Bədnəzərdən necə qorunmalı?Sınanmış metodlar..

Bədnəzərdən necə qorunmalı?Sınanmış metodlar.."Nəzər insanı qəbirə, dəvəni qazana salar"

"Bəd nəzər" və ya "gözdəymə" anlayışları demək olar ki, bütün millətlərdə var. İnama görə, gözdəymə - mənfi bioenergetik təsirdir və bu təsirdən insanın sağlamlığında, psixoloji durumunda müəyyən problemlər yarana bilər. Bəd nəzərdən, hətta ev heyvanlarının da qəflətən naməlum xəstəliyə düçar olması barədə məlumatlar var. Mal-qara, toyuq-cücə nəzərə gələndə, yenə kəsib yemək olur, bəs insana göz dəyəndə nə etmək olar? Belə bir Peyğəmbər məsəli də var ki, "Nəzər insanı qəbirə, dəvəni qazana salar"

Bəd nəzərdə gözün həqiqətən də rolu varmı?

Qədim inanclara görə göz insanın daxili aləminə bir pəncərədir. Müdriklərimiz demişkən: "Göz bir pəncərədir, könülə baxar". Ehtimal olunur ki, müəyyən səbəblərdən bədəndə toplanan pozitiv və ya neqativ enerji münbit şərait yarananda insanın baxışından vulkan kimi püskürə bilər. Bu zaman yaxında olan şəxsin biosahəsində energetik "deşiklər" olarsa, həmin enerji bu dəliklərdən onun bədəninə daxil olur, müsbət və mənfi olmasından asılı olaraq orqanizmdə müvafiq reaksiyalar əmələ gətirir. Aydındır ki, pozitiv enerjidən xoş əhval, neqativdən isə narahatçılıq yarana bilər. Məhz axırıncı hal gözdəymənin əsas səbəblərindən biridir. Ariflər demişkən: "Qorxulu gözdən, dağlar da titrəyər".
İnama görə gözdəymə tək baxışla deyil, sözlə də dəyə bilər. Məsələn, elə adam var ki, kimə desə: "bu gün çox gözəl görsənirsən!" bir qədər sonra o adamın əhvalı tamam pozulacaq, bəlkə də lap depressiyaya düşəcək, yaxud alver edənə desə: "bazar olsun!" yazıq həmin gün yüz faiz ziyanla işləyəcək.

Adama özünün gözü dəyə bilərmi?

Müəyyən hallarda insana başqasının deyil elə özünün gözü dəyir. Adam özünü çox tərifləyəndə, sağlamlığı, uğurları, xoşbəxtliyi ilə öyünəndə gözə gələ bilər. Ona görə də yersiz lovğalanmaqdan çəkinmək lazımdır. Müdriklər deyir ki, insan gərək sadə olsun. Təkəbbürlü, özündən razı adamlar axır əvvəl öz cəzasını alır. Çünki, onlar həmişə, üzlərinə deyilməsə də kənar adamlar tərəfində nifrətlə qarşılanır. Özünə vurulmuş, xudbin insanları heç kimin görməyə gözü yoxdur, belə adamlara ətrafdakılar şüursuz olaraq qəlblərində pislik arzulayır. Bunu nəticəsi olaraq eqoist insanların bəd nəzərə tuş gəlməsi ehtimalı çox yüksək olur. Dahi Nizami Gəncəvi hələ XII əsrdə çox gözəl demişdi:
Özünü bəyənsə insan nə qədər,
Öz gözündən ona dəyər bəd nəzər
Özündən razılar hər zaman sınar,
Ondan qurtarana uzun ömür var.

Uşaqlara gözdəymə necə təsir edir?

Körpələrin biosahəsi neqativ təsirlərdən zəif müdafiə olunduğu üçün, onlara gözdəymə daha tez təsir edir. Bu səbəbdən azyaşlılar böyüklərə nisbətən tez-tez xəstələnir. Ara həkimləri deyirlər ki, uşaqda gözdəyməni vaxtında hiss etmək olar. Onun ilk əlamətləri nevroz, yuxunun itməsi, pis yuxular, uşağın yersiz tərsliyi ola bilər. Əgər uşağın qaşları arasında göy damar əmələ gəlirsə, şübhə etmədən ona göz dəydiyinə əmin olmaq olar. Uşaqda başqa simptomlar da əmələ gələ bilər. Qəfil solğunluq, arıqlama, sifətin qurğuşun rəngi alması, əzginlik, qeyri-bərabər nəbz, istilik, tərləmə, baş ağrıları, göz altında göyərmələr, balacanın qarnının yaşıl və ya qara rəngdə getməsi, qıcolma, qəbzlik və s..
Balacalara çox vaxt bəd nəzər kənar şəxslər, şüurlu surətdə uşağa pislik arzulayan və ya sadəcə paxıl insanlar tərəfindən dəyə bilər. Hesab olunur ki, hətta doğma ana özü bilmədən sevinclə və ya heyranlıqla söylədiyi sözlə balasını gözə gətirə bilər. Ona görə uşaqla ünsiyyətdə həddən artıq ehtiyatlı olmaq gərəkdir. Övladına həddindən artıq fərəh hissi nümayiş etdirmək məqsədəuyğun deyildir.

Uşaqları bədnəzərdən necə qorumaq olar?

Adətə görə, təzə anadan olan uşağı qara nəzərdən qorumaq üçün onu 40 gün yaxınlarından başqa bir kimsəyə göstərmirlər. Bu müddət ərzində körpənin ruhu çox hərəkətli olur və uşaqda efir bədən formalaşır. Körpənin astral bədəni tam formalaşana kimi onun daima anasının yanında olması daha məqsədəuyğundur.
Balacalarda yüngül gözdəymələr, adətən bir tədbir görülməsə, iki-üç gündən sonra öz-özünə keçə bilər. Bəzi vaxtlar uşaqdan yüngül gözdəyməni götürmək üçün onu duşla çimizdirmək və ya üzərlik yandırmaq kifayət edir. Uşaqları bəd nəzərdən qorumaq üçün onların qulağının dalında qara karandaşla "xal" çəkmək də kömək edir. Qara nəzərdən paltarın görünməz yerinə keçirilmiş adi sancaq da qoruya bilər. Sancaq adi qıfılla assosiasiya etdiyi üçün, deyilənə görə bəd nəzər onda kilidlənir.

Bərli-bəzəkli əşyalar göz qaytarır

Ümumiyyətlə, bəd nəzərdən qorunmaq üçün göz muncuğundan, üzərlikdən, müxtəlif predmetlərdən istifadə edilir. Bəzən evin qapısından at nalı və ya göz bəbəyinə oxşayan iri muncuq asırlar. Bunun mahiyyəti ondadır ki, evə kim gəlirsə onun gözü ilk olaraq qapıda diqqəti cəlb edən əşyaya satışır, bununla da guya onun bəd nəzəri zərərsizləşdirilir.
Bəzi mənbələrə görə insanın üzərində zinət və bərli-bəzəkli əşyalar, əntiq daşlar da göz qaytarır. Bundan əlavə, qadın baxışlarını əlvan rəngli, kişi nəzərlərini isə saya rəngli əşyalar daha tez zərərsizləşdirir. Körpə uşağın boynuna və yaxud qoluna gözmuncuğunun keçirilməsi də nəzərə qarşı bir tədbirdir. Adi qol saatları da təsadüfi bəd nəzərlərdən qoruya bilər.

Gözəl qadınların niyə bəxti gözəl olmur?

"Gözələ göz dəyər, qəlbə söz" (Atalar sözü).
Bəzən qadının həddən artıq gözəl olması artıq onun gözdəymə obyektinə çevrilməsinə səbəb olur. Bəlkə də, bu səbəbdən gözəl qadınların çoxunun bəxti ürəkaçan olmur. Gözəllərin gözə gəlməməsi üçün, din aləmində buyurulur ki, qadın öz gözəlliyinə şəxsi əmanəti kimi deyil, Tanrının əmanəti kimi baxmalıdır.
Etiqada görə, Allaha şükür etmək, dua etmək də insanı bir çox qara qüvvələrdən, o cümlədən gözdəymədən xilas edə bilər. Çünki, xoşməramlı dua edərkən insan Yaradana daha yaxın olur, Tanrı onun səsini sanki eşidir və bəndəsinə kömək edir.
Göründüyü kimi, göz qaytaran kifayət qədər metodlar var. Onlara inanmaq da olar, inanmamaq da. Reallıq belədir ki, insan gərək bütün bunlara ağlın gözü ilə baxsın. Ataların dili ilə desək "Hər şeyə nəzər dəyər, ağıldan başqa"
qadin.az

Maraqlı     Baxılıb: 12949   Tarix: 15 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Bu gün Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək

Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək. report-a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

turlar.az

kosmetik vasiteler toy gecesi geyim və ayaqqabılar uşaq xəstəlikləri yagli saclar ucun meslehetler portagalin faydasi intim haqda kosmetika ikizler seksler novruz hakısdası badambura qaynana hakista