuzda süd məhsulları mütləq yer almalıdır. Bundan başqa, şüyüd, kərəviz, küncüt, badam və yaşıl yarpaqlı tərəvəzlər də kalsiumla zəngindir. Sink və dəmir çatışmazlığında dırnaqlarda ləkə və qırılmalar müşahidə olunur. Ət, dəniz məhsulları, süd məhsulları, fındıq, paxlalı bitkilər və təmiz taxılla hazırlanan qidalar sinkin çox yaxşı mənbəyidir. Dəmir isə xüsusilə dalaq və ciyər başda olmaq üzrə bütün ət məhsullarında, yaşıl tərəvəzlərdə, təmiz taxılla hazırlanmış qidalarda, tumlu kişmiş və quru alça kimi meyvələrdə olur.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?
Ferhat Göçer Bakıda konsert verəcək
Azərbaycan məşhur yapon serialında - Foto
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq