Boşanmaq üçün lazımlı dəlillər olmalıdır

Boşanmaq üçün lazımlı dəlillər olmalıdırBoşanmaq üçün lazımlı dəlillər olmalıdır

Boşanma haqqında ən təhlükəli 10 yanaşma vardır ki, bunlar insanı boş fikirlərdən uzaqlaşdırır.

Bəzən qadın həyat yoldaşından boşandıqdan sonra bütün problemlərinin həll olunacağını, yaxud əksinə, həyatının məhv olunacağını düşünür. Nəticədə qadında qəzəb, ruh düşkünlüyü yaranır, o özünü qurban, yaxud günahkar kimi hiss edir.

1. Xəyal – "Boşanma ağlımı tamam çaşdıracaq".

Həqiqət – "Boşanma ağır haldır, hisslərinizi içinizdə saxlasanız, dəli olacaqsınız. Yaranızın böyüməsini istəmirsinizsə, bunun qabağını vaxtında alın, yenidən düşünün".

2. Xəyal – "Bircə tez boşansaydım, bütün problemlərdən uzaqlaşardım".

Həqiqət – "Problemlərinizin səbəbkarı boşandığınız insandırsa, əmin olun ki, onsuz da yeni xoşagəlməz sürprizlər olacaq. Mənzil, uşaq və ümumi dostlarınızla əlaqə zamanı yeni problemlərlə üz-üzə gələcəksiniz. Unutmayın! Həyat daim mübarizədir, onunla ya onsuz, bunlar qaçılmazdır".

3. Xəyal – "Boşandıqdan sonra xoşbəxt olaram, o məni bədbəxt etmişdi".

Həqiqət – "Nigah xam-xəyallar, yoldaşının ehtiyacını başa düşməmək, ailədaxili çəkişmələrdə bir-birini eşitməmək ucbatından dağılır. Burada bədbəxtliyin günahı yoxdur, bütün bunları araşdırmasanız, tək olduqdan sonra xoşbəxt olmağa inamınız Şaxta Babaya olan inamdan artıq deyil".

4. Xəyal – "Mütləq məni xoşbəxt edəcək biri vardır və bir gün gələcək".

Həqiqət – "Yanlış düşüncədir, kimsə sizi xoşbəxt etməyə gəlməz, ən azından ona görə ki, gələn də xoşbəxt olmağa gələcək. Ən uğurlu nikah iki tərəfin xoşbəxt olmağından başqa bir-biri ilə də xoşbəxt olmaq istədiyi zaman alınır. İnsan yalnız özünü deyil, qarşısındakını da düşünməlidir".

5. Xəyal – "Əgər o boşanmağımızın tərəfdarıdırsa, deməli kənarda biri var".

Həqiqət – "Əsla bu vacib deyil. Kişinin məşuqəsi olduğu üçün boşanmaq istəyinə olan inamınız əsassız ola bilər. Başqa səbəb tapın".

6. Xəyal – "İndi hamı mənim qaraqabaq olduğumu düşünəcək".

Həqiqət – "Boşanma artıq normal hadisə sayılır və hər 5 nikahdan 3-ü boşanır. Əmin olun ki, çoxu bu prosesi adi hal sayacaq, yetər ki, siz kimisə düşünməyin".

7. Xəyal – "Onun vecinə deyil bizim ayrılacağımız".

Həqiqət – "Ağrı ağrıdır. Kişi üçün də boşanmaq günah, tənhalıq və vicdan əzabı deməkdir. Kişi də sevgi və bağlılıq arzusundadır, bu iki şeyi itirdikdə o da acı çəkəcək".

8. Xəyal – "Bizim boşanmağımız səmimi olacaq, çünki, bir-birimizə qarşı iddiamız yoxdur".

9. Xəyal – "Mən artıq zülmlər içində qocaldım, artıq gecdir, illərimin ən gözəli arxada qaldı".

Həqiqət – "Əgər o buna layiq deyilsə, özünüzü kimsəyə qurban verməyin. Sizə bu yaş bir dəfə verilirsə, dəyişmək heç vaxt gec deyil. Başa düşün, hər şey sizin neçə yaşınızın olmasında deyil, onları necə saymağınızdan asılıdır".

Həqiqət – "Əgər sevginiz olmayıbsa, dostyana boşanmaq mümkündür. Yox, əgər hissləriniz rəhbəriniz olubsa, məsələ uşaq puluna çatarsa, ikinizdən birinizin yeni sevgilisi peyda olarkən qısqanclıq yaranarsa, deməli, düşündüyünüz boş xəyaldır. Ən yaxşı hal boşandıqdan sonra bir daha görüşməməkdir".

10. Xəyal – "Daha məni kimsə sevməz və həmişə tək qalaram".

Həqiqət – "Qarşılaşdığınız insana sevgi siqnalları verməsəniz, bu belə olacaq. Çalışın əvvəlki səhvləri təkrar etməyəsiniz".

Ailə və Uşaq     Baxılıb: 3319   Tarix: 06 yanvar 2015
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

İkili skrininq testi ilə DAUN SİNDROMU riskini öyrənmək mümkündür?

İkili skrininq testi ilə hamiləlikdə risk faktorunun qarşısını alın. İkili skrininq testi hamiləliyin 11-14-cü həftələri arasında tətbiq edilən bir testdir. Bu test daun sindromu üçün riskli bir vəziyyətin olub-olmadığın

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

turlar.az

geyim dəbləri aksessuarlar geymler 2026 gecəliklər elm haqqinda atalar sözləri qanda viruslar sudun terkibi kosmetika ikizler maraqli hakistalar laylalar aybawi sevda