İnsanın sağlam olduğunu göstərən - 10 göstərici və analizlər

İnsanın sağlam olduğunu göstərən - 10 göstərici və analizlərMütəxəssislər daim xəstəliklərin əalmətlərini sadalayır. Amma bu dəfə sağlam insanda orqanizmin 10 əsas göstəricisini bildiriblər. Əgər sağlam olub-olmadığınızı bilmək istəyirsizsə, bu göstəricilər sizdə qaydasında olmalıdır:

Yox əgər göstəricilər belə deyilsə, deməli, sağlamlığıızla məşğul olmalısız:

İnsan orqanizminin 12 əsas sistemi var: məsələn həzm, tənəffüs, qan, endokrin və s. Onların hər biri vacibdir. Hər birinin norma göstəricisi var.

1. Arterial təzyiq

Sağlamlığın birinci vacib göstəricisidir. Normada 120-80 olmalıdır. Təzyiqdə dəyişmə qan damar və sinir sisteminin pozulmasının birinci əlamətidir. 130/90-a qədər müasir dövrdə normal hesab etmək olar.

2.Tənəffüs hərəkətlərinin sayı – Bir dəqiqədə sağlam insan 12-18 dəfə nəfəs alıb verməlidir. Bir tənəffüs hərəkəti bir dəfə nəfəs alıb-vermə sayılır. Bundan az və ya çox say tənəffüs sistemində problemləri göstərir. Bu da oksigen aclığıdır.

3. Nəbz, ürək ritminin sayı – Dəqiqədə 75-80 normadır. Bu optimal tezlikdir. Bu göstərici qanda oksigenin dövr sürətini göstərir. Ürək döyüntüsünü normadan az və çox olması problemdir.

4. Qanda hemoqlobin – qadınlarda 120-140, kişilərdə 140-160 mmol olmalıdır. Bu rəqəmlər orqanizmdə oksigenin miqdarını göstərir. Qanda hemoqlobin düşdükdə, tənəffüs tezləşir. Təngnəfəslik yaranır. Bununla da ürək-damar sistemi pozulur. Bu göstəricinin az olması qanazlığı, anemiyadır. Yəni bu orqanizm ciddi oksigen aclığı keçirir

5. Bilirubin – Qanın toksikliyini göstərir. Hər gün orqanizmdə minlərlə eritrosit hüceyrəsi ölür. Bunlar bilirubin səviyyəsində özünü göstərir. Normada bir litr qanda 21 mikromol olmalıdır. Əgər bu norma pozulubsa, deməli, həzm sistemi, qaraciyər, bağırsaq normal işləmir. Orqanizmin özünü təmizləmə prosesi pozulub. Göstərici 26-nı keçibsə, deməli, orqanizm zəhərlənir.

6. Sidik – Burda həm tərkib, həm miqdar vacibdir. Normada sağlam insan sutkada 1,5 litr sidik ifraz etməldir. Sağlam insanda onun rəngi açıq sarımtıl samanı rəng olur. Turşu mühiti 5,5. Sidikdə başqa heç bir yad element olmamalıdır. Əgər onda zülal, leykosit, göbələk, bakteriya tapılırsa, deməli, sidik ifrazat sistemi, böyrəklər, ümumilikdə orqanizm normal işləmir.

7. Çəki – qarın, bel bölgəsində piylənmə ciddi təhlükədir. Siz çəkinin maksimum yol verilən həddini aşmamalısız. Xüsusən kişilər üçün piylənmə təhlükəlidir. Məsələn, 170 sm boya görə çəki həddi 60-75 kq arasındadır.

İnsan orqan və sistemləri təbiət tərəfindən insan üçün yol verilən normada çəkiyə görə işləməyə yaradılıb, hesablanıb. Az və ya çox çəki sistemləri yükləyir.

Abdominal piylənmə zamanı kişilərdə qadın hormonu estrogenlər artır, burdan da kişi gücü azalır.
Kişi belinin çevrəsi 87-93 sm olmalıdır.

8. Qanda şəkər – norma 3,5 – 5,5 mmoldur. Bu göstərici orqanizmin operativ enerji ehtiyatını göstərir. Bu normaya cavabdeh mədəaltı vəz və endokrin sistemdir. İnsan üçün ən dəhşətli xroniki xəstəliklərdən olan diabet də məhz bu sistemin pozulmasından yaranır. Hər bir insan qanda şəkərinin miqdarını ildə 2 dəfə yoxlatmalıdır.

9. Qanın PH göstəricisi – turşu-qələvi mühiti. Çox insan bunu bilmir. Amma bu canlı insan ilə ölümə yaxınlaşan insanı fərqləndirən ən birinci göstəricidir.
Kardioloqlar bunu həyatın göstəricisi adlandırır.

Normada o 7,43 olmalıdır. 7.11-i keçən kimi ölüm baş verir. 7,41 kəskin ürək çatışmazlığında baş verir.
Qanın PH göstəricisi sağlamlığın düsturudur. Təəssüf ki, hər şeyi yoxlatsaq da onu yoxlatmırıq.

10. Leykositlər – qanda leykosit göstəricisi sağlamlıq və iltihabi proseslərin, hətta onkoloji xəstəliyin də göstəricisi ola bilər. Leykositlər immun müdafiədir. Virus və bakteriyalara ilk onlar cavab verir.

Qanda göstəricisinin kəskin artması və azalması ciddi siqnaldır: o deməkdir ki, daxildə müharibə gedir.

XANIM.AZ

Sağlamlıq     Baxılıb: 1981   Tarix: 28 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

turlar.az

sac duzumleri qis geyimləri 2026 hamiləlik etiraflar adət ənənələr plov reseptləri hamilelikde qidalanma kosmetika nizami gencevi google qadin.az kahfe fali novruz bayramına aid hakıştalar