"Bəlkə də "Diqlas" Ticarət mərkəzinin sığortası formal olub" - Xəyal Məmmədxanlı

"Bəlkə də "Diqlas" Ticarət mərkəzinin sığortası formal olub" - Xəyal MəmmədxanlıSığorta eksperti Xəyal Məmmədxanlı: "Bəlkə də "Diqlas" Ticarət mərkəzinin sığortası formal olub"
Bakıda Diqlas Ticarət Mərkəzində güclü yanğın oldu. Müxtəlif məlumatlara görə, sahibkarlara ən azı 1 milyon manat ziyan dəyib. Əslində isə zərərin məbləğinin daha çox olduğuna dair rəqəmlər göstərilir. Bizdə olan məlumatlara görə, Ticarət Mərkəzindəki mağazalarda olan malların 70 faizi sığortalanmayıb. Bu yaxınlarda fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağsu və Şamaxı rayonlarında baş vermiş zəlzələdən zərər çəkən evlər haqqında da danışanda demişdi ki, insanlar əmlaklarını sığorta etdirməyib. Əksər halarda heç evlərinə mülk kağızı (kupça) da almayıblar. Bu da kompensasiya verilməsini çətinləşdirir. Sual budur ki, müasir dövrdə Azərbaycan vətəndaşı niyə öz əmlakını, həyatını sığorta etdirməyə maraq göstərmir? Sığorta sisteminə etibar yoxdurmu, ya sığorta ödənişləri ağır gəlir insanlara? Bəlkə sığortanı sonra lazım olanda ala bilmirlər? Səbəb nədir? Ticarət Mərkəzləri sahibkarlara mağazaları icarəyə verərkən onlardan sığorta polisini də tələb etməliydimi? Hansi mexanizmlər yaratmaq lazımdır ki, sahibkarlar belə durumlarda bir günün içində iflas etməsinlər?
Bu məsələ ilə bağlı Sığorta üzrə ekspert Xəyal Məmmədxanlı "Bizimyol.info"-ya müsahibə verib.
– Xəyal bəy, nədən belə böyük mərkəzlər çox zaman sığorta olunmur?
– Burda problem, ümumiyyətlə, qətiyyən sığorta şirkətlərinin problemi deyil. Çünki sığorta şirkətləri bu kimi obyektləri sığortalamaqda maraqlı deyillər…
– Niyə maraqlı deyillər?
– Haqlıdırlar. Çünki qorxurlar. Oralarda risk ehtimalı olduqca böyükdür. İldə bir –iki dəfə "Binə" Ticarət Mərkəzi yanır, yaxud da ildə bir neçə dəfə "Sədərək" TM yanır. Və bu kimi ticarət mərkəzlərində, çox təəssüf olsun ki, heç bir texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmur. O cümlədən, əməkdaşların, satıcıların, orda çalışanların heç birinin yanğın təhlükəsizlik təlimatlarından xəbəri yoxdur. Təbii ki, bütün bunlar hamısı sığorta şirkərləri üçün böyük bir riskdir; sığortaçılar bu kimi əmlakları , obyektləri sığortalamaqdan imtina edirlər və çəkinirlər.
– Axı belə böyük ticarət mərkəzləri sığortasız necə çalışır?
– Böyük ehtimalla həmin "Diqlas" ticarət məkəzi binasının özünün, daşınmaz əmlakın sığortası olub. Ola bilməz ki olmasın. Çünki, bilirsiz, qanuna görə sahibkarlara məxsus, o çümlədən, fiziki şəxlərə məxsus əmlakların sığortası məcburidir. Düzdür, vətəndaşların mənzillərinin sığortasına çox ciddi bir şəkildə nəzarət olunmasa da, sahibkarlıq subyektlərinin əmlaklarının sığortasının olmasına Fövqaladə Hallar Nazirliyi ciddi nəzarət edir. Böyük ehtimalla da "Diqlas"mərkəzinin özünün sığorta şəhadətnaməsi olub. Mən əminəm və qətiyyən şübhə etmirəm ki, sadəcə, formal xarakterli bir müqavilə olub. Məsələn, Mərkəzin qiyməti 4-5 milyon manat olubsa, 100 min manata, 200 min mnata, güməli bir rəqəmə sığortalanıb ki, sadəcə, FHN gələndə kağızı onlara göstərə bilsin.
– Bəs dükan sahibləri özləri ayrılıqda sığortalanmaq istəməyiblər?
– Ən ciddi səbəblərdən biri də budur. Çox təəsüf ki, hətta bu gün ordan hər hansı bir sahibkar, dükan sahibi sığortalanmaq istəsə belə, oranı sığortalamaq mümkün deyil. Bəsit səbəbi var; belə böyük ticarət mərkəzlərində sahibkarlara məxsus dükan sahiblrinin əmlakının heç bir rəsmi uçotu yoxdur. Həmçinin rəsmi qiymətlri, maya dəyəri məlum deyil. Yəni sabah orda hər hansı bir hadisə baş versə, o dükanda həmin anda orda nə qədər mal olduğuna, nə qədər ziyan dəydiyinə dair konkret sənədli sübutlar deyil, yalnız fərziyyələri ortaya qoymaq olur. Bu da sığorta şirkəti üçün arzuolunmaz haldır. Sığorta şirkəti baxmalıdır və dəqiq bilməlidir ki, dükanda nə qədər mal olub və ümmi dəyəri nə qədər olub? Çox təəssüf ki, bu da yoxdur.
– Bəs sahibkarlar belə fors-major hadislərini əvvəlcə görürlər, niyə uçotu düzgün qurmurlar?
– Çox təəssüf ki,Azərbaycanda sahibkarlar, vətəndaşlar öz əmlaklarına, öz pullarına, öz mülklərinə qarşı biganədirlər. Öz praktikamdan deyirəm. Dəfələrlə gedib insanların qapısını döyürük, deyirik: "Siz cəmi 50 manat ödəməklə 25 min manata evinizi sığortalaya bilərsiz". Bu həm də məcburidir. Ancaq bizim insanımız deyir ki, heç nə olmaz, sonra edərik və sair. Belə deyib, bizi yola salırlar. Bir ay sonra nə baş verəcək? Uzaqda deyil, Kür daşacaq, yenə Kür Aran rayonlarında insanların əmlakına ziyan vuracaq. Yenə də vətəndaşların yadına sığorta, jurnalistlərin yadına isə Xəyal Məmmədxanlı düçəcək. Bu hər il bu şəkildə davam edir və edəcək. Heç bir zaman insanlar öz əmlaklarına diqqətli olmayacaqlar və sığortalamayacaqlar.
– Bəs çıxış yolu nədir?
– Bu kimi ticarət mərkəzlərinə və yaxud da insanların kütləvi toplaşdığı yerlərin hamısına FHN çox ciddi nəzarət etməlidir. Onların hamısında yanğın təklükəsizliyi, texniki təhlükəsizlik tələbləri ən yüksək səviyyədə qorunmalıdır. Orda yaşayan, işləyən, çalışan hər kəs yanğın təhlükəsizlik təlimatını bilməlidir. Kustar üsulla hazırlanmış peçlərdən, elektrik naqillərindən , texnikadan istifadə olunmamalıdır. Mən əminəm və sizi də əmin edirəm, istintaqın nəticəsində ortaya çıxacaq ki, kimsə orda kustar üsulla ya peç birləşdirib, ya da qaz necə gəldi qoşulub. Nəsə insanların kobud səhvindən yaranmış bir şey olacaq. Bu yerlərdə çox ciddi yanğın təhlükəsizlik tələbləri qorunmalıdır. Orda işləyən hər bir insan təlimatlandırılmalıdır ki, yanğından neçə qorunmalı və evakuasiya olunmağı haqda məlumatlandırılmalıdır. Orda sahibkarların özlərinin marağında olmalıdır ki, onların dükanlarındakı malların uçotu aparılsın. Bilsinlər ki, onların nə qədər malı var və onlara neçə manata başa gəlib? Bunları həm də lazım olduqda rəsmi şəkildə şığorta şirkətinə təqdim edə bilsinlər. İnsanlar bir-birlərinə qarşı diqqətli olmalıdır. Yəni "mənim qonşum səhv edirsə, mən buna göz yumum" yanaşması olmamalıdır. Amma sabah yananda tək o yanmır. Hamımız yanırıq. Ona görə də bütün bunlar həllin tapmalıdır. Sığorta şirkətləri əmin olsun ki, bu kimi obyektlər standartlara uyğun fəaliyyər göstərir . O zaman onlar sığortalamaqda da maraqlı olsunlar. Bu gün nə qədər bahalı təklif etsə də , heç kim nə "Binə"ni, nə də "Sədərək"i sığortalamaz.
Gülnarə ƏMİRQIZI
Paylaş:
Facebook
Twitter
Google + /bizimyol.info

Maraqlı     Baxılıb: 2372   Tarix: 27 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Bu gün Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək

Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək. report-a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev

.

"Böyük Qayıdış kimi tarixi prosesi gənclərə çatdırmaq müəllimlərin əsas vəzifəsidir - Hafiz Paşayev

Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu təhsilin təminatçısı müəllimdir. Müəllim adını qorumaq, yüksəltmək hər birimizin vəzifəsidir.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfi

turlar.az

gelinlikler geyim seçimi toy makiyaji sekilleri göz xəstəlikləri qadın dünyası az evim interyer qadın doğuşu kosmetika yuxuda qara ilan gormek novruz hakisdalari vətən haqqında bayatı novruz bayramina aid arıqla