Bədxassəli şişlər irsi xüsusiyyət daşıyır - ARAŞDIRMA

Bədxassəli şişlər irsi xüsusiyyət daşıyır - ARAŞDIRMAAlimlər bəzi bədxassəli şişlərin irsi təbiətli olduğunu təsdiqləyiblər. Bu, xərçəngin tez-tez eyni ailənin üzvlərində müşahidə olunması ilə bağlıdır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, mütəxəssislər, bir insanın onkoloji xəstəliyi varsa, ailəsində bədxassəli törəmələrin yaranma ehtimalını öyrənməyin çox vacib olduğunu açıqlayıblar. Bundan əlavə, eyni ailənin üzvləri arasında xəstəlik bir dəfədən çox aşkarlanarsa, ailə həkim-genetik ilə məsləhətləşməlidir. Bu, patologiyanın irsi təbiətinin olub-olmadığını anlamaq üçün lazımdır.
Üstəlik, irsi olaraq yaranan xərçəngdə də fərq var. Bu, patogen mutasiyaların təyin edilməsi ilə proqnozlaşdırıla bilər. Bir şəxs xəstəliyin irsi xüsusiyyətindən şübhələnirsə, həkimlər müəyyən bir xəstəliyə səbəb ola biləcək mutasiyaları axtarmağa başlamalıdır.
Mütəxəssislər xərçəngin genetik xüsusiyyətə malik olmasına baxmayaraq, xəstəliklərin yalnız 10-15%-nin irsən ötürüldüyünü vurğulayıblar.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ Xərçəng Assosiasiyasının mütəxəssisləri bütün növ şişlərin yalnız 5%-dən 10% -ə qədərinin genetik mutasiya ilə əlaqəli olduğunu bəyan ediblər. Bildirilib ki, qalan 90-95% hallarda xərçəng ətraf amillər və həyat tərzinin təsiri nəticəsində yaranır.
Alimlər bildirib ki, ən çox irsi keçən onkoloji şişlər reproduktiv orqanların (yumurtalıqlar və süd vəzi) və həzm sisteminin xərçəngidir. Genetik test və vaxtında tibbi müayinə şişlərin olma ehtimalını əvvəlcədən müəyyənləşdirməyə kömək edir.
Mütəxəssislər iddia edirlər ki, "ailə xərçəngi" özünü kifayət qədər erkən büruzə verir, çünki insan orqanizmində doğulandan mutasiya olmuş hüceyrələr olur. Siqaret çəkmə, oturaq həyat tərzi və qeyri-sağlam qidalanma kimi zərərli vərdişlər hüceyrənin işinin pozulmasına səbəb olur və bu prosesi daha da sürətləndirir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1714   Tarix: 11 dekabr 2019
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

geyim dəbləri kosmetik vasiteler yaz geyimleri 2026 roya ayxan gilasın faydası yuxuda balqabaq sifahi xalq ədəbiyyatı kosmetika novruz bayrami hakisda hakıştalar xanim az baldiz yemekler