Bill Qeytsin pandemiya proqnozları düz çıxır- "Bİz gecikirik

Bill Qeytsin pandemiya proqnozları düz çıxır- 5 milyondan çox insanın ölümünə səbəb olan COVID-19-la mübarizə bütün sürətiylə davam etdiyi bir vaxtda daha yeni bir mutasiya dünyanı təşvişə salıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Cənubi Afrikada yayılan və B.1.1.529 adlandırılan yeni mutasiyanın adını "Omikron" adlandırdığını açıqlayıb. Bu mutasiyanın digər variantlardan daha yoluxucu olduğunu bildirən ÜST açıqlamasında "Mutasiyada qorxulu olan çox sayda mutasiya var. İlkin tapıntılar göstərir ki, yeni mutasiyanın yoluxuculuq riski daha yüksəkdir" bildirib.
Bu açıqlamalardan sonra "Omikron"un yeni bir pandemiyaya səbəb olub-olmayacağı narahatlıq doğurur. Bir çox ölkə variantın aşkarlandığı bölgələrə səyahət qadağası tətbiq etsə də, İsrail sərhədlərini bağlayan ilk ölkə olub.
Bütün bu hadisələr Bill Qeytsin ötən aylarda verdiyi proqnozu bir daha gündəmə gətirib. Qeyts "The Wall Street Journal"a verdiyi açıqlamada "növbəti pandemiyaya hazır olmalıyıq" proqnozunu vermişdi: "Pandemiya hazırlıqlarının gözlədiyimdən aşağı olmasından bir az narahatam. Dünyanın növbəti pandemiyaya hazır olması üçün 100 gün ərzində peyvənd istehsal etmək və 100 gün ərzində milyonlarla insana təqdim etmək potensialına malik olmalıyıq. Bizim bu gücə malik fabriklər tikmək imkanımız var. Ancaq hələ də lazımi addımlar atılmır".
Qeytsin həmtəsisçisi olduğu Bill və Melinda Qeyts Fondu ölkələri vaksin istehsal etmək imkanları da daxil olmaqla səhiyyə sistemlərinə daha çox sərmayə qoymağa çağırıb.
Bəzi ekspertlərsə yeni variantın peyvəndin effektivliyini aşağı saldığını deyir. Koronavirus peyvəndini hazırlayan "Moderna" şirkətinin baş həkimi Dr. Paul Burton yeni bir peyvəndin hazırlanması istiqamətində araşdırmalara başladığını açıqlayıb. Burton BBC-nin "Endryu Marr" şousuna verdiyi müsahibədə bildirib ki, əgər yeni peyvənd lazımdırsa, o, 2022-ci ilin əvvəlində hazır olacaq.
Yeni mutasiyanın peyvənddən yayına biləcəyindən şübhələndiyini söyləyən Burton qeyd edib ki, bu, çox narahatedici bir virusdur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1052   Tarix: 30 noyabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

makiyaj etmek qaydalari həkim məsləhəti adlarin menasi qutab xemiri murebbelerin hazirlanmasi psixoloq meslehetleri hamiləlik dövrü kosmetika pehriz dieta kondom birlik qurd xəstəliklərinə qarşı mualicə