Bel çəkdirmək. Cəfəngiyatla "müalicə"

Bel çəkdirmək. Cəfəngiyatla Hal hazırda cəmiyyətimizdə sonsuzluq çox ciddi həm tibbi, həm də sosial problemə çevrilib.
Uzun illər ərzində sonsuzluğu müalicə edən və heç bir nəticə almayan ailə cütlükləri çoxdur. Təəssüf ki, belə ailə cütlüklərin vəziyyətlərindən süi-istifadə edərək haram pul qazanan insanlar də az deyil. Bu insanların bir hissəsini müxtəlif "şəfavericilər", "ara həkimlər" təşkil edir. Bu insanların böyük əksəriyyəti insan anatomiyası və fiziologiyasından tam bixəbərdir. Belə "həkimlər" sonsuzluğu yalnız bir üsulla "bel çəkdirməklə" müalicə edir. Sonsuzluğu olan qadın müraciət etdikdə, "şəfaverici" ilk baxışdan ona "bel boşluğu" diaqnozu qoyur. Bu diaqnozun "mənasını" soruşduqda isə heç bir məntiqli izahat vermir. "Şəfavericilərin" elmdən, tibbdən və  ümumillikdə adi məntiqdən uzaq olan ifadələrdən belə anlamaq olur ki, sonsuzluğun yeganə səbəbi qadında belin "zəif" olmasıdır. Onlar isə bu zəifliyi aradan götürür, əyri uşaqlığı düz edir, "yerinə qoyurlar". Bu cəfəngiyatdır.
İlk növbədə qadınların əksəriyyətində uşaqlıq kiçik çanaq boşluğunda ideal düz vəziyyətdə yerləşmir - uşaqlıq bir qədər qabağa, sidik kisəsi tərəfə əyilmiş olur. Bu normaldır. Lakin bir çox qadınlarda uşaqlıq bir qədər arxaya, sola və ya sağa doğru əyilmiş olur. Əvvəllər tibbdə uşaqlığın belə yerləşməsi sonsuzluğun səbəbi kimi qiymətləndirilirdi. Lakin tibb inkişaf etdikcə bu nöqteyi-nəzərin yanlışlığı sübut olunub. Özü-özündən uşaqlığın əyilməsi adətən sonsuzluğa gətirib çıxartmır. Bir çox hallarda qadınlar öz orqanizmlərin bu xüsusiyyətini heç bilmir və uğurla hamilə qalır və uşaq doğurlar. Yalnız çox ağır hallarda (belə hallara çox az rast gəlinir) qadında uşaqlığın anormal yerləşməsi sonsuzluğa səbəb ola bilər. Belə qadınlar düz bağırsağına olan təzyiq, omba sümüyündə ağrı hiss edir, qəbizlikdən əziyyət çəkirlər, onlarda menstruasiyalar ağrılı olur və s. Lakin bu halda uşaqlığın əyilməsi qadında olan digər pozulmalar nəticəsində meydana çıxır (infeksiyaların nəticəsində bitişmələrin əmələ gəlməsi, şişlər və s.) və əslində bu pozulmalar sonsuzluğun inkişafının əsl səbəbləridir.
Beləliklə, indi biz bilirik ki, uşaqlığın əyilməsi sonsuzluğun səbəbi sayılmır.
Keçirik növbəti cəfəngiyata. "Müalicə" zamanı "şəfaverici" qadının belini kip bağlamaqla  onun uşaqlığını "yerinə qoyur". Əziz xanımlar, bu "üsulla" uşaqlığın yerini dəyişmək, onu "düzəltmək", qaldırmaq və s. mümkün deyil. Ancaq onurğa sütunu problemləri, ağrılar və s. problemlər qazanmaq mümkündür. Bu "əməliyyatı" keçən qadınların əksəriyyəti uzun müddər ərzində bel ağrılardan əziyyət çəkir...
Maraqlıdır ki, müasir zamanda, yüksək texnologiyalar olan dövrdə bizim cəmiyyətdə çöpçü, sınıqçı, "bel çəkdirmək" kimi anlayışlar qalmaqdadır və onlara inanan, üz tutan insanlar tapılır. Xaricilər demişkən, no comments.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1193   Tarix: 08 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

qis geyimləri 2026 makiyaj instagram reseptler yay kolleksiyasi 2026 qis modasi gavalinin faydalari daban agrilari kosmetika vətən həsrətinə aid bayatılar vətənə aid qiz evi haxista paxlava ana haqqinda bayati