Bilməyərək evinizdən atdığınız qiymətli şeylər

Bilməyərək evinizdən atdığınız qiymətli şeylərHər gün biz özümüz də bilmədən bir çox müalicəvi təsirə malik olan dərmanları atırıq. Dərman dedikdə biz kimyəvi təsirli preparatları yox, hər gün mətbəxtdə istifadə etməyib zibilliyə atdığımız qida artıqlarını nəzərdə tuturuq. Hansı ki, bu qida artıqları mətbəxtdə yemək hazırlayarkən artıq qalır və biz onlardan istifadə etmirik. Bəs bunlara nələr aiddir?
Yumurta qabığı.
Yumurta qabığı dırnaqların qopması, diş qanaxmaları, astma, artrit, opsteoparoz, sümüklərdə tez-tez baş verən sınmalar, revmatizma zamanı faydalıdır. Yumurta qabığını əzib toz halına gətirilmiş halı hər gün hamilə qadının yeməyinə qatılarsa, o hamiləlik zamanı kalsium çatışmazlığından əziyyət çəkməz. Bu 6 yaşına qədər uşaqlar üçün də keçərlidir. Bunu əldə etmək üçün yumurta qaynar suda yaxşı yuyulur, içərisi boşaldılır, pərdəsi çıxarılır. Sonra yumurtanın qabığı uşaqlar üçün hazırlananda sobada, böyüklər üçün isə kölgədə qurudulur. Daha sonra isə qəhvəüyüdəndə üyüdülür və toz halına gətirilir. Üyüdülmüş yumurta qabığı tünd rəngli şüşə qabda saxlanılır.
Kartof qabığı.
Kartof qabıqlarını 10 dəqiqə qaynadıb suyunu soyuduqdan sonra içmək arterial təzyiqi aşağı salır. Bunun üçün gündə 4 dəfə 2 xörək qaşığı yeməkdən əvvəl bu suyu içmək lazımdır. Kartof qabıqlarının qaynadıldığı su ilə inhalyasiya edildikdə bronxit əlamətləri azalır və öskürək kəsilir. Kartof qabıqlarını suya qatıb tam həll olana qədər qaynadıb və əldə edilən horranı sinə və kürək nahiyəsinə kompores kimi qoyduqda bəlgəm yumşalır və bronxlardan qopub xaric olur.
Soğan qabıqları.
Soğan qabığından hazırlanan dəmləməni angina zamanı boğaza qoyduqda ağrı azalır. Həmin dəmləmə ilə ağız boşluğunu qarqara etdikdə stomatit, parodontit və angina əlamətləri aradan qalxır. Dəmləməni hazırlamaq üçün 3 xörək qaşığı xırdalanmış soğan qabığı yarım litr soyuq suya salınıb qaynadılır və üstü örtülüb 4 saat dəmlənir. Sistit zamanı 3 çay qaşığı xırdalanmış soğan qabığı 2 stəkan suda qaynadılır və 30 dəqiqə dəmlənir. Gündə 2 dəfə, hər dəfə ¼ stəkan dəmləmədən 4-5 gün içilir.
Qarpız tumu.
Osteoxondroz zamanı 400-500 qram təzə qarpız tumu salınmış isti suda vanna qəbul eləmək xəstəliyin əlamətlərini azaldır. Müalicə müddəti 15 vannadan ibarətdir. Orqanizmdə şişkinliklər olduqda qarpız tumu sidikqovucu təsir göstərir. Bu zaman 1 hissə xırdalanmış qarpız tumu 10 hissə suda qaynadılır və gündə 3-4 dəfə, hər dəfə yarım stəkan qəbul edilir.
Qapızın saplağına yaxın olan yaşıl hissəsi dairəvi kəsildikdə 80-100 qram yaşıl hissə yarım litir qaynar suya salınır. Soyuduqdan sonra gündə 4-5 dəfə yarım stəkan içildikdə yoğun bağırsaqlardakı iltihabi proses aradan qalxır. Qarpız tumlarını yedikdə orqanizmin cinsi həvəsi artır.
Yemiş tumu.
Yemiş tumu angina və bronxit zamanı boğaz ağrılarını kəsir və sinəni yumşaldır. Yemiş qabıqları salınmış su ilə vanna qəbul etdikdə dəridə olan allergiya əlamətləri aradan qalxır. Müalicə kursu 7-10 vannadan ibarətdir. Yemiş tumları cinsi zəifliyi aradan qaldırır.
Banan qabığı.
Banan qabığını kəsilmiş, cızılmış, zədədən göyərmiş nahiyəyə qoyduqda həmin hissə tez sağalır.
Sitrus bitkilərinin qabıqları.
Sitrus qabıqları vasitəsilə vanna qəbul etdikdə sinir sistemi sakitləşir. Bu qabıqları xırda doğrayıb qızdırıcı sobanın üstünə qoyduqda evin havası təmizlənir.
Nar qabıqları.
Nar qabıqlarını qaynadıb ağız boşluğunu qarqara etdikdə diş əti qanaxmaları dayanır, ağız boşluğunda olan iltihabi proseslər aradan qalxır. Bunun üçün 1 xörək qaşığı xırdalanmış nar qabıqlarının üzərinə 1 stəkan qaynar su əlavə edilir və 30 dəqiqə qaynadılır. Nar qabığı və tumunun əzməsindən hazırlanan məlhəm ekzemanı sağaldır. Nar qabığı dəmləməsi bağırsaq infeksiyaları zamanı da çox faydalıdır. Həkimlər hormonal pozğunluqları olanlara nar yeyərkən onun çəyirdəyini də çeynəyərək əzib yeməyi məsləhət bilirlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1422   Tarix: 11 mart 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Hər gün darçınlı su içsəniz

Hər gün nizamlı su istehlak etmək ümumi sağlamlığımızı qorumaqla yanaşı, orqanlarımızın və dərimizin sağlamlığı üçün də böyük əhəmiyyət kəsb edir.  xəbər verir ki, suyu sadə formada içməkdənsə, ona bəzi ədviyyatlar qatın

.

Məşhur bitki dərinin qocalmasını dayandıra bilər

Alimlər müəyyən ediblər ki, qara jenşen ekstraktı iltihabı azaltmaq və kollagenin parçalanmasına təsir edən molekulyar mexanizmləri zəiflətməklə dərinin qocalma prosesini ləngidə bilər.  bu bitki ilə bağlı məlumatları təqdi

.

Yanından keçirik, amma şəfasınl bilmirik

Kənd yollarında, boş ərazilərdə çox vaxt fikir vermədən yanından keçib getdiyimiz yabanı bitki əslində təbiətin ən güclü şəfa qaynaqlarından biridir. .  xəbər verir ki, xalq arasında "turşəng" və ya "quzuqulağı"

.

"Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"

"Yaxın 10-15 il ərzində alimlər insan ömrünü ən azı 10 il uzada biləcəklər". -a istinadən xəbər verir ki, bunu genetik mühəndislik üzrə rusiyalı mütəxəssis Pavel Volçkov deyib. Onun sözlərinə görə, buna erkən diaqnostik

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Aralıqlı orucla bağlı mif dağıdıldı

Səhər yeməyindən imtina etmək çox vaxt zehni və fiziki məhsuldarlığın azalması ilə əlaqələndirilir. Buna baxmayaraq, son illərdə aralıqlı oruc adlanan qidalanma rejiminin populyarlığı kəskin şəkildə artıb. Milyonlarla insa

.

Çox təhlükəli VİRUS: Yeni karantin qapıda

İngiltərədə meningokok infeksiyası ilə bağlı yayılan xəbərlər geniş rezonans doğurub və məsələ artıq yalnız lokal hadisə kimi deyil, daha geniş epidemioloji risk kontekstində qiymətləndirilir. xəbər verir ki, Böyük Britaniyanı

.

Bir porsiya belə təhlükəlidir - Xəbərdarlıq

Çipslər, şəkərli içkilər və hazır yeməklər də daxil olmaqla ultra emal olunmuş qidaların tez-tez istehlakı infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Bu qidaların daha çox istehlak

.

Bu suyu içmək məsləhət deyil: tərkibində zərərli bakteriyalar ola bilər

Əgər bir stəkan su uzun müddət masa üzərində qalırsa, onu içməmək daha yaxşıdır. xarici mediaya istinadən xəbər verir ki, masada qalan su təhlükəsiz kimi görünsə də, bir neçə saatdan sonra onun tərkibi dəyişə bilər. Dietoloqla

turlar.az

qadin sayti yaz geyimleri 2026 qaşların formalari xina haqqinda melumat pomidorun ziyani bədənə qulluq bu ilin cantalari kosmetika rus dili birlik burclerin uygunlugu nizami gəncəvi aybawi