Böyrək daşlarının növləri və pəhrizi

Böyrək daşlarının növləri və pəhriziÜmumiyyətlə böyrək daşı xəstəliyinin 3 növü var:1-ci tipi oksalat daşlarıdır ki, bunlar da böyrək daşının ən çox yayılanıdır. Oksalat daşlarının da 2 növü var: Oksalat monohidrat və oksalat dihidrat. Oksalat daşları rentgenoloji müayinədə görsənirlər. Başqa sözlə rentgenopozitiv daşlar hesab olunurlar. Xüsusilə də oksalatlarla zəngin qidalanan adamlarda rast gəlinir. 2-ci tip daşlar urat daşlarıdır. Urat daşları qanda sidik turşusu yüksələndə olur. Podaqra xəstəliyi, digər oynaq xəstəliyi olan şəxslərdə, habelə ətli qidalanması zəngin olan insanlarda çox rast gəlinir. Qandakı sidik turşusu sidiyə uratlar şəklində xaric olunur. 3-cü tip daşlar isə amorf fosfat, yəni infeksiya mənşəli daşlardır. İnfeksion mənşəli daşlar yarananda tam mərcanvari formaya keçirlər. Beynəlxalq termin olaraq isə strubitlər adlanır. Xüsusi infeksiyalar var ki, məxsusi fermentlər ifraz edirlər. Bu fermentlər də əsasən kripsellalardır. İfraz olunan bu fermentlər də bilavasitə böyrək daşının yaranmasına şərait yaradır. Xüsusilə infeksion mənşəli daşlarda sidiyin PH-ı qələvi olur. Urat daşlarında isə PH turşu olur. Turş muhitdə yaranırlar.Yəni PH 5 və ondan aşağı olur. Oksalat daşlarının da yaranmasında PH-ın o qədər də böyük rolu olmur. Ona görə də daşların xüsusiyyətlərinə görə də müalicə üsulları tamam fərqli olur. Yanaşmalar, müalicə sxemləri, pəhriz formaları da fərqli olur. Misal üçün: Urat daşlarında PH turş olduğuna görə qələvi mühit yaratmalıyıq ki, onlar yaranmasın və yaxud həll ola bilsinlər. Urat daşları əzilərək parçalana bilən daşlardır.Yumşaq tipli daşlardır. Oksalat daşlarının yaranmasının qarşısını almaq üçün mühiti turş mühit eləmək lazımdır. Əsas da sidikdə olan sitratları artırmaq lazımdır. Hər bir insan orqanizmində 2 tip qoruyucular var. Bir də problemi yaradan faktorlar var. Böyrəkdə qoruyucu faktorlar aşağıdakılardır: Sidiyin PH-ı.Yəni turşu və qələvi mühitin yaranması amili. Digər qoruyucu isə sitratlardır. Əgər sidik xüsusi sitratlarla zəngin olarsa o zaman daş yaranmır. O xəstələrdə ki, sitratlar demək olar ki, olmur, onlarda böyrək daşı yaranır. Ona görə də sitratlarla zəngin olan qidalar verilir xəstələrə. İstər oksalat, istər urat, istərsə də amorf-fosfat mənşəli daşlar olsun, hər 3 halda xəstələrə sitratlar verilir. Əlavə sitratları biz ya dərman şəklində, ya da qidalarla xəstələrə veririk. Sitratlarla zəngin olan qida isə portağal sokudur. Ona görə də daş yenidən yaranmasın deyə, residivin yaranmasının qarşısını almaq üçün birinci olaraq pəhrizin içərisinə mayenin miqdarını 2.5-3 litrə çatdırmaq lazımdır. İkincisi itburnu dəmləməsidir. 3-cü isə ən vacib olanı portağal (apelsin) soku içməkdir. Belə xəstələrə çoxlu meyvə tərəvəz verilməsi də məsləhətdir. Daşı yaradıcı pəhriz nədən ibartədir? Oksalat daşlarının pəhrizi kahı, çuğundur, kofe, tünd çay, pomidor, şokoladdır. Bu qidalar o cümlədən şokolat oksalatlarla çox zəngindir. Ona görə də oksalat daşlarının yaranmasında mənfi təsir edir. Onu da vurğulayım ki, oksalat daşlarının yaranmasına səbəb hərəkətsizlik, yuxarda qeyd etdiyim qidalardan çox istifadə olunmasıdır. Urat daşlarının yaranması səbəbləri isə tamam fərqlidir. Bunlarda pəhriz forması, ləpə, paxlalı yeməklər, o cümlədən lobya, ət və ət məhsulları, kolbasa və sosiskalar, yumurtadır. Ona görə də qida menyusunda bu qidalar azaldılmalıdır. Çünki onlar urat mənşəli daşların yaranmasında rol oynayan faktorlar hesab olunurlar. Hər 3 halda duzlu yeməklər tamamilə menyudan çıxarılmalı, mayeni artırmaq, Digər addım isə turşu qələvi mühitinin yaradılmasıdır. Bütün bu qeyd etdiyim pəhrizlər, həyat tərzində digər korreksiyalar istər dərmanla müalicə, istərsə də cərrahi üsuldan sonra da xəstələrə tətbiq edilir. Məqsəd böyrək daşlarının yenidən əmələ gəlməsinin qarşısını almaqdır. Çünki bu bir faktdır ki, böyrək daşı xəstəliyiı orqanizmdə maddələr mübadiləsinin pozulması nəticəsində baş verir. Böyrək daşı xəstəliyinin müalicəsi daşların xüsusiyyətləri, o cümlədən növü və həcmindən asılı olaraq dərmanla(konservativ) və ya cərrahi üsullarla aparılır.

Sağlamlıq     Baxılıb: 14232   Tarix: 07 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

turlar.az

kosmetik vasiteler sac duzumleri yaz geyimleri 2026 sağlamlıq varikozun mualicesi ud hindi faydalari qadın aksesuarları kosmetika ariqla suni mayalanma burclerin uyumu kahfe kali atalar sözləri