Bitki yağının keyfiyyətini yoxlamaq üçün 4 SADƏ TEST
Son zamanlar bitki yağlarının keyfiyyəti ilə bağlı çoxlu mənfi məlumatlara rast gəlirik.
Bəs yaxşı keyfiyyətli yağ necə seçilməli?
Milli.Az saglamolun.az-a istinadən ev şəraitində bitki yağının keyfiyyətini yoxlamaq üçün 4 sadə test təqdim edir.
Bitki yağını stəkana tökün, duz əlavə edib qarışdırın. Yağ ərimirsə, bu yağda su yoxdur. Yaxşı bitki yağında su olmamalıdır. Bəzi istehlakçılar yağın miqdarını artırmaq və qiymətini azaltmaq üçün bitki yağının istehsalı zamanı ona su əlavə edirlər.
Bitki yağını stəkana töküb soyuducuda 1 gün saxlayın. Ucuz keyfiyyətsiz yağ bulanıq olur və çöküntü verir.
Tavanı yaxşı qızdırın, bitki yağını tökün. Yaxşı rafinə edilmiş bitki yağı sıçramamalıdır. Pis ucuz yağ isti tavaya tökülən kimi dərhal sıçramağa başlayacaq.
Təbii bitki yağının saxlanma müddəti 1 ldən çox olmamalıdır. Əgər bu müddət 1 ildən çoxdursa, bu o deməkdir ki, yağa palma və ya kokos yağı əlavə olunub. Bu bitki yağının saxlanma müddətini artırır. Lakin belə yağlar faydalı sayılmır.
Yaxşı keyfiyyətli rafinə edilmiş yağ iysizdir və açıq rəngdədir. Tanınmış şirkətlər tərəfindən istehsal edilmiş yağlara üstünlük vermək lazımdır.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir