Bioloq alim: Selen çatışmazlığı dövrümüzün ən çox yayılan virus xəstəliklərinin inkişafına səbəb ola bilər

Bioloq alim: Selen çatışmazlığı dövrümüzün ən çox yayılan virus xəstəliklərinin inkişafına səbəb ola bilərAzərbaycan Milli Elmlər Akademiyasının Biofizika İnstitutunun Ekoloji biofizika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Tokay Hüseynov Bakı şəhər Baş Səhiyyə İdarəsində məruzə edib.
Akademiyadan Milli.Az-a bildirilib ki, məruzə selenin COVID-19, Ebola və digər RNT virus infeksiyalarının genomuna daxil olan HIV/AIDS-in inkişafına və patogenliyinə təsirinə dair araşdırmalara həsr olunub.
Tokay Hüseynov məruzəsində elmi cəhətdən sübut olunmuş tədqiqatlara əsaslanaraq qeyd edib ki, kimyəvi elementlərdən biri olan selenin (Se) insan qidasında çatışmazlığı dövrümüzün ən çox yayılan virus xəstəliklərinin inkişafına səbəb ola bilər. O, Hantavirus, Koksaki, quş qripi, Ebola və digər təhlükəli virus xəstəliklərinin COVID-19-a bənzər simptomlara malik olduğunu deyib.
Məruzəçi vurğulayıb ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda artmaqda olan selen çatışmazlığı birbaşa olaraq insan fəaliyyəti ilə əlaqəli ekoloji vəziyyətin ciddi şəkildə pisləşməsi nəticəsində yaranır.
Professorun sözlərinə görə, selenin dərman kimi istifadə edilməsi (əsasən natrium selenit şəklində) xəstələrin vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, hətta tam sağalmasına (Koksaki virusu - Keşan əyaləti, Çin) səbəb olub. Selen çatışmazlığından əziyyət çəkən bir çox ölkələrdə vəziyyətin normallaşmasını təmin etmək istiqamətində qanunvericilik səviyyəsində dövlət proqramları qəbul edilib.
COVID-19-un tənəffüs xəstəliklərindən daha çox damar xəstəliyi olduğunu söyləyən məruzəçi virusun faciəvi nəticələrinin əsasən qanın laxtalanması ilə əlaqədar olduğunu, natrium selenitin isə antitrombotik xüsusiyyətlərə malik və tromboksanın yaranmasına mane olduğunu vurğulayıb.
Alimin sözlərinə görə, COVID-19 virusuna yoluxma zamanı iflicin inkişafı ilə birbaşa əlaqəli olan trombopeniyanın baş verdiyi də aşkar edilib: "Bütün bunlar koronavirusa qarşı həssaslığın və onun ağırlaşmalarının selenin orqanizmə qəbul dərəcəsindən asılı olduğunu göstərir. Natrium selenit bu xəstəliyin müalicəsində təsirli ola bilər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1195   Tarix: 29 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

kosmetika mehsullari qis geyimləri 2026 geyim və ayaqqabılar dəri və saç dogusun baslanmasi xəstəliklər pehriz kosmetika xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır gülməli hakıştalar hakista şirin qoğal hamilelik