Bilmədiyimiz gözəllik hiylələri
Bəzən makiyaj edərkən asan yollarla daha qüsursuz makiyaj etməyə çalışırıq. Bunun üçünsə sadə yollardan istifadə edirik. Beləliklə, xarici mətbuata istinadən, asan şəkildə edilə biləcək bəzi makyaj hiylələrini sizə təqdim edirik.
Alt kirpiklərinizə tuj çəkəndə yayılmağını istəmirsinizsə, plastmas qaşığın arxa hissəsini kirpiyinizin altına qoyun.
Layner və ya qələmi səliqəli çəkmək istəyirsinizsə, gözün üstünə asan qoparıla bilən plastır yapışdırın. İşinizi bitirəndən sonra yavaşca çıxarın.
Göz ətrafının rəngini açmasanız, göz makiyajınızın solğun görünmək ehtimalı var. Bunun üçün ağ və ya bej rənglərdən istifadə edə bilərsiniz.
Köhnə tujunuzun fırçasını isti suyun altında tutun. Su şəffaflaşana qədər gözləyin və fırçanı yenidən öz qabına yerləşdirin. İsti suyun təsirindən tujunuz təzə kimi olacaq.
Gözlərinizin iri görünməsini istəyirsinizsə, içərisinə ağ qələm çəkin.
Tonal krem alanda rəng problemi yaşamaq istəmirsinizsə, onu yanağınızda deyil, boynunuzda sınayın.
Qaşlarınızın yuxarıya doğru qalxmağını istəyirsinizsə, altına ağ qələm çəkib barmağınızla yayın.
Əgər layneriniz gözünüzdə yayılırsa, onda istifadə etməzdən əvvəl kirşan vurun. Onda layneriniz yayılmayacaq.
Dodaq boyasının uzun müddət təravətli qalmağını istəyirsinizsə, boyanı çəkəndən sonra salfeti yüngülcə dodaqlarınıza toxundurun və üstündən kirşan vurun. Bu zaman dodaqlarınızın rəngi daha mat görünəcək və qalıcı olacaq. /gencaile.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Heyli Biber hamilədir? - Foto
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?